Xəzər dənizindəki böyük layihədə 1,7 milyard dollarlıq korrupsiya faktı aşkarlanıb
Xəzər dənizində təbii qaz ehtiyatlarının mənimsənilməsi üzrə böyük “Şahdəniz-2” layihəsinin həyata keçirilməsi zamanı Azərbaycan şirkətlərinin fəaliyyətində korrupsiya faktları aşkarlanıb. Qanunsuz ödəmələrin ümumi məbləği 1,7 milyard ABŞ dolları civarındadır. Bu haqda OCCRP-nin yeni araşdırmasının nəticələrində bildirilir.
- “Pandora Papers”: oğurluq edən və qanunu pozan varlılar və məşhurlar haqda. Xülasə
- “Pegasus” proqramı – Azərbaycanda müstəqil jurnalistlərə və fəallara qarşı gizli silah
- Almaniyalı siyasətçilər Azərbaycan hakimiyyətindən rüşvət almaqda ittiham olunurlar
Korrupsiya və Mütəşəkkil Cinayətkarlığın Tədqiqatı Mərkəzi (OCCRP) “BP Turned a ‘Blind Eye’ to Corruption in Prize Azerbaijan Gas Project” başlıqlı məqalə dərc edib. Məqalədə Cənub Qaz Dəhlizi böyük layihəsinin bir hissəsinin həyata keçirilməsi zamanı bəzi Azərbaycan şirkətlərinin fəaliyyətinin tədqiqi nəticəsində üzə çıxarılan korrupsiya halları haqda bəhs olunur.
Cənub Qaz Dəhlizi Avropa ölkələrini Azərbaycanın Xəzər dənizindəki yataqlarından təbii qazla təmin edir.
Fəhlələrin maaş azlığından şikayəti
Məqallədə deyilir ki, 2013-cü ildə Azərbaycanın dövlət neft-qaz infrastrukturu istehsalçısı “Bos Shelf” şirkətinin yüzlərlə fəhləsi əmək haqları və müavinətlərinin yüksəldilməsi tələbilə tətil elan edib.
“Azadlıq Radiosu”na müsahibəsində tətil edən fəhlələrdən biri – İqbal Dəmirov deyib: “Bizim maaşlarımız çox azdır. Tibbi sığortamız yoxdur, adi səhvlərə görə əcnəbilər bizi sərt cəzalandırır, bizi işdən çıxarır, təhqir edirlər”.
Fəhlələrin çıxışlarından sonra “Bos Shelf” MMC-nin sahibi olan SOCAR dövlət şirkəti araşdırma aparılacağına söz verib.
Amma dörd ildən sonra, 2017-ci ildə işçilər ictimai şəkildə Azərbaycan prezidenti İlham Əliyevə müraciət ediblər, “Bos Shelf”in onların maaşlarını mənimsədiyini bildirərək müdaxilə etməyə çağırıblar. Onlar şirkətin baş direktoru İxtiyar Axundovu ittiham edib, onun “hər ay milyonlar oğurladığını” və öz ailə üzvlərini yüksək maaşlı vəzifələrə təyin etdiyini bildiriblər.
“Bos Shelf” şirkəti Britaniyanın neft nəhəngi “BP” şirkətinin Azərbaycanın Xəzər dənizi sektorunda həyata keçirdiyi çoxmilyardlıq layihənin aparıcı podratçısı olub.
Yerli şirkətlərə qarşı ittihamlara “BP”-nin cavabı
Qeyd olunur ki, “BP” rəhbərliyinə yerli şirkətlərə qarşı korrupsiya ittihamları ilə bağlı dəfələrlə xəbərdarlıq edilib. Amma Britaniya şirkəti heç bir tədbir görməyib.
“Mənbə “BP” haqda 2014-cü ildə Britaniyanın Ciddi Dələduzluqlar üzrə Təhqiqat İdarəsinə məlumat verib, amma oradan bildirilib ki, onlar təhqiqata başlamaq üçün kifayət qədər dəlil əldə etməyiblər”.
“BP” nümayəndəsi bildirib ki, onlar “daxili siyasətlərinə və həm yerli, həm də beynəlxalq qanunvericilikdə əks olunmuş prosedurlara” müvafiq olaraq öz tərəfdaşlarının kompleks yoxlanışını aparıb, həmçinin audit həyata keiriblər ki, “təşkilatlara ödənişlərin müqavilə şərtlərini lazımi səviyyədə əks etdirdiyinə” əmin olsunlar.
O, SOCAR şirkəti tərəfindən talançılıq ittihamlarını birbaşa şərh etməyib və sadəcə deyib ki, bu suallar “həmin strukturlara ünvanlanarsa, daha yaxşı olar”.
SOCAR-ın cavabı
SOCAR-dan bildirilib ki, şirkətin özü və törəmə şirkətləri korrupsiya ilə mübarizə haqda Azərbaycan qanunlarına və beynəlxalq qanunvericiliyə əməl edir və onlar mütəmadi olaraq dövlət orqanları tərəfindən yoxlanılırlar.
Azərbaycanın dövlət şirkətinin nümayəndəsinin sözlərinə görə, onlarda bütün əməkdaşların əməl etməli olduğu ciddi davranış qaydaları mövcuddur. Bu davranış qaydaları “korrupsiyanın bütün formalarına qarşı sıfır dözüm prinsipini əks etdirir”.
Həmçinin qeyd olunub ki, “Bos Shelf” də mütəmadi olaraq öz tərəfdaşları tərəfindən yoxlanılır və bu yoxlamalardan heç biri “ciddi mənfi nəticələrə gətirib çıxarmayıb”.
SOCAR öz bəyanatında etirazların korrupsiya ilə bağlı olduğunu rədd edib və bildirib ki, işçilər əməkhaqqılarının yerli valyuta ilə yox, ABŞ dolları ilə hesablanmasını istəyirdilər və buna düzəliş edilib.
“Azərbaycan Aİ tərəfindən Rusiya qazına alternativ kimi istifadə olunur, amma bu, ölkənin ekologiyası və vətəndaşları hesabına başa gəlir” – Patrik Bond, uqtusadi inkişaf üzrə ekspert.
OCCRP-nin araşdırması göstərib ki, yüz milyonlarla dollar 2014 və 2015-ci illərdən – Azərbaycan hökuməti vətəndaş cəmiyyətini və müstəqil jurnalistikanı əzdiyi zaman “Şahdəniz-2” layihəsindən çıxarılıb. 2015-ci il sentyabr qətnaməsində Avropa Parlamenti bəyan edib ki, ölkə “son 10 ildə bütün Avrasiyada demokratik idarəetmənin ən böyük tənəzzülünü yaşayıb”.
“Böyük neft şirkətləri, xüsusən də «BP» kimi şirkətlər dominantdır və dünyanın əv avtoritar rejimlərindən çoxunun birbaşa tərəfdaşıdır”, – “İqlim ədaləti siyasəti” kitabının müəllifi və Yohannesburq Universitetinin iqtisadi inkişaf üzrə mütəxəssisi Patrik Bond deyib.
“Bu rejimlər “investor” qismində «BP» olmasaydı, mövcud ola bilməzdilər, neft və qaz kimi bu cür resursların gəlirləri isə hərbləşmə və ictimai müqavimətin boğulması üçün istifadə olunur”.
Əsassız yüksək xərclər
Araşdırma müəllifləri vurğulayırlar ki, «BP» açıq şəkildə “Şahdəniz-2” layihəsini böyük uğur, zamanında və büdcə çərçivəsində həyata keçirilmiş layihə kimi təqdir edib. Həmçinin qeyd olunur ki, bu layihə neft qiymətlərinin kəskin düşdüyü dövrdə həyata keçirilib.
“33 milyard dollar dəyərində Cənub Qaz Dəhlizi – dünyanın ən böyük enerji infrastrukturu layihələrindən biri – bu gün Aİ-nin Rusiya qazından imtinasının diversifikasiyası üzrə səylərin təməl daşıdır və amerikalı siyasətçilərin təqdirini qazanıb”, – materialda deyilir.
Amma “Şahdəniz-2” layihısi çərçivəsində elektron məktublar, prezentasiyalar və məktublar göstərir ki, pərdəarxasında «BP»-nin bəzi rəsmi şəxsləri əsassız yükksək xərclərlə və onu inşa edən konsorsium tərəfindən aydın olmayan əlavə xərclərlə bağlı tərəddüd edirdilər. Buraya SOCAR-a aid olan iki şirkət – “Bos Shelf” və “Star Gulf FZCO”, o cümlədən də “Saipem” neft xidməti şirkətinin törəməsi daxildir.
Maraqlıdır ki, «BP» “Bos Shelf” və “Star Gulf” ilə qeyri-adi müqavilə sxeminə razılaşıb. Beləliklə, konsorsiumun böyük sazişlərindən biri üzrə baş müqaviləyə əsasən, hər iki şirkətə tikinti zamanı həyata keçiriləcək bütün xərclərə 25 faizlik əlavə zəmanəti verilib. Bunun 9 faizi mənfəətə aid edilib, qalan 16 faiz isə “korporativ qaimə məsrəfləri” kimi təsnif edilib.
1 milyarddan çox qayimə xərcləri
“«BP»-nin büdcə məlumatları göstərir ki, 2015-ci ilin ortasında “Bos Shelf” və “Star Gulf” artıq 500 milyon dollardan çox əlavə alıb. Məlumatları ekstropolyasiya edərkən, bu, 2014-cü ildən 2021-ci ilə qədər davam edən “Şahdəniz-2” layihəsi həyata keçirilərkən şirkətlərin 1,7 milyard dollardan çox korporativ qayimə xərcləri və üç müqavilə üzrə gəlir götürürdü.
Baş müqavilədə göstərilmiş əmsallara müvafiq olaraq bu məbləğin 1,1 milyard dollardan çoxu korporativ qayimə xərci kimi təsnif ediləcək. Amma «BP» büdcəsi 400 milyon dolları bek-ofis xərcinə daxil edib ki, bu da “Star Gulf” və “Bos Shelf”in təmin etməli olduğu xərcin böyük hissəsini təkrarlayır”, – məqalədə qeyd olunub.
“Bu müqavilələr faktiki xərclərlə və ya rəqabət meyarları ilə əlaqəli olmayan qeyri-müəyyən qaydalarla doludur – məsələn, xalis sabit xərclərin 25 faizi Azərbaycanın elit şirkətlərinə özbaşına olaraq “korporativ qayimə məsrəfləri” və “mənfəət” üçün ayrılıb”, – maliyyə müstəntiqi və Amerikanın “McKinsey” konsaltinq firmasının keçmiş baş iqtisadçısı Ceyms Genri deyib. – “Eynu məntiqlə onlar bunu “interyer bəzəyi” də adlandıra bilərdilər”.
«BP» sənədlərində digər təfərrüatlar “Star Gulf” və “Bos Shelf” şirkətlərinə ödənən vəsaitlərin necə olduğu haqda sual doğurur. Bir neçə ayın qeydləri göstərir ki, onlar bir qayda olaraq eyni mövqelər üçün, eyni günlərdə və eyni valyuta ilə ödəniş götürüblər. Faktura hesabları göstərir ki, pullar Azərbaycandan dollarda “Star Gulf”un Dubaydakı və “Bos Shelf”in Lüksenburqdakı hesablarına axıdılıb.
«BP»-nin büdcə cədvəli konsorsiumun korporativ qayimə məsrəflərini yüksəltdiyini göstərir. O, ofis üçün ərzaq, foto-surət çıxarma və kofü xərclərinə ayda təxminən 79 000 dollar, idarəetmə komandası üçün dörd avtomobilin alınmasına 932 000 dollar götürüb. Çox vaxt eyni xərclər digər büdcə maddələrində təkrarlanır.
Bəzən xərclər az qala astronomik olub. Konsorsium toplantısının analizinə həsr olunmuş 2014-cü ilun avqust təqdimatında «BP» nümayəndəsi hesab edib ki, 41 aylıq layihə müddətində iş meydançalarının icarəsinə görə 150 milyon dollara yaxın vəsait götürəcək, bu da ekvivalentdə ildə 45 milyon dollar deməkdir.
Bu, Rusiyanın Baykonur kosmodromuna (90×85 km), o cümlədən də yüz kilometrlərlə dəmiryolu xəttinə və avtomobil yollarına, 15 raket start meydançası, 2 aerodrom, raket emalatxanaları, personal üçün yaşayış və ofis məkanları və sairə üçün Qazaxıstana ödədiyi vəsaitdən cəmi 2,5 dəfə azdır.
Hər öldürülmüş itə görə 270 dollar
“Faktura hesabları “Bos Shelf”in inşaat ərazisində sahibsiz itləri məhv etmək üçün işə götürdüyü bir şirkətin bir itə görə 460 manat (270 ABŞ dolları) götürdüyünü göstərir ki, bu, o zaman təxminən zavod fəhləsinin bir aylıq maaşına bərabər idi”, – məqalədə deyilir.
Podratçılarla bağlı qəribəliklər
OCCRP-nin araşdırması “Şahdəniz-2” layihəsində iştirak edən su»BP»odratçıların saxta şirkətlər olduğunu üzə çıxarıb.
Elektron məktubda «BP» nümayəndəsi “Gulf Stream” şirkətinin fəaliyyətdə olan su»BP»odratçısının təqdim etdiyi kabellərə və armatur avadanlıqlarına görə hesabları şübhə altına slıb. O qeyd edib ki, “Gulf Stream” şirkəti öz müqaviləsində Latviyadakı ünvanını qeyd edib, amma əslində Böyük Britaniyada qeydiyyatdan keçib, burada isə korporativ sənədlərə görə müəssiə Seyşel adalarından, offşor limanından olan iki şirkətə məxsus olub.
Daha əvvəl “Gulf Stream” şirkəti Yeni Zelandiyada qeydiyyatdan keçib, direktoru Emin Əliyev göstərilib, məmurun qeyd etdiyinə görə, “Bos Shelf”in satınalmalar üzrə meneceri də eyni adlı şəxsdir. Şirkətin veb-saytının olmaması və telefon nömrələrinin heç birinin işləməməsi faktı da narahatverici siqnal idi.
Dəbdəbəli daşınmaz əmlak
“Təxminən “Bos Shelf” “Şahdəniz-2” üzərində işlərə görə qiyməti yüksəltdiyi zaman direktoru Axundov danınmaz əmlak israfı ilə məşğul idi”, – araşdırma müəllifləri qeyd edirlər.
Beləliklə, 2015-ci ilin iyununda SOCAR-ın dəstəklədiyi “Oil & Gas Year” jurnalı Axundovu ilin adamı elan edib, o və həyat yoldaşı Balacaxanım İsmayılova Mayamidə “Setai Residences” adlı dəbdəbəli sahil kompleksində 3 milyon dollara mənzil alıblar.
İki il sonra daşınmaz əmlak agentlikləri Mayami-Biçin ən bahalı mənzillərinin bu rayonda yerləşdiyini bildirdikləri zamanAxundov 5,5 milyon dollara daha bir mənzil alıb. Əmlak qeydləri göstərir ki, bu mənzillərin heç biri ipoteka ilə alınmayıb. Başqa sözlə, onlar nağd məbləğə satılıb.
Floridadakı əmlak haqda qeydiyyatların axtarışı göstərib ki, İsmayılova bir qədər şimala doğru, Fort-Loderdeyldə beş yataq otağı olan daha bir daınmaz əmlak sahibidir, o bu evi 2017-ci ildə 2 milyon dollara alıb.
Axundov həmçinin Floridada qeydiyyatdan keçmiş, San-Fransiskoda iki kommersiya obyektinə sahib olan şirkətin keçmiş meneceri kimi də qeyd olunub.
“Axundovlar ailəsinin bu qədər sərvəti necə topladığı aydın deyil. Onun maaşı «BP» sənədlərində qeyd olunmayıb, buna baxmayaraq, şirkətin digər top-menecerlərinin ildə 470 000-dən 500 000 dollara qədər əməkhaqqı aldığı göstərilib”, – materialda vurğulanır.
Daha sonra?
“Şahdəniz-2” layihəsi başa çatıb və bildirildiyinə görə, “Bos Shelf” hazırda Azərbaycanda Fransanın “Total” şirkəti ilə birlikdə “Abşeron” neft-qaz yatağının mənimsənilməsi ilə məşğuldur.
Bu arada “Star Gulf” diqqət çəkmədən yoxa çıxıb.
2019-cu ildən bu şirkət SOCAR-ın hesablarıda artıq qeyd olunmur və BƏƏ-də qeydiyyatdan keçmiş “Bos Shelf International FZCO” adlı digər şirkətlə əvəz olunub. OCCRP-nin “Bos Shelf International” ilə bağlı əldə edə bildiyi yeganə korporativ sənəd göstərir ki, şirkət tam olaraq İlham Nuriyevə məxsusdur.
Eyni adlı biri 2020-ci ildə “Bos Shelf”də Bakıda ofşor meydançasının nümayəndəsi qismində işləməyə başlayıb. OCCRP Linkedin vasitəsilə ondan açıqlama istədiyi zaman Nuriyev bildirib ki, hər hansı suala cavab verməkdə “maraqlı deyil”.