Azərbaycanda parlament seçkiləri - Seçki 2020

Azərbaycanda parlament seçkiləri - Seçki 2020

Azərbaycanın Milli Məclisi bir palatalı parlamentdir, hər beş ilədn bir majoritar seçki sistemi üzrə 125 deputat seçilir. Majoritar sistem sayəsində “Yeni Azərbaycan” iqtidar partiyası hər dairədən öz namizədini irəli sürmək və mandatların çoxunu qazanmaq imkanı əldə edir.

 

Milli Məclis prezidentin hakimiyyətini məhdudlaşdıra bilər, amma bütün tarixi boyunca bu hüquqdan heç vaxt yararlanmayıb.

 

1995-ci ildən parlamentdə yerlərin çoxu prezidentin partiyasına məxsusdur. əəvvəlki prezident Heydər Əliyev dövründə müxalifət həmişə parlamentdə tam azlığı təmsil edib.

 

Hər dəfə parlament seçkilərində beynəlxalq müşahidəçilər saxtakarlıqlar haqda məlumat veriblər, nəticələr qismən ləğv edilib və təkrar səsvermə keçirilib.

 

İndi parlamentdə 69 deputat “Yeni Azərbaycan” partiyasını təmsil edir, 53 nəfəri bitərəfdir (onlar da hakimiyyətə qarşı loyaldır), 3 nəfər aztanınan partiyanın nümayəndəsidir. 2010-cu ildən etibarən parlamentdə müxalifət ümumiyyətlə yoxdur. 2010-cu ildə müxalifət parlamentə keçə bilməyib, 2015-ci ildə isə seçkiləri boykot edib.

 

2019-cu ilin sonunda “Yeni Azərbaycan” iqtidar partiyası Milli Məclisi buraxıb, tərkibini yenidən seçməyi təklif edib və bunu parlamentin hazırkı tərkibinin prezidentin siyasətinə uyğun olmadığı ilə izah edib. Parlament praktiki olaraq yekdilliklə özünü buraxmağın “lehinə” səs verib.

 

Növbədənkənar seçkilərin tarixi təyin edilib – 9 fevral.

Ən Populyar

JAMnews-u dəstəkləyin

Biz JAMnews-da müstəqil redaksiya siyasəti seçmişik. Siz bizi dəstəkləyəcəksiz? Yoxlanılmış faktlar, balanslı, ağlabatan izahlar – JAMnews məhz bu cür jurnalistika ilə təmin etmək istəyir. Biz çoxsaylı komandayıq – regionun hər yanında yaşayan redaktorlar və jurnalistlər. Heç kim bizim üçün gündəm yaratmır, heç kim bizim redaktorları redaktə etməyə cəsarət etməz – buna görə də, biz sizə hər gün hadisələri reallığa maksimum yaxın nəql edirik. Sizin istənilən köməyiniz bizə işimizi davam etməyə dəstək olacaq və bir fincan qəhvənin dəyəri olan 1 dollar bizim üçün çox önəmlidir. Təşəkkür edirik!

JAMnews-u dəstəkləyin