Tbilisidə Pride tərəfdarlarının və jurnalistlərin döyülməsi nə deməkdir? Analiz və fotoreportaj
İyulun 5-də “Ləyaqət marşı”nın – iyulun 1-dən başlayan “Pride Həftəsi”nin kulminasiyası olan tədbirin keçiriləcəyi mərkəzi küçələrdə Gürcüstan paytaxtı üçün görünməmiş kütləvi zorakılıqlar yaşanıb.
Ultrasağ və homofob qrupların yüzlərlə tərəfdarı Pride-ı dəstəkləyən təşkilatların ofislərinə hücum edib, onları talayıb, bu hərəkatın bayraqlarını yandırıblar. Əsl jurnalist ovu təşkil olunub, 50 nəfərdən çox media nümayəndəsi amansızca döyülüb, çoxları xəstəxanaya düşüb. Onlarla kamera və peşəkar avadanlıq sındırılıb.
2020-ci ilin payızından etiraz əlaməti olaraq parlament qarşısında qalan müxalifətin çadırları dağıdılıb. Bütün bunlar iyulun 5-də baş nazir İrakli Qaribaşvili marşdan imtinaya çağırandan, müxalifəti və eks-prezident Mixail Saakaşvilini “vəziyyətin destabilizasiyasına nail olmaq üçün” “Pride Həftəsi”ni dəstəkləməkdə günahlandırandan sonra baş verib.
Vəziyyət praktiki olaraq idarəolunmaz hal alıb. Polis zorakılığa reaksiya verməyib və ya çox gec reaksiya verib. Nəticədə “Tbilisi Pride” komandası bildirib ki, insanların həyatlarını təhlükə altına qoya bilməz və marşın keçirilməsini təxirə salıb.
Bundan sonra homofob qrupların tərəfdarları parlament qarşısına toplaşıb, musiqi qoşub, rəqs ediblər.
Avropa İttifaqının yandırılmış bayrağı. “Zorakılığın təşəbbüskarı patriarxlıq təhrikçisi isə hakimiyyətdir”
“Vətəndaş cəmiyyətinə müharibə elan olunub, müstəqil mediaya, demokratiyaya və Avropa dəyərlərinə qarşı ov başlayıb”, – iyulun 5-də hadisələrin ardınca qeyri-hökumət təşkilatlarının yaydığı bəyanatda deyilir.
Onlar ofislərdən birinə hücum zamanı yandırılan Avropa İttifaqının bayrağını “günün rəmzi” adlandırır və bildirirlər ki, “zorakılığın təşəbbüskarı patriarxlıq, təhrikçisi isə hakimiyyətdir”.
Gürcüstan Patriarxlığı “Tbilisi Pride”a bir neçə bəyanat həsr edib. Əvvəlcə hökuməti açıq şəkildə parad keçirməməyə çağırıb. Sonra Avropa Parlamentinə və diplomatik korpusa Gürcüstanın dini həyatına qarışmamaq təklifi ilə müraciət edib. Nəhayət, kilsə camaatını küçələrə çıxıb, genişmiqyaslı mitinq keçirməyə səsləyib:
“Gəlin yığışaq, gəlin dua edək, dünyaya imkan verin ki, biz öz ləyaqətimizi müdafiə edirik”.
- Nifrət içində həyat. Gürcüstanda LGBT və onların valideynləri
- Gürcüstan prezidenti LGBT-pride haqda: hər kəsin marş hüququ var, zorakılıq yolverilməzdir
Gürcüstanın xalq müdafiəçisi Nino Lomcariya baş nazirin ölkə əhalisinin böyük əksəriyyətinin Pride əleyhinə çıxış etdiyi ilə bağlı sözlərini “qəti qəbulolunmaz” adlandırıb. “Aqressiv qrupları mülki əhaliyə bərabər tutmaq böyük yanlışdır, bu halda həmin qerupların dəstəklənməsi deməkdir”, – Lomcariya deyib.
Gürcüstanın nüfuzlu Gənc Hüquqşünaslar Assosiasiyası da baş nazirin bəyanatını qınayıb: “Dövlər başçılarının və qurumlarının bu cür çıxışları və dinc nümayişçilərin ünvanına ittihamlar onsuz da gərgin olan fonu daha da ağırlaşdırır. Həmçinin bu, homofob qrupların zorakı əməllərinin dəstəklənməsidir. Bu mahiyyət etibarilə ölkədə zorakılığın doğulmasıdır”.
Hökumət ultrasağçı qruplardan öz məqsədləri, o cümlədən də müxalifətin parlament qarşısındakı çadırlarını dağıtmaq üçün istifadə edib – müxalif Respiblika Partiyasının sədri Xatuna Samnidze hesab edir.
“İndi biz əminliklə deyə bilərik ki, hökumət rusiyayönlü qüvvələrlə ittifaqdadır. Bu ölkədə azad vətəndaşın öz konstitusion haqlarını reallaşdırmaq imkanı yoxdur”.
Sosial Ədalət Mərkəzi baş nazirin bəyanatını təməl konstistusion prinsiplərə və insan haqlarının müdafiəsi əsaslarına zidd olduğu qənaətinə gəıib.
“Baş nazir ənənələr və çoxluq naminə digərlərinin hüquqlarını heçə sayıb”, – təşkilatın bəyanatında deyilir.
Plakatlarda yazı: “Xarici diplomatlar! Bizim mədəniyyətimizə və ənnənələrimizə hörmət edin və evinizə gedin!” Foto: David Pipia, JAMnews
Pride tərəfdarlarına və jurnalistlərə qarşı zorakılığın hakimiyyət tərəfindən dəstəklənməsini göstərən mühüm məqamlardan biri polisin küçələrdəki açıq qarşıdurmaları görməzdən gəlməsidir. Ancaq kiçik patrul və kriminal polis qrupları olub ki, onlar da kütləvi döyülmələrin qarşısını alacaq qüvvədə olmayıb və ya bu zaman hadisə yerində olmayıblar. Xüsusi təyinatlılar hadisə yerinə cəlb olunmayıb.
Təhlükəsizliyə zəmanət vermək əvəzinə DİN “Tbilisi Pride” iştirakçılarını mürşdan çəkinməyə çağırıb.
DİN məqsədyönlü şəkildə polis koridorunun qurulması, etirazçıların və əks-etirazçıların müdafiəsi və bir-birindən ayrılması üçün heç bir tədbir görməyib – Sosisl Ədalət Mərkəzi hesab edir:
“DİN-in fəaliyyəti hökumətin toplaşma azadlığının müdafiəsində maraqlı olmadığı və əks-etirazçıların mərkəzi Rustaveli prospektində və ətraf küçələrdə cəmlənməsini istədiyini düşünməyə məcbur edir”.
Hakimiyyət hesab edir ki, polis vəziyyətə yaxşı nəzarət edib
“Gürcü arzusu” iqtidar partiyasının sədri İrakli Kobaxidze tənqidlərlə razılaşmayıb və bildirib ki, polis əməliyyatı yaxşı planlaşdırılıb:
“Nə qədər polis lazımdır ki, 10 000 insana nəzarət etsin? Yadınızdadır, minlərlə insan necə parlamentə hücum etmişdi, orada nə qədər polius vardı? Söhbət kütlələrdən gedəndə, orada reaksiya vermək çətindir, xüsusən də çox insan çıxır”, – Kobaxidze bildirib.
Jurnalist ovu
İyulun 5-i axşam 50 nəfərə yaxın jurnalist xəstəxanaya yerləşdirilib. Çoxları ağır xəsarətlər alıb: başları yarılıb, beyinləri silkələnib, gözləri zədələnib, dişləri sınıb, hematomaları var. Birinin burnu sındırılıb və təcili əməliyyat edilməli olub.
Şəhərin mərkəzində həyati təhlükə altında işləyən bütün jurnalistlər bildirirlər ki, onlara qəsdən hüsum edilib.
Tbilisidə döyülən və yaralanan jurnalistlər
“Publika” internet nəşrinin jurnalisti Basti Mqabolişvili JAMnews-a danışıb ki, Gürcüstanda nə zamansa jurnalistlərə qarşı belə bir zorakılığın olduğunu xatırlamır. O, deyir ki, ona və həmkarlarına iki dəfə məqsədyönlü şəkildə hecum ediblər.
İkinci dəfə onlar xilas olmağa çalışaraq taksi saxlayıblar. Bastinin sözlərinə görə bu zaman onların “press” yazılı jitetləri və mikrofonları olmayb, amma hücum edənlər böyük ehtimalla onlarn danşığn eşidib və jurnalist olduqlarını anlayııblar.
“Bizdən bir neçəsi taksi ilə getdi, digərləri qaçıb avtobusa mindi. Bizə qarşı ov başladı, hara getmək önəmli deyildi, biz xilas olmağa çalışırdıq”.
“Netqazeti” internet nışrinin jurnalistinin üzərində “Press” yazılı köynək olub, amma bu ona kömək etməyibb. Onu təhqir edib, itələyiblər.
“Bu gün birinci dəfə belə alındı ki, bizim jurnalist nişanlarımız bizi müdafiə etmirdi, əksinə, hədəfə çevirmişdi. Mən altıncı ildir ki, jurnalistika ilə məşğulam, bütün mitinqləri işıqlandırıram, o cümlədən də aqressiv qrupların mitinqlərini, amma mən bu cür məqsədyönlü təqibi xatırlamıram”, – “Netqazeti”nin əməkdaşı bildirib.
Bir çox jurnalistlər qızğın iş prosesində üzərlərindən jurnalist nişanlarını çıxarmağa və hətta paltarlarını dəyişməyə başlayıblar. Amma onlardan çoxunu bu da xilas etməyib, çünki aqressiv kütlə hətta fotoaparatın olmasına da reaksiya verib.
“Məni yerə yıxdılar və 200 metrə qədər sürüdülər. Kütlə məni vurur və təpikləyirdi, heç bir polis də gəlib məni müdafiə etmədi”, – “Formula-1” telekanalının jurnalisti Rati Tserava danışıb.
Həyat və sağlamlıq üçün bilavasitə təhlükə yarandığı vəziyyətdə telekanalların və nəşrlərin redaktorları öz jurnalistlərini hadisə yerindən geri çağırmaq qərarı alıblar.
“Zorakılıq əvvəlcədən Rusiya ssenarisi üzrə hakimiyyət tərəfindən planlaşdırılmışdı”
“Bir neçə hal göstərir ki, Tbilisidə 5 iyul hadisələri əvvəlcədən hakimiyyət tərəfindən planlaşdırılıb, bu sadəcə zəif hökumətin uğursuzluğu idi”, – Sosial Ədalət Mərkəzinin direktoru Tamta Mikeladze sosial şəbəkədə yazıb.
Bu günün ən böyük sürprizlərindən biri “Tbilisi Pride” təşkilatının dar çevrədə qəbul etdiyi istənilən qərar aqressiv qruplara çox tez məlum olurdu.
“Tbilisidə baş verənlər Rusiya taktikası üzrə klassik hibrit müharibəsidir”, – müdafiə və təhlükəsizlik məsələləri üzrə ekspert Teona Akubardiya hesab edir. – “Bu, bizim demokratiyamıza, qanunun aliliyinə, insan haqlarına, mediaya, bizim xarici vektorumuza hücumdur”.
Sosial şəbəkələrin Gürcüstan seqmentində bu mesaj dominantlıq edir – Tbilisidəki hadisələr Rusiya ssenarisinə çox oxşayır.
“Bu, mənim tanıdığım Gürcüstan deyil, bu, gürcü ənənələri deyil, bizim dinimiz deyil, bu, bizim bu ölkə üçün istədiyimiz gələcək deyil”, – Gürcüstan prezidenti Salome Zurabişvili bildirib.
Vətəndaş cəmiyyətinin fikrincə, prezidentin bəyanatı ölkə hakimiyyətindən səslənən yeganə adekvat bəyanatdır.
“Öz fikrini bildirmək hüququn müdafiə etmək” – Gürcüstanın qərb tərəfdaşlarının bəyanatı
Bir qrup qərb ölkəsinin hökumətləri Tbilisidəki hadisələri qınayan birgə bəyanatla çıxış edib. Onların sırasında Finlandiya, Fransa, Almaniya, Yunanıstan, İrlandiya, İsrail, İtaliya, Latviya, Litva, Niiderland, Norveç, İspaniya, İsveç, Böyük Britaniya, Gürcüstandakı BMT Agentliyi, ABŞ səfirliyi və Avropa İttifaqının Gürcüstandakı nümayındə heyəti var.
“Zorakılığa təhrik edənlər, zorakılıqla təhdid edənlər və ya zorakılıq aktları törədənlər, Gürcüstanın hüquq-mühafizə orqanlarına dinc və təhlükəsiz vəiyyəti təmin etməyə mane olanlar – onların hamısı məhkəmə qarşısına çıxmalıdır.
Biz bütün Gürcüstan liderlərini və hüquq-mühafizə orqanlarını öz fikrini ifadə etmək kimi konstitusion haqlarından istifadə edənləri müdafiə etmək, azad mətbuat prinsipləri ilə fəaliyyət göstərən jurnalistləri müdafiə etmək və aşkar şəkildə zorakılığı qınamaq üçün dərhal addımlar atmağa çağırırıq”.
İyulun 1-dən 5-ə qədər Tbilisidə “Pride Həftəsi” keçirilib. İyuıun 1-də Gürcüstanda gender azlıqlarının problemləri haqda sənədli filmin qapalı nümayişi keçirilib. Pride əleyhdarlarından ibarət kütlə səralarında diplomatların da olduğu tamaşaçılara hücum etməyə çalışıb. Həmin gün ərzində polis 20 nəfərə yaxın şəxsi xırda xuliqanlıq və polisə müqavimət ittihamları ilə həbs edib. Onların hamısı tezliklə girov müqabilində azad edilib.
İyulun 3-də kvir-birliyin festivalı keçirilib. “Ləyaqət Marşı” iyulun 5-də baş tutmalı idi.
DİN-in məlumatına əsasən, Tbilisidə iyulun 5-də zorakılıq faktları üzrə səkkiz nəfər saxlanılıb.