“Amma biznesi onsuz da bağlamayacağıq” – Türkiyə koronavirusun yayılması tempinə görə dünya birincisidir
✶ Əsas mənbələr The Guardian və BBC
Aprelin 9-a olan məlumata görə, Türkiyədə 38,226 nəfər koronavirusa yoluxub, 812 nəfər ölüb.
Yoluxanların sayına görə, Türkiyə dünyada doqquzuncu yeri tutur. Rəsmən elan olunan ölüm halı digər çox ziyan görmüş ölkələrə nisbətən xeyli azdır.
Amma xəstəliyin yoluxma tempinə görə Türkiyə dünyada birinci yerə çıxıb.
- Ölüm, sökülən oturacaqlar və qocaların məcburi dezinfeksiyası – koronavirus Türkiyədə
- Belarusda koronavirus məmurları necə danışmağa vadar edib?
- “Kimin ölməsinə, kimin yaşamasına qərar vermək – mənə öyrədilən bu deyildi” – Nyu Yorkdan olan həkimin hekayəsi
- Qafqazda koronavirusun xronikası. Yenilənir
Koronavirus yalnız İstanbula yox, istisnasız Türkiyənin bütün 81 əyalətinə də gedib çıxıb.
Həkim assosiasiyaları və müxalif siyasətçilər prezidentdən sərt təcrid rejimi tətbiq etməyi və biznesi dayandırmağı tələb edirlər. Amma Rəcəb Tayyib Ərdoğan “iqtisadiyyatın təkərlərinin fırlanmalı olduğuna” israr edir.
Buna görə də, mağazalar, kafe və restoranlar, emalatxanalar qapalı deyil. Ofislər də həmçinin. Nə əyalətlərdə, nə də 17 milyon insanın yaşadığı və bütün koronavirusa yoluxma hallarının 60 faizinin aşkarlandığı İstanbulda.
İstanbul meri Əkrəm İmamoğlu, həmçinin də paytaxt müxalifətinin lideri vəziyyəti “dəlilik” adlandırıb.
“Hər gün ancaq İstanbulda ictimai nəqliyyatdan 1 milyon insan istifadə edir, küçələr isə maşınla doludur”, – o deyib.
Ekspertlərin ehtimalına görə, Türkiyə 2018-ciil valyuta böhranından sonra özünə gələ bilmədiyi üçün prezident sərt tədbirlərə əl atmaq istəmir.
Ola bilər ki, hakimiyyətdəki iqtisadçılar və siyasətçilər koronavirusun doğurduğu fəsadlardan epidemiyanın özündən daha çox qorxurlar.
Maskada və məsafəni gözləyərək – işə davam
Türkiyədə nəqliyyatda, mağazada və ümumiyyətlə ictimai yerlərdə maskada gəzmək tələbdir. Bununla yanaşı maskalar satılmır, pulsuz paylanır.
Prezident söz verib ki, hər biri 1000 yelik iki səhra xəstəxanası açılacaq, üstəlik onlardan birini keçmiş Atatürk aeroportunun binasında, digərini isə şəhərin Asiya hissəsində – Sancaktəpədə təşkil olunması planlaşdırılıb.
Məktəblər bağlanıb, məscidlərdə namaz qadağan olunub, çox sayda beynəlxal və daxili aviareyslər təxirə salınıb.
20 yaşa qədər və 65 yaşdan yuxarı insanlar, o cümlədən də xroniki xəstəlikləri olanlar evdə qalmalıdır.
Amma eyni zamanda dövlət müəssisələri açıqdır, mağazalar, istehsalat işinə davam edir.
Məhbuslar azad ediləcək, amma siyasi məhbuslar yox. Narazı jurnalistlər isə həbs ediləcək
Pandemiya Türkiyədə siyasi ziddiyyətlərin dərinləşməsi üçün də mənfi stimul olub.
Həbsxanalardakı məhbusların üçdə birinə yaxın hissəsini azadlığa buraxacaq qanun layihəsinin qəbulu gözlənilir. Onlar ev həbsinə buraxılacaq və ya vaxtından tez azad ediləcəklər.
Amma qanun layihəsi ilə tanış olan ekspertlər bildirirlər ki, hazırda həbsxanada olan yüzlərlə hüquq müdafiəçisi, jurnalist və müxalif siyasətçi yenə də həbsdə qalacaq.
“Sərhədsiz reportyorlar” təşkilatı da da bəyan edib ki, artıq ölkədə “təşviş yaydığına” görə yeddi jurnalist həbs edilib.
385 nəfərə qədər insan sosial şəbəkələrdə tənqidi çıxışlarına görə istintaq altındadır.
Türkiyədə real vəziyyət haqda danışmağa cəsarət edən bir neçə tibb işçisi nəticədə öz şikayət ərizələrini geri çəkməli olub.