Yerevandan şərh: Qarabağda hərbi əməiyyatlar niyə indi başlayıb?

Politoloq Aleksandr İskandaryan hesab edir ki, Azərbaycan əvvəlcədənQarabağda Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində hərbi əməliyyatlara əvvəlcədən hazırlaşıb:
“Bu miqyasda aksiyalar təsadüfi ola bilməz. Üstəlik Stepanakert son 26 il ərzində ilk dəfədir ki, atəşə tutulur. Orada Türkiyənin TRT dövlət telekanalının olması, hərbi əməliyyatların ilk dəqiqələrindən işləməsi də buna dəlalət edir. Hadisələrin necə inkişaf edəcəyi və Ermənistan hakimiyyətinin necə reaksiya verəcəyi eskalasiya miqyasından asılıdır”.
•Qarabağda hərbi əməliyyatlar, yenilənir. Xəbərlər və reportajlar, video/foto
•Qarabağda döyüşlər və Rusiya – nə əlaqəsi var? Bakıdan şərh
Bunun nə demək olduğu, genişmiqyaslı hərbi əməliyyatların niyə məhz indi başladığı ilə bağlı suala Aleksandr İskandaryan belə cavab verib:
“Artsaxda eskalasiya az əvvəlki – bu ilin iyulundakı uğursuzluqdan sonra Azərbaycan hakimiyyətinin revanşist əhvalı ilə izah oluna bilər. Azərbaycan hakimiyyəti məyusluq hiss edir və müəyyən mənada va-bank gedib. Bu, qəbul edilən qərarların çox vaxt nəinki rasional, hətta emosional olduğunu göstərir. Bir də nəzərə almaq lazımdır ki, Azərbaycan spesifik rejimi olan mürəkkəb ölkədir. Və Azərbaycan elitası sıralarında son hadisələrdən çox əvvəl məlum olan ciddi problemlər var”.