Varlıların futbolu
Avropada yeni futbol mövsümü çox güman ki, sensasiyasız ötüşəcək. Avropa qrandları öz pulları ilə futbol bazarını qızışdıraraq, özlərini istənilən gözlənilməz hadisədən sığortalayır. Top çempionatında sensasion qalibiyyət qazanan “Lester komandasının bağışladığı nağılı yaxın perspektivdə gözləməyə dəyməz.
Ancaq maliyyə imkanı olanlar qalib gəlməlidir – müasir futbolun bu trendini korrektə etmək imkanı belə verməyəcəklər.
Kəskin şəkildə qalxan qiymətlər də elə bununla bağlıdır. Leroy Zane “Şalkedən “Mançester sitiyə 50 mlyon avroya, Con Stouns «Everton»dan elə həmin “Mansitiyə 55,6 milyon avroya, Qonsalo İquain “Napolidən “Yuventusa 90 milyon avroya, Pol Poqba isə oradan öz növbəsində “Mançester yunaytedə 106 milyon avroya keçib.
“Bavariyanın keçmiş baş məşqçisi Yupp Haynkes ötən yayın transfer kampaniyasını qiymətləndirərkən, “futbolun başına hava gəlib və qəlbini itirib nəticəsini çıxaranda heç də səhv etmirdi. Böyük maliyyə imkanları varsa, artıq özün futbolçu yetişdirməyə və komandanı sıfırdan yaratmaya da bilərsən. İndi sadəcə pul xərcləyib, özünə arzuladığın komanda almaq mümkündür. Meydanda on bir ulduz, bir o qədəri də ehtiyatda, bir o qədəri də (elə belə, cığallıqdan) çox dərin ehtiyatda, təki rəqiblərə nəsib olmasınlar.
Futbol dünyası deyəsən, artıq birdəfəlik varlı və kasıblara bölünüb. İndi misal üçün, Amsterdamın “Ayaksı kimi klublar sırf futbolçuları yetişdirən yer olaraq qalmalıdır – məhv olmamaq üçün onlar səbrlə özlərinin uşaq futbol komandalarını inkişaf etdirməli və gənc futbolçuları satışa hazırlamalıdırlar. Portuqaliyanın “Porto və “Benfika kimi klublarına da “Ayaks kimi qruplardan ucuz qiymətə hələ məşhurlaşmayan istedadları alıb, futbolçunun bazar qiyməti maksimal həddə çatana qədər öz tərkiblərində oynatmaq qalır. Üçüncü klublar isə (“Mançester yunayted, “Mansiti, “PSG, “Bavariya) qiymət söhbəti etmədən, əla top vura bilən hər kəsi alacaq. Bunu elə Amsterdamın özündən də edə bilərlər, ya da xeyli baha qiymətə portuqaliyalı vasitəçilərdən ala bilərlər. Fərq etməz, əsası almaqdır.
Bu oyun qaydalarının hüquqi cəhətdən rəsmiləşdirilməsinin son mərhələsi həyata keçirilir. Növbəti mövsümdən başlayaraq, Çempionlar Liqasının fərqli keçirilmə formatı olacaq. İndi dörd aparıcı çempionat avtomatik olaraq, kvalifikasiya üzrə heç bir seçim aparılmadan turnirin əsas cədvəlinə hərəsi dörd klub göndərəcək. Yəni Çempionlar Liqası iştirakçılarının düz yarısını. Nəzərə alsaq ki, bu cür avtomatik qrup mərhələsinə həm də UEFA reytinqində beşinci-altıncı yer tutan çempionatların hərəsindən iki nümayəndə də düşür, belə çıxır ki, Avropanın qalan hissəsinə ən nüfuzlu və maddi cəhətdən xeyirli turnirdə iştirak üçün cəmi on iki vakansiya ayrılır. Rumıniya, Serbiya və hətta daha uğurlu Niderland üçün seçim ələyindən keçib, zirvəyə çatmaq, yəni Çempionlar Liqasında qalib gəlmək apriori mümkünsüz arzuya çevrilir. Hətta Buxarestin şərti “Styaua klubunu almağa hazır olan hansısa ərəb şeyxi tapılsa və xəsislik etmədən, qarşısında otuz il bundan əvvəl olduğu kimi, Çempionlar Liqasında qalib gəlmək məqsədini qoysa belə, heç nə alınmayacaq. Çünki bu istəyin qarşısını artıq bir neçə ildir ki, hələ Mişel Platininin prezidentliyi dövründə qoyulan maliyyə feyr-pleyi qaydası alır. Bu qaydaya görə, klub qazandığından artıq xərcləyə bilməz. Nüfuzu, xüsusi tamaşaçı marağı, reklam verənlərin marağı və buna görə də bahalı televiziya yayımı haqqı (müasir futbolda əsas gəlir mənbəyi) olmayan çempionatlarda çoxlu pul qazanmaq mümkün deyil.
Televiziya yayımı haqqının satılması hesabına qazanılan gəlirlərdəki fərqi anlamaq və müxtəlif çempionatları təmsil edən klubların imkanları barədə danışmaq üçün bunu demək kifayətdir ki, İngiltərənin Premyer Liqasının bu göstərici üzrə 1.4 milyard avroluq müqaviləsi var, məsələn, Hollandiya çempionatı isə bu məsələdə cəmi 100 milyon, Rusiya və Rumıniya hərəsi 27 milyon, Bolqarıstan isə cəmi 4,5 milyon avro qazanır.
Qaydalarda bu haqda açıq danışılmasa da, indi əsas Avropa turnirini qrand olmayanlar, o cümlədən də ikinci dərəcəli çempionatlarda böyük və şanlı keçmişi olanlar qazana bilməyəcəklər.
Amma qaydaların necə olmasından asılı olmayaraq, top həmişə yumru olaraq qalır. Buna görə də “lesterlər və “rostovlar böyük zirvələri fəth etməsələr də, həmişə qrandların kefinə soğan doğrayanlar da tapılacaq.
“Bu qızışmış transfer bazarına bir baxın. Futbolun başına hava gəlib, qəlbini itirib. İndi bu, biznesdir. Hər şeyi tez, tez, tez etmək lazımdır. Bu gün heç kimin hövsələsi yoxdur.
Digər tərəfdən, adi həyatda da bu gün hər şey futbolda olduğu kimidir. Bu və ya digər səbəbdən təpmə olmayanda, reaksiya da özünü çox gözlətmir. Bu da qorxuludur, – Haynkes deyir.
Dərc olunub 6.09.2016