Atalıq məzuniyyəti: Ermənistanda kişilər yeni doğulmuş uşaqlara baxmaq üçün məzuniyyət götürə biləcəklər
Erməni kişiləri indi atalıq məzuniyyətinə çıxa biləcəklər, amma hələlik beş günlük və uşaq doğulduqdan sonra bir ay ərzində. Əmək məcəlləsinə bu dəyişikliklər sentyabrın 16-da ikinci, yəni son oxunuşda qəbul edilib.
Dəyişikliklər analara da toxunub. İndi əgər qadın uşaq dünyaya gətirib və məzuniyyətə çıxmayıbsa, onda onun iş şərtləri bir il ərzində daha asan olacaq. Əvvəllər bu, cəmi bir ay davam edirdi.
•”Facebook”un keçmiş işçisi Azərbaycan hakimiyyətinin müxalifətçilərə hücumlarından danışıb
Müzakirələr necə keçib
«Atalara atalıq məzuniyyəti onların öz istəkləri ilə veriləcək, məzuniyyətin hər gününün ödənişi isə orta günlük maaş hesabı ilə götürüləcək», – sentyabrın 9-da baş tutan müzakirələr zamanı düzəlişlərin müəllifi hakim “Mənim addımım” fraksiyasının deputatı Tsovinar Vardanyan izah edib.
Deputatın sözlərinə görə, bu cür təcrübə dünyanın bir çox ölkələrində tətbiq olunur. Ermənistanda yalnız böyük beylənxalq şirkətlərdə belə analoji mexanizmlər nəzərdə tutulub.
“Bundan başqa, hamıya məlumdur ki, uşaq doğulandan sonra əksər atalara ödənişli “istirahət günləri” verilir ki, onlar uşağı görə və müxtəlif məsələlərlə məşğul ola bilsinlər”, – Vardanyan deyib.
Özlərinin qanuni atalıq məzuniyyətindən erməni kişiləri artıq 1 yanvar 2021-ci il tarixindən istifadə edə biləcəklər.
Düzəlişlər analıq məzuniyyətinə çıxmadan yeni doğulmuş körpəyə baxab analara da toxunacaq.
«Təklif olunan düzəlişlərə əsasən, bu şəxslər üçün 1 yaşına qədər olan uşağa qulluq olunan bütün dövr ərzində iş şərtləri daha pisləri ilə əvəz oluna bilməz, istisnanı ancaq vəzifə və ya kateqoriyanın adının dəyişdirilməsi təşkil edir».
Sosial şəbəkələrdə nə yazırlar
«Facebook»un Ermənistan seqmentinin istifadəçiləri atalıq məzuniyyəti haqqında xəbəri əsasən müsbət qarşıladılar.
Bu da bəzi şərhlər:
“Beş gün azdır, amma heç olmasa”
“Mən bəzən uşaqla məşğul oluran, amma 95% kişilər bunu etmir. Məsələn, bizim şirkətdə bir aylıq məzuniyyət verirlər. Amma heç yerdə konkret yazılmayıb ki, uşaqla məşğul olmaq üçün. Orada yazılıb ki, biz övladınızın doğulduğunu və sənin fikrini işə cəmləyə bilmədiyini anlayırıq, ona görə də yaxşısı budur, məzuniyyət götür”.
«Əla fikirdir! Təəssüf, günlərin sayı azdır. Uşaq doğulandan sonra xanımına maksimum kömək etməyə çalışmaq, ona dəstək olmaq lazımdır. Yox, kimsə bu vaxt deyirsə ki, bu, kişi işi deyil, uşaqla qadın məşğul olmalıdır – mən bu fikirləri anlamıram və qəbul etmirəm!»
«Qəribə söz birləşməsidir – erməni kişisi atalıq məzuniyyətində. Ermənistan üçün bu əlbəttə ki, adi deyil. Amma yəqin ki, bu da dəyişər. Hər halda XV əsrdə yaşamırıq».
«Mən buna qarşıyam. Uşaqlarla qadın məşğul olmalıdı. Biz nədəsə kömək edə bilərik. Amma bunun üçün məzuniyyətə çıxmaq – bu, mənə qəribə gəlir».