«Keçmişə dönüş yoxdur»: Ermənistanın eks-perezidenti “silsilə” videomüraciətlərlə çıxış edib
Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan özünün işlədiyi müddətdə baş vermiş hadisələrə qiymət verməyi qərara alıb. O, “silsilə” çıxışlarını anons etdiyi videomüraciət yazdırıb. Bu, onun “Facebook”dakı qeyri-rəsmi səhifəsində dərc edilib.
Silsilənin anonsundan dərhal sonra bir-birinin ardınca Serj Sarqsyanın 2016-cı ilin aprel hadisələri haqqında videoçıxışlarının özü dərc edilib. 2016-cı ilin aprelində Dağlıq Qarabağda erməni və Azərbaycan qoşunlarının təmas xəttində dördgünlük kəskinləşmə baş vermişdi.
Mətbuatla ünsiyyətdə maraqlı olması və cəmiyyətə həqiqi məlumatlar verməyə hazırlıöı barədə eks-prezident ilk dəfə 2020-ci ilin aprelində bildirmişdi. O vaxt o, 2016-cı ilin “aprel müharibəsi”nin təfərrüatını araşdıran komissiyanın iclasında iştirak etmək üçün parlamentə gəlmişdi.
Serj Sarqsyan jurnalistlərə koronavirus səbəbindən elan olunmuş fövqəladə vəziyyət başa çatdıqdan dərhal sonra aprel kəskinləşməsi ilə bağlı bütün suallara cavab verəcəyi qeyri-virtual mətbuat konfransı təşkil edəcəyinə söz verib.
Sarqsyan Ermənistan prezidenti vəzifələrinin icrasına 2008-ci ildə başlayıb. 2018-ci ildə “məxməri” inqilab vaxtı hakimiyyətin dəyişilməsi tələbi ilə küçələrə çıxmış minlərlə insanın təzyiqi altında istefa verib.
● Ermənistanın eks-prezidenti Serj Sarqsyan nədə ittiham olnur?
● Ermənistanın keçmiş prezidenti Robert Koçaryan nəyə görə həbs edilib?
Ünsiyyət formatı haqqında
Serj Sarqsyan videomüraciətləri yazmağa niyə qərar verdiyini izah edib. Onun sözlərinə görə, koronavirusa qarşı iflasa uğramış mübarizə və fövqəladə vəziyyətin daim uzadılması ona imkan vermir ki, vədini yerinə yetirərək, mətbuat konfransında çıxış etsin:
«Bunun nəticəsində kiçik videomateriallar formatı seçilib. Bu, nəzərdə tutulmuş ənənəvi mətbuat konfranslarını əvəz etməyəcək və hazırkı vəziyyətdə yalnız onlara zəmin yaradacaq.
Mətbuat konfransımın mövzusu 2016-cı ilin aprel müharibəsinə aid olacaq. Bu görüşdə biz jurnalistlərlə növbəti mətbuat konfransının mövzusunu seçə biləcəyik – 2018-ci ilin aprel hadisələri, Qarabağ məsələsi, yaxud da başqa mövzu».
Sarqsyan qeyd edib ki, bütün suallara səmimi cavab verməyə və öz prezidentliyi dövrünün hadisələrinin bütün təfərrüatını cəmiyyətə təqdim etməyə hazırdır:
«Keçmişə dönüş olmayacaq, lakin biz başa düşməliyik ki, Ermənistanın tarixi 2018-ci ilin aprelində başlamayıb. İrəli getmək üçün keçmişin bütün məsələlrinə aydınlıq gətirilməlidir».
Öznün iki illik susqunluğunu eks-prezident ölkədəki vəziyyəti daha da pisləşdirmək, “qütbləşməni dərinləşdirib və cəmiyyəti sona qədər bölmək” istəməməsi ilə izah edib:
«2018 çox emosional il oldu. Xaos və aqressiya gündən-günə artırdı və yalnız düşmənlərimizi sevindirirdi və bu emosional mühitdə cəmiyyətimizin böyük bir hissəsi sadə həqiqəti dinləməyə hazır deyildi. Zaman lazım idi ki, hər kəs müstəqil şəkildə vəziyyəti anlasın.
İtirilmiş 800 hektar torpaq haqqında əhvalat
Bir çoxları eks-prezidenti ittiham edir ki, 2016-cı ilin “aprel müharibəsi”ndə Ermənistan, onun özünün əvvəllər bildirdiyi kimi, 800 hektar torpaq itirib.
Videomüraciətdə o bildirib: daha dəqiq hesablamalarla məlum olub ki, 800 yox, 400 hektar itirilib.
Serj Sarqsan iddia edir ki, “əsgərlərin həyatına önəm verdiyi” üçün Silahlı qüvvələrə bu əraziləri geri qaytarmaq əmri verməyib.
İstənilən halda, eks-prezident hesab edir ki, 2016-cı ilin aprelində Ermənistan qələbə qazanıb:
«Şübhəsiz ki, bu, qələbə idi. Say etibarilə üstün olan, qəflətən hücum etmiş və əlində olan bütün silahlardan istifadə edən rəqibə nəzərən qələbə idi. Biz bütün şəhərlərimizi və kəndlərimizi müdafiə etdik və rəqibi geri oturtduq».
İnsan itkiləri
Serj Sarqsyan 2016-cı ildə hərbi əməliyyatlarn aparıldığı günlərdə həlak olanlardan da danışıb:
«Mən səmimiyyətlə təəssüf edirəm ki, hamını xilas etmək mümkün deyildi. Mənim bütün düşüncələrin və hisslərim hər bir ailənin yanındadır. Gözləmək mümkün deyil ki, hərbi əməliyyatlar zamanı bizdə itkilər olmayacaq. Lakin biz əmin olduq ki, əsgərlərimiz və komandirlərimiz necə qəhrəmancasına döyüşürdülər. Onlardan 75 nəfər əbədi gənc qaldı. Onlar öz bədənləri ilə Qarabağı və Ermənistanı qorudular».
Eks-prezident iddia edir ki, “xarici kəşfiyyatın məlumatlarına görə, rəqib 4-5 dəfə çox itkiyə məruz qalıb”:
«Hətta bizim əleyhdarlarımız da son dövrlərdə yazmağa başlayıblar ki, azərbaycanlıalr… mindən çox əsgər itiriblər».
Qarabağ məsələsi üzrə danışıqlar
Serj Sarqsyan hesab edir ki, aprel müharibəsi “Azərbaycana heç bir fayda verməyib”:
«Əliyevin bəyanatını xatırlayırsınızmı, deyirdi ki, “bağlı qapılar arxasında məni Dağlıq Qarabağın müstəqilliyini tanımağa məcbur edirlər”. Əlbəttə, bu byanat bizim diplomatik uğurlarımızdan danışır.
Vyanada və Sankt-Peterburqda verilmiş bəyanatları da diplomatik uğurlara aid etmək olar. Hərbi əməliyyatlardan sonra ATƏT-in Minsk Qrupu bəyanat yaydı ki, 1994-cü ildə imzalanmış atəşkəs haqqında üçtərəfli [Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ] saziş qüvvəsində qalır.
Eks-prezident qoşunların təmas xəttində insidentlərin araşdırılması üzrə beynəlxalq mexanizmlərin yaradılması zərurəti haqqında vasitəçilərin bəyanatlarını da xatırladıb:
«Bu, çox mühüm nailiyyətdir. İndi məsələ budur ki, biz “aprel müharibəsi”nin nəticələrindən hecə istifadə edə bilərdik və nəyə görə… “inqilabi hakimiyyət” apreldəki “dördgünlük müharibə”nin nailiyyətlərini qulaqardına vurdu və bundan istifadə edə bilmədi?»
Sarqsyan barəsində cinayət işi
“Məxməri” inqilabdan sonra keçmiş prezident barəsində cinayət işinə başlanıldı. Serj Sarqsyan “dizel işi”nə görə ittiham olunur. Gümn edilir ki, o, büdcə vəsaitlərindən bir milyon dollardan artıq vəsaitin əsassız sərf edilməsində təqsirlidir.
Günahı sübuta yetirilərsə, Sarqsyan 4 ildən 8 ilə qədər müddətə azadlıdan məhrum oluna bilər.
O, günahını etiraf etmir və bu işi siyasi təzyiq hesab edir.
Məqalədəki terminlər, rəylər və ideyalar heç də həmişə JAMnews və onun ayrı-ayrı əməkdaşlarının rəyləri və ideyaları ilə üst-üstə düşmür. JAMnews məqalələrə təhqiramiz, təhdidedici və zorakılığa səsləyən, yaxud da digər səbəblər üzündən etik cəhətdən qəbuledilməz kimi qiymətləndirilmiş şərhləri silmək hüququnu özündə saxlayır.