Türkiyə məhkəməsi Almaniya qəzetinin jurnalistini həb edib
İstanbulda məhkəmə prokurorluğun Almaniyanın Die Welt qəzetinin müxbiri Türkiyə və Almaniya vətəndaşı olan Deniz Yücelin həbsi ilə bağlı iddiasını təmin edib. Bu qərar Almaniyanın etirazlarına və rəsmi Berlinin reportyorun dərhal azad edilməsi ilə bağlı tələbinə rəğmən qəbul edilib.
Almaniya XİN-in rəsmi nümayəndəsi Martin Şefer fevralın 27-də növbəti dəfə Türkiyə hakimiyyətini Deniz Yüceli azad etməyə çağırıb – Alman dalğası xəbər verir.
Almaniyanın Xarici İşlər naziri Ziqmar Qabriel də Türkiyəni tənqid edərək bildirib ki, “Deniz Yüceli prokurorluqda dindirənə qədər belə uzun müddət həbsdə saxlamaq üçün heç bir lüzum yoxdur və bu, tamamən əsassızdır”.
Bundan başqa, Bundestaqın 160 deputatı tərəfindən Türkiyənin Almaniyadakı səfirinə ünvanlanan açıq məktubda jurnalistin azadlığa buraxılmasına kömək etməyə çağırıb.
Deniz Yücel fevralın 14-də öz xoşu ilə İstanbul polisinə gəlib. Türkiyə hakimiyyəti onu terror təşkilatı ilə əməkdaşlıqda, təbliğ etməkdə və məlumatdan sui-istifadədə şübhəli bilir. Türkiyədə fövqəladə vəziyyət hökm sürdüyü üçün şübhəlilər onlara qarşı ittiham irəli sürülmədən 14 günə qədər həbsdə saxlana bilər. İbtidai istintaq müddətinə həbs qərarı çıxarsa Türkiyə qanunları ilə bu, 5 ilə qədər davam edə bilər.
Dpa agentliyinin məlumatına görə, ehtimal olunur ki, söhbət Türkiyə Energetika naziri, eyni zamanda Türkiyə prezidenti Ərdoğanın kürəkəni olan Berat Albayrakın elektron ünvanının sındırılaraq oğurlanan yazışmalardan gedir. Redhack xaker qrupu tərəfindən yayılan elektron məktublar Deniz Yecelin iki məqaləsində yer alıb. Redhack qrupu Türkiyədə terror təşkilatı kimi tanınıb.