Türkiyə və Rusiya Suriyada müharibənin bir addımlığında?
Suriyanın İdlib əyalətində Rusiyanın dəstəklədiyi hökumət qoşunları ilə Türkiyənin himayəsi altında olan müxalifət dəstələri arasında toqquşmalar davam edir. Suriyadakı hadisələrin pərdəarxası haqda The Guardian nəşrinin materialında.
Yaşam və ölüm yolu
İdlib Suriyanın Türkiyə ilə sərhəddə yerləşən şimal əyalətidir. Bura Bəşər Əsədə qarşı çıxan üsyançıların nəzarətində olan son ərazidir.
Son bir ildə İdlib əhalisi 1 milyon nəfərdən 3 milyon nəfərə qədər artıb – hökumət qoşunları gələrsə, repressiyalardan çəkinənənlər Suriyanın digər regionlarından buraya köç edib.
İdlib ərazisindən M-5 şose yolu keçir – bu, bütün Suriya əyalətlərini əlaqələndirən və ölkənin dünyaya çıxışını təmin edən strateji yoldur. Məhz bu yol Əsəd qoşunlarının dekabrdan bəri başlanan hücumunun əsas məqsədidir.
«Rusiyalı muzdlular bunun üçün Suriyada imiş». Zəbt olunmuş ərazilərdəki neft “Putinin aşpazına” çatır
Pankisi dərəsində həyəcan – Suriyadakı müharibənin əks-sədası Gürcüstana qədər çatıbRusiya biznesi Suriyadakı işini Cənubi Osetiya vasitəsilə qurur
Hazırda bu əməliyyatın nəticəsi aşağıdakı kimidir: 900 min nəfər qaçqın düşüb, BMT onların “21-ci əsrin ən nəhəng humanitar fəlakətinə yaxın olduqlarını” bildirib.
Türkiyə sərhədində çadır şəhərciyində donaraq ölmək təhlükəsi qarşısında olan azyaşlı uşaqların fotoları bütün dünyanı dolaşıb.
Suriyada Afrin şəhəri yaxınlığında çadır düşərgəsindəki uşaqlar. 14 fevral, 2020-ci il. REUTERS/Khalil Ashawi
Suriya Rusiyanın nəyinə lazımdır?
11 il davam edən vətəndaş müharibəsindən sonra Bəşər Əsəd rejiminin qoşunları əldən düşüb və var-yoxdan çıxıb. Onlar yalnız İranın və ilk növbədə Rusiyanın dəstəyi ilə hərbi əməliyyatları davam etdirə bilirlər. Dəməşq yaxınlığında Xmeymim aviabazasında fəaliyyət göstərən Rusiyanın hərbi aviasiyası müxalifət dəstələri ilə qarşıdurmada onların əsas istinad yeridir.
Rusiya 2014-cü ildən sonra Suriyadakı vəziyyətə fəal müdaxilə etməyə başlayıb. O vaxt Krımın ilhaqına görə beynəlxalq sanksiyaların tətbiqindən sonra ölkə ağır iqtisadi vəziyyətdə idi, siyasi rəhbərlik isə təcrid olunmuş duruma düşmüşdü.
Maraq ondan ibarət idi ki, həm ABŞ-ı, həm də Avropa ölkələrini narahat edən (qaçqın axınına görə) Suriyadakı vəziyyəti “əvəzləmək” mümkün ola bilər: Rusiya Suriyada vəziyyətin nizamlanmasına kömək edir, əvəzində isə sanksiyalar yumşaldılır və ya ümumiyyətlə ləğv olunur.
Suriya Türkiyənin nəyinə lazımdır?
Türkiyə prezidenti Ərdoğan Suriyada sırf praqmatik məqsədlər güdür.
Bu ölkənin ərazisində Türkiyənin türk mənşəli hesab etdiyi və müdafiə etmək öhdəliyi götürdüyü etnik qrup yaşayır.
Amma əsas məqsəd Suriya-Türkiyə sərhədinə təkbaşına nəzarət etməkdir. Bu, Ərdoğana Suriya ərazisindəki kürd dəstələri ilə Türkiyənin özündəki kürd qruplaşmaları arasında qarşılıqlı əlaqənin mövcudluğuna mane olmaq üçün lazımdır.
Təhlükəli perspektiv
Fevralda İdlib əyalətində Türkiyə qoşunlarına aid qruplaşmanın tərkibi 12 min nəfəri aşıb.
Mediada Rusiyanın SU-24 bombardmançı təyyarəsinin səyyar zenit kompleksindən vurulması cəhdini əks etdirən kadrlar yayılıb. Suriya üsyançıları əvvəllər bu texnikaya sahib olmayıb.
Ərdoğan “İdlibdə Türkiyənin hərbi əməliyyatı zaman məsələsidir” məzmununda bəyanat səsləndirib.
Rusiya XİN-i Türkiyənin hərbi müdaxiləsini “ən pis ssenari” adlandırıb.
Söhbət Rusiya və NATO üzvü olan ölkənin qoşunları arasında birbaşa hərbi toqquşma ehtimalından gedir.
Türkiyə ilə sərhəddə yerləşən İdlib əyalətində Suriya qaçqınlarının yerləşdiyi çadır düşərgəsi. REUTERS/Khalil Ashawi