Ermənistanın koronavirusa yoluxan baş naziri brifinqdə çıxış edib
İyunun 1-də, öz doğum günündə Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkədəki səhifəsindən canlı yayım edərkən koronavirusa yoluxduğunu bildirib. Bir neçə saat sonra isə o artıq ölkədəki vəziyyət və koronavirusa qarşı mübarizə tədbirləri haqda online brifinqdə iştirak edib.
Brifinq komündantlığın bu dəfə onlayn keçirilən iclasından dərhal sonra baş tutub.
Paşinyanla birlikdə komendant, baş nazirin müavini Tiqran Avinyan və səhiyyə naziri Arsen Torosyan da vəziyyət haqda hesabat veriblər.
Brifinqin bütün iştirakçıları maskada olub və sosial məsafəni gözləyiblər.
- Ermənistan. Öz bizneslərini koronavirusdan xilas edən üç qadının hekayəsi
- Ermənistanda komendantlığın tətbiq etdiyi qaydaları pozduğuna görə mindən çox müəssisənin işi dayandırılıb
Ciddi karantin tədbirləri gözlənilmir
Baş nazir bildirib ki, brifinqdən əvvəl temperaturunu ölçüb, qızdırması norma həddində olub. Odur ki, heç bir nasazlıq hiss etmədiyi üçün iyunun 2-dən adi iş ritminə qayıdacaq.
Paşinyan vurğulayıb ki, test verməzdən əvvəl onda heç bir xəstəlik əlaməti olmayıb. Bu, getməyə hazırlaşdığı Dağlıq Qarabağ əfərindən əvvəl rutin yoxlama olub.
Bu kontekstdə baş nazir bəyan edib ki, Ermənistanda 18-20 min arası insanda xəstəliyin əlamətsiz davam etdiyi ehtimalı var:
“Yəni onlar da mənim kimi infeksiyanın olmasından şübhə etmirlər”.
Ölkənin ciddi məhdudiyyətlərə qayıtması ilə bağlı suala cavvab verərkən Paşinyan deyib:
“Hələ ki, ciddi məhdudiyyətlərə, yəni total qapanmalara qayıtmamaq imkanı var, biz bu yolla gedəcəyik”.
Ölkə isə indi Komendantlığın müəyyən etdiyi yeni davranış qaydalarına və müxtəlif fəaliyyət sahələrində iş normalarına əməl olunmasına nəzarət yolu ilə gedir. Polis sakinlərin maska taxmasına və sosial məsafəni gözləməsinə nəzarət edir. Xüsusi müfəttişlik orqanı müxtəlif müəssisələrdə gözlənilməz reydlər keçirir.
Ermənistanda fövqəladə vəziyyət martın 16-dan elan olunub və iki dəfə müddəti uzadılıb, son müddət iyunun 13-ə qədər davam etməlidir. Amma aprelin sonundan karantin tədbirlərinin zəifləməsi prosesi başlayıb, mayın 5-dən hərəkət məhdudiyyəti aradan qaldırılıb, mayın 18-dən isə ppraktiki olaraq bütün biznes obyektləri, nəqliyyat işə düşüb, hətta uşaq bağçaları da açılıb.
Hava sərhədi iyulun ortasından açılacaq
Baş nazirin müavini və fövqəladə vəziyyət komendantı Avinyan bildirib ki, son 5 ay ərzində Ermənistan hökuməti vaxtaşırı olaraq fəaliyyət strategiyasını dəyişir. Sırt məhdudiyyətlər dövrünü işləyən müəssisələr mərhələsi əvəz edib. Məhz bundan sonra yeni yoluxmalar dalğası başlayıb, yoluxanların sayı hər gün yüzlərlə artır.
“Biz bunu gözləyirdik və buna hazır idik. Amma ciddi normalara qayıtmaq bizim üçün ən son addımdır. Biz xarici həmkarlarımızın atdıqları addımları diqqətlə izləyirik ki, onların müsbət təcrübəsini tətbiq edək”, – komendant deyib.
Tiqran Avinyan bildirib ki, Ermənistanda istehsal olunan testlərin artıq ilk partiyası hazırdır. İyunun 2-dən 350 test analizlərin aparılması üçün laboratoriyalara göndəriləcək.
Onun sözlərinə görə, komendantlığın son iclasındakı əsas mövzulardan biri turizm sahəsidir:
“Təxminən iyulun ortasından biz hava sərhədlərini açmağa hazırlaşırıq. Ümid edirik ki, bu, bizə turizm sahəsindəki problemləri nizamlamağa imkan verəcək”.
Xəstələrin vəziyyəti haqda
Səhiyyə naziri Arsen Torosyan bildirib ki, koronavirusa yoluxduğu aşkarlanan 440 nəfər ağır vəziyyətdədir:
“55 vətəndaş çox ağır vəziyyətdədir, onlardan 16 nəfər ağciyərlərin süni havalandırması aparatına qoşulub”.
Arsen Torosyan bir daha vurğulayıb ki, müxtəlif klinikaların reanimasiya şöbələrində yerlərin çoxaldılması üçün tədbirlər görürlər. Amma hələlik bu, səhiyyə sistemi üçün aktual problemdir.
Ermənistanda yoluxanların sayının kəskin artması səbəbilə yüngül koronavirus xəstələrini xəstəxanalara yerləşdirməmək qərara alınıb. Yoluxanların ev şəraitində səhhətini şəhər poliklinikalarının, kənd ambulatoriyaları və sağlamlıq mərkəzlərinin həkimləri nəzarətdə saxlayır. Nazir bildirib ki, onlar üçün “yenidən hazırlıq kursları təşkil olunur, çünki poliklinika əməkdaşlarının ev şəraitində xəstəliyə nəzarət etmək üçün vərdişlərə sahib olmadığı haqda şikayətlər çox səslənir”.