Yarı qiymətə üzüm
Üzüm- Ermənistanda dini mahiyyəti olan meyvədir. Artıq neçənci ildir ki, bu sahə öz məhsuldarlığını itirib və gəlirdən çox ziyan gətirir. Bu sahədə böhran o qədər dərindir ki, Ermənistanda çox əsrlik tarixi olan üzümçülük mədəniyyətinin yox olmasına səbəb ola bilər.
Onlara aydın izah edin
Ararat Mövsümyanın 25 ildir ki bütün ailəsi ilə birlikdə əkib becərdiyi 4 hektarlıq torpağı və şəxsi kənd təsrüfatı texnikası var. O öz işini əla bilməsinə baxmayaraq, artıq neçə ildir ki, böyük ziyanlar çəkir- hər yaz, işə başlamazdan əvvəl bankdan yeni kredit alır. Bu vəziyyət 3 ildir belə davam edir.
Mövsümyanın ailəsi böhranın təsir etdiyi çoxsaylı ailələrdən yalnız biridir. Armavir bölgəsində 8500 üzümçülük təsərrüfatı oxşar vəziyyətdədir. Böhranın əsas səbəblərindən biri də gübrə, kimyəvi maddələrin və yanacağın bahalaşmasıdır. Çox da uzaq olmayan keçmişdə hər şey iki –üç dəfə daha ucuz idi və erməni üzümçüləri hər hektardan milyon dram əldə edə bilərdilər. İndiki hesabla bu 2 min dollardı.
Ararat Mövsümyan əsəbləşir : ‘Ölkədə üzümün maya dəyərini hökumətin diqqətinə çatdıracaq normal aqronom yoxdur.
“ Bir adam onları başa salsın ki, bütün bunların xərci var. Üzüm çubuğunun əkilməsi, becərilməsi, dizel yanacağı, torpaq vergisi, və kredit faizləri!.
Rəqəmlər uyğun deyil
Üzümçülük sahəsini böhrandan necə çıxarmaq və üzümün qiyməti, istehsal xərcləri barədə hökumət, üzümçülük şirkətləri, fermerlərin fikirləri fərqlidir. Hesablamalara görə, üzümün texniki növünün qiyməti bazar qiymətlərindən 1.5 dəfə aşağıdır. Şərab sortunun qiyməti isə ümümilikdə 3-4 dəfə ucuzdur. Səbəb isə qiyməti şərab şirkətlərinin diktə etməsidir. Dövlət bu prosesə qarışmır.
Bazar qiymətindən 1.5 ucuz – kilosu 150 dram, yəni 30 sent deməkdir.
Əsasən bu qiymətə üzümü məhşur konyak zavodu “ Ararat alır.
-Kəndlilər məncə məmnun olmalıdırlar- zavodun direktoru İqor Arakelyan qiymət barədə fikirləri şərh edərkən bildirir, – bu il məhsul bol olmuşdur. Zavod bunu əsas gətirərək qiyməti aşağı sala bilərdi, lakin biz kəndlilərin xətrinə bunu etmədik.
Uşakentdən olan kəndli Norik Avestyana zavod 10 ton üzüm almaqla “yaxşılıq edib.
“Araratla olan bu müqavilədən Norik 1.5 min dram ( 3000 dollardan bir az çox) gəlir əldə edib.
Əgər bu gəlirdən üzümlərin sulanması üçün alınan su, gübrə və kimyəvi maddələrə xərclənən pul çıxılsa, həmçinin yazda bütün yuxarıda sadalananların alınması üçün bankdan götürülən kredit hesablansa, aydın olur ki, üzüm sahəsində işləyən hər bir ailə üzvü bir aya cəmi 15 min dram (30 dollar) qazanıb.
İxraca olan ümid zəifdir
Üzümçülərin gəlirlərinin kəskin sürətdə azalmasının səbəblərindən biri də ixracatın azalmasıdır. Son illər ixracat iki dəfə azalıb.
Ancaq Ermənistanın Kənd Təsərüffatı Naziri Sergo Karapetyan yenə də iddia edir ki, şərab şirkətlərinin almadığı üzümləri ( 90 min ton) xaricə ixrac etmək mümkündür.
Və ya ən pis halda isə ölkə daxilində satmaq olar.
Yuxarıda sadalanan hər iki çıxış yolu çətindir.
Kiçik Ermənistanda bu qədər böyük həcmdə üzümün satışını etmək çətin olacaq, məhsulun Rusiyaya satışını təşkil ediləcəyini düşünmək isə sadəlövlükdür.
Kəndlilər nazir deyil, onlar görür ki, rublun qiyməti günü-gündən düşür və idxalçılar mal almaqdan çəkinir.
Naziri öz fikrindən döndərmək isə elə də asan deyil, o hələ də iddia edir ki, əlavə vaxt var. Amma artıq vaxt da çox qalmayıb.