Qarabağ ətrafında və Azərbaycan-Ermənistan sərhədində hərbi əməliyyatlarla bağlı hər tərəfdən xəbərlər və reportajlar. 26-cı gün
Putinin çıxışının əsas tezisləri:
“Öncə Dağlıq Qarabağdan və kimi dəstəkləməyimizdən başlayaq. Siz dediniz ki, bizim həmişə Ermənistanla xüsusi münasibətlərimiz olub. Amma bizim Azərbaycanla da həmişə xüsusi münasibətlərimiz olub. Rusiyada 2 milyondan çox erməni və 2 milyona yaxın azərbaycanlı yaşayır. Bunlar sadəcə müvəqqəti qazanc üçün gələn insanlar deyil, həm də burada praktiki olaraq daima yaşayan insanlardır”.
“Hər iki tərəfdən böyük itkilər var. Bizim məlumatımıza əsasən, hər iki tərəfdən 2 mindən çox insan həlak olub. Bu və digər tərəfdən. Həlak olanların ümumi sayı artıq 5 minə yaxınlaşır. Diqqətinizə çatdırım ki, Əfqanıstanda 10 illik müharibə ərzində sovet ordusunda 13 min nəfər həlak olmuşdu. Burada isə belə qısa müddətdə 5 minə yaxın”.
“Bizim üçün həm Ermənistan, həm də Azərbaycan bərabər tərəfdaşdir. Və orada insanların həlak olması bizim üçün böyük faciədir. Biz həm Ermənistanla, həm də Azərbaycanla hərtərəfli münasibətlər qurmaq istəyirik”.
“Elə gəlirdi ki, sanki həllin tapılmasına yaxınlaşmışıq. Təəssüf ki, bu baş tutmadı və bugün biz münaqişənin ən pis variantı ilə üz-üzəyik”.
“Sizin də bildiriyinz kimi, mən prezident Əliyev və baş nazir Paşinyanla çox sıx əlaqədəyəm. Gün ərzində bir neçə dəfə onlarla telefonla danışıram. Gün ərzində bir neçə dəfə”.
“Bizim üçün bu, xüsusi vəziyyətdir. Bəli, məncə, 92-ci ildə qrup yaradılıb, Rusiya, Fransa, ABŞ – həmsədrlər kimi bizim üzərimizə danışıqlar prosesinin təşkili ilə bağlı məsuliyyət düşür. Mən 100 faiz əminəm ki, bütün proses iştirakçıları səmimi şəkildə vəziyyətin nizamlanmasına səy göstərir, amma heç kim bunda Rusiya qədər maraqlı deyil”.
“Məsələn, mən belə başa düşürəm ki, Cənubi Qafqazla bağlı vəziyyət üzrə bizim [Türkiyə ilə] mövqelərimiz üst-üstə düşmür, çünki biz hesab edirik ki, bu cür mübahisəli məsələləri güc yolu ilə yox, silah köməyi ilə yox, diplomatik yolla, danışıqlar masasında həll etmək lazımdır.
Əlbəttə, demək olar ki, artıq 30 ildir danışıqlar gedir, heç bir xeyri də yoxdur. Amma mənim zənnimcə, bu o demək deyil ki, atışmağa başlamaq lazımdır”.