Əfqan Muxtarlı: Mən Azərbaycan prezidenti və nüfuzlu gürcü iş adamının "biznes maraqlarının qurbanıyam"
Azərbaycanlı jurnalist Əfqan Muxtarlı bildirib ki, onun Tbilisidən oğurlanması nüfuzlu iş adamı Bidzina İvanişvilinin (yaxın keçmişdə Gürcüstanın baş naziri) bilavasitə iştirakı və hazırkı baş nazir Giorgi Kvirikaşvilinin razılığı ilə baş verib.
İdeya ondan ibarətdir ki, patrul üzvləri 15 nəfərdən ibarət “legionlara” bölünərək, Tbilisinin küçələrində gəzəcək, şübhəli şəxs gördükdə onu yerində yaxalayıb, daha sonra polis patrulu çağırıb saxlanılan şəxsi onlara təhvil verəcək. Bu yolla təşkilat Daxili İşlər Nazirliyinə kömək etmək niyyətindədir, çünki dövlət “təkbaşına başına əcnəbi kriminal və terroristlərin daxil olmağının qarşısını almaq iqtidarında deyil”.
İctimain asayişin pozulması dedikdə nəyi nəzərdə tutursuz, sualına “Gürcü marşı”nın liderlərindən biri “qanunu pozan bütün hərəklər”, – deyə cavab verib.
“Trafikinq, narkotik satılan, yetkinlik yaşına çatmayan şəxslərin fahişəliyə cəlb edildiyi şübhəli obyektlər, bunlar hamısı küçələrdə baş verir”, – bunları “Liberali” nəşrinə müsahibəsində Breqadze deyib. Sandro Breqadze 2014-2016-cı illərdə hökumətdə, dövlət nazirinin diaspora məsələləri üzrə müavini postunda çalışıb.
Breqadzenin sözlərinə görə, artıq 300 gənc “milli patrul”a qoşulmaq istəyini bildirib.
“Gürcü marşı” üzvlərinin sözlərinə görə, “milli patrul” xüsusi forma geyinəcək və videokameralarla təchiz olunacaq. İdeya müəllifləri deyirlər ki, patrul öz fəaliyyətini bir aydan sonra başlayacaq və ilk öncə Tbilisinin mərkəzi küçələri olan Marcanişvili, Leselidze və Respublika meydanında həyata keçirəcək. Bu, turistlərin çox olduğu rayonlardır.
“Milli patrul”un yaranması haqqında bəyanat ilk olaraq təşkilatın “Facebook” səhifəsində dərc olunub. Bəyanatda qeyd olunur ki, təşəbbüsün əsas məqsədi “qeyri-qanuni yaşayan əcnəbilər, əcnəbi kriminal və terroristlər” tərəfindən pozulan ictimai asayişə nəzarətdir. Bəyanatda deyilir ki, patrul “milli şüuru olan gənclər”dən ibarət olacaq.
Bəyanatla birlikdə kütləvi davanın yer aldığı, zorakılığa çağırış edən video dərc olunub.
“Facebook”da yerləşdirilmiş paylaşıma gələn şərhlər Gürcüstanda çoxlarının “Gürcü marşı”nın ideyalarını dəstəklədiyini göstərir:
“Lap yaxşı! Fəaliyyətsizliyə son qoymaq lazımdır. Millət Gürcüstanda baş verənlərə özü nəzarət etməlidir. Nə qədər mühacir Gürcüstanda özbaşınalıq edir, narkotik satır, fahişəxana açır, hökumət isə bundan xeyir götürür”;
“Çox yaxşı. Bizim ölkədə nə qədər haqsız olmasalar da ancaq gürcüləri cəzalandırırlar. Hamı gürcüləri sıxışdırır, onları öz torpaqlarında öz ölkələrində döyür və alçaldırlar”.
Amma cəmiyyətin əksəriyyəti hesab edir ki, hökumət həmişə ksenofob və homofob bəyanatlarla çıxş edən təşkilata qanunsuz hərəkətlərə yol vermək haqqı verməməlidir.
“Ümid edirəm ki, hökumət bu dəhşətə son qoyacaq”;
“Qaragüruhun yüzlüyün nə demək olduğunu bilmirdizsə, indi biləcəksiz. Hökumət rəsmi terror təşkilatı yaratmağa imkan verirsə, demək o rəsmi olaraq dövlətçilikdən imtina edir”.
Hökumət hələlik bu təşəbbüs barədə susur və heç bir şərh vermir.
- 2014-cü ildən Tbilisidə yaşayan Əfqan Muxtarlı 2017-ci il mayın 29-da Gürcüstan paytaxtından yoxa çıxıb. Daha sonra o, vəkilinə bildirib ki, onu Gürcüstanın kriminal polis əməkdaşları oğurlayıb və indi o Bakıdadır.
- Yanvarın 12-də Azərbaycan məhkəməsi Əfqan Muxtarlını sərhədi qanunsuz keçdiyinə, qaçaqmalçılığa və hakimiyyət nümayəndəsinə müqavimət göstərməyə görə 6 il müddətinə azadlıqdan məhrum edib.
- İyunun 15-də Avropa Parlamenti Azərbaycan hakimiyyətini “Əfqan Muxtarlını dərhal azad etməyə və ona qarşı irəli sürülən bütün ittihamlara son qoymağa” çağırıb.