Türkiyə liderinin yeni obrazı inandırıcı, hədsiz millətçi və tam anti-Avropa ritorikalıdır
Ərdoğan, anti-Avropa BBC
Səmada vertolyot pərlərinin uğultusu eşidilir, səsgücləndiricilərdə “Rəcəb Tayyib Ərdoğan gəldi!” sədaları yerdə toplaşanları coşdurur. Həyəcanlı pərəstişkarlar kütləsi bayraqları yellyərək, onun adını zikr edir.
Yaşlı bir qadın huşunu tirir – həyəcandanmı, tünlükdənmi, aydın deyil. Türkiyə prezidenti görünür, yeniyetmə qız anındaca telefon nömrəsini ovcuma dürtür:“Xahiş edirəm, onun fonunds fotomu çəkin!” Onların qəhrəmanı gəlib.
Türkiyə prezidentinin emosional çıxışları Avropa liderlərində qəzəb qarışıq çaşqınlıq yaradır – məsələn, onun Hollandiya və Almaniya hökumətlərini təhqir edərək, onları “nasist” və “faşist” adlandırması, amma burda ölkənin dini-mühafizəkar mərkəzində onun istənilən davranışı yeganə doğru kimi qiymətləndirilir.
“Biz onsuz neyləyərdik?”
Bizim də iştrak etdiyimiz Sakaryadakı (İstanbulun 160 kilometrliyində yerləşən əyalət) mitinq gələn aya təyin olunmuş prezident səlahiyyətlərinin artırılmasına dair referendum ərəfəsində Ərdoğanın apardığı təbliğat kampaniyasının bir hissəsidir. Konstitusiyaya parlament idarə sistemini prezident idarə sistemi ilə əvəzlənməsinə dair dəyişikliklər səsverməyə çıxarılacaq.
Bu dəyişikliklərin qəbul edilməsi 1923-cü ildə yarandığı gündən Türkiyə Respublikasının tarixində ən böyük siyasi yenidənqurma olacaq.Sakaryada çoxminlik bayraq və plakatlar bir söz ifadə edirdi – “evet”, yəni “hə”.
Onun klassik “ərdoğansayağı” üslubda olan çıxışı inandırıcı, hədsiz milətçi, tam anti-Avropa ritorikalı idi.
Bu səfər onun qəzəbi türk nazirlərinə öz ərazlərində referenduma dəstək aksiyaları keçirməyə imkan verməyən Avropa liderlərinə ünvanlanmışdıÖtən həftəsnu Hollandyanın Rotterdam şəhərinin polisi yerli türk diasporasınıntəşki etdiyi mitinqi zorakılıqla dağıdıb
Hollandiya baş naziri Mark Rütte Hollandiyada keçiriləcək seçkilər ərəfəsində Türkiyə nazirlərinin ölkəyə səfərinin vəziyyəti gərginləşdirəcəyi haqda bəyanat verəndən sonra iki yüksəkçinli türk məmurunu ölkəyə buraxılmayıb. Rüttenin sərt mövqeyi ona səs gətirib, halbuki bu səslər ultra-sağçı Qiirt Vidersonun xeyrinə ola bilərdi.
“Ey, Rütte, – Ərdoğan mikrafonda qışqırır, – sən seçkini uda bilərsən, amma Tükiyənin timsalında dostunu itirdi”. Kütlə təsdiqləyərək uğuldadı.
Bunun ardınca prezident “alman casuslarını”, “Avropanın terror təbliğatını” və Avropa Ədalət Məhkəməsini hədəf alıb – iş yerinə dini geyimlə, həmçinin hicabla gəlməyə qoyulmuş qadağanı dəstəklədikləri səbəbilə.
“Onlar İslam əleyhinə səlib yürüşünə başlayıblar!” – Ərdoğan bəyan edib. – “Sizin Avropa dəyərləriniz lənətə gəlsin!”
Tərəfdarları onun hər dediyini “yeyir”. Hakimlərinin Avropaya qarşı çıxması onları riqqətə gtirir. Ola bilər ki, düşmənlərdən müdafiə olunan Türkiyə ideyası Osmanlı İmperiyasının qalığıdır. Cənab Ərdoğan da bu ideyanı məharətlə kultlaşdırıb. Amma düzünə qalsa, o nə eləsə, nə desə, bu nsanlar onu hər şeydə dəstəkləyəcək. Sanki onilliklər ərzində dünyəvi Türkiyədə özlərini ikinci dərəcəli vətədaşlar kimi hiss edən dindar türklər indi Ərdoğanda öz xilaskarlarını görürlər. Onun sayəsində bu gün onlar ölkənin dominantlıq edən qüvvəsinə çevrilib və onu ilahiləşdirmiş bu insanlara təlqin etdiyi ehtiram yəqin ki demokratik yolla seçilmiş digər liderlərə duyulan hisslərlə müqayisə oluna bilməz.
“Mən onu sevirəm, çünki onun saysində universitetə başıbağlı gedə bilirəm”, – Ərdoğanın dövlət müəssisələrində baş örtülərini uzun illər boyu qadağan edən qanunu ləğv etməsinə istinad edən Kübra Hüsnan deyir.
Bəs onun Avrpa əleyhinə ritorikası necə olsun? – soruşdum. “Mən də Hollandiya və Almaniyanı qınayıram”, – o cavab verdi. – “Onların vicdanı yoxdu”.
Yanında dayanan təqaüdçü Əsma Koç onunla razılaşdı: “Onun dedyi hər şey – istənilən mövzuda – doğrudur. O lmasaydıŞ nə edərdik?!”
Digər – qərbyönlü və dünyəvi türkləri son həftələrin olayları ümidsizlyə düçar edib. Utku Tulunquç Hollandiyanın Maastrixt Unverstetn qbul olmaq istəyir, amma hazırkı qarşıdurmanın onun planlarına mane olacağından çəkinir.
“Türkiyə daha qərbyönlü kurs tutmalıdır”, – o mənə dedi. – “İndi holandların Türiy haqda çox pis təsəvvürləri var və orda yaşadığım təqdirdə bu ab-havanın mənə də təsir edəcəyindən narahatam”.
Bu arada Türkiyə mətbuatı – əksərən hakimiyyətyönlü orqanlar – prezidentin ismarıcını fəal şəkildə yayır Bu həftə qəzetlərdən biri üz qağında Anqela Merkelin nasist formasında şəli ilə çıxıb.
Digər qəzetdə isə Hollandiyada türklərin keçirdyi aksiyada etirazçını dişləyən polis itinin şəklinin üzərndə belə bir başlıq verilib: “Holland nasist itləri”.
Türkiyədə “fərqli” fikir sahibi olmaq get-gedə mürəkkəbləşir. Teleefir və küçə reklam şitləri Ərdoğan kampaniyasının təbliğatıyla doludur.
Prezdent “əleyhinə” səsləri ilə terror arasında bərabərlik işarəsi qoyub. Müxalifətin öncül namizədləri hücumlara məruz qalır, onların təblğatına mane olurlar.
Meral Akşener də onların sırasındadır. Sabiq daxili işlər naziri ultra-sağ siyasətçi olan Akşener çoxlarına hazırki prezdentə eal alternativ imi görünür. Bu yaxınlarda konstitusiyaya dəyşikliklərə qarşı təşviqat çərçivəsində Akşenerin görüş keçirdiyi oteldə müəmmalı şəkildə elektrik kəsilib – tam da onun çıxışı zamanı.
“Türkiyə gülüş mənbəyinə çevrilir”, – o BBC-ə müsahibəsində deyib. – “Xarici siyasət məsələlərində danışmazdan əvvəl düşünmək lazımdır. Boş-boşuna təhdid yağdırmaq olmaq. Xarici siyasəti daxili siyasətlə qarışdırmaq olmaz”.
Prezident Ərdoğan dfələrlə sekilərdə qalib olub və dörd həftədən sonra növbəti dəfə zəfər çala bilər. Amma onun rəhbərlik etdiyi ölkə – NATO-nun mühüm iştiraçısı və Aİ-ə daxil olmağa namizddir – bu gün təhlükəli şəkildə qütbləşib və bu hftə baş verən olaylardan sonra o, yəqin ki Avrpadan daha uzaq düşüb.