Tbilisidə yetkinlik yaşına çatmayanları satan və onların pornoqrafik şəkillərini çəkən Gürcüstan, ABŞ və Avstraliya vətəndaşları saxlanılıb.
Ümumilikdə saxlanılanlar 11 nəfərdir, o cümlədən də uşaqların valideynləri. Xarici vətəndaşlar məhz valideynlərinin razılığı ilə uşaqları bu cür əməllərinə alət ediblər.
DİN-dən bildirilib ki, ABŞ və Avstraliya vətəndaşları Tbilisidə kurayə mənzil tutub və orada foto-salon təşkil ediblər. Uşaqların pornoqrafik şəkillərini çəkir, sonra isə xaricdə satırmışlar.
İndiyə qədər bu fəaliyyətə ən azı 10 nəfər azyaşlı qızın cəlb olunduğu aşkarlanıb. Onların yaşı 8-dən 14-ə qədərdir. Uşaqların valideynləri də məsələdən agah olub. Çəkilişlər onların razılığı ilə həyata keçirilib, bunun əvəzində onlar 500 laridən 3000 lariyə qədər pul alıblar. Hesablaşma həm nağd, həm də bank köçürmələri ilə həyata keçirilib.
DİN-dən bildirilib ki, istintaq bir neçə ay sürüb və araçdırma prosesinə Gürcüstan hüquq-mühafizə orqanları ilə birlikdə Avropol, o cümlədən də ABŞ və Avstraliya hüquq mühafizə orqanlarının əməkdaşları da cəlb olunub.
58 yaşlı ABŞ vətəndaşı və 61 yaşlı Avstraliya vətəndaşı saxlanılıb. Qalan saxlanılanlar 30-41 yaş arası Gürcüstan vətəndaşlarıdır. Saxlanılan Gürcüstan vətəndaşları arasında uşaqların valideynləri, qohumları və yaxınları, o cümlədən də qanunsuz foto-salonun əməkdaşları var.
İstintaq onu da müəyyən edib ki, pornoqrafik şəkillərə görə ödənən vəsaitləri ABŞ vətəndaşı Tbilisidə kriptomatlarda nağdlaşdırıb.
Polis cinayətkarların icarəyə götürdüyü foto-salonda axtarış aparıb. Dəlil olaraq bahalı kameralar, işıqlandırma avadanlıqları, rekvizitlər və kompüter texnikası müsadirə olunub. Həmçinin uşaqların əks olunduğu pornoqrafik foto və video-materiallar da götürülüb.
DİN-də keçirilən brifinqdə deyilib ki, zərərçəkən uşaqlarla psixoloqlar işləyir.
Təqsirləri sübuta yetirilərsə saxlanılanları 17 ildən 20 ilə qədər və ya müddətsiz azadlıqdan məhrumetmə cəzası gözləyir.
DİN-in məlumatına görə, bununla bağlı ABŞ-dan da mövqe bildirilib.
“ABŞ-ın Gürcüstandakı səfirliyinin məlumatına görə, bu, bir neçə ölkənin iştirakı iləbeynəlxalq koordinasiya olunmuş hüquq-mühafizə tədbiri uşaqlara ziyan vuran hər kəsə xəbərdarlıq olmalıdır ki, hüquq-mühafizə orqanları müştərək səylərləbeynəlxalq səviyyədə hər vaxt onları üzə çıxara, saxlaya və məsuliyyətə cəlb edə biləcək. Bununla yanaşı, ABŞ-ın İmmiqrasiya və Gömrük Qurumunun Daxili İstintaq Təhlükəsizlik Xidməti (HSI) həmişə və hər yanda dünyanın istənilən nöqtəsində uşaqların onların müdafiəsizliyindən sui-istifadə edən insanlardan müdafiəsi üzrə vəzifəsini yerinə yetirəcək”, – DİN-də keçirilən brifinqdə deyilib.