Tbilisi nə ilə nəfəs alır
Son illər “Facebook”da Tbilisi sakinlərinin havanın çirklənməsindən şikayət etdiyi statusların sayı artıb.
Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, 2017-ci ilin avqust ayında aparılmış havanın analizinin nəticələri göstərdi ki, Tbilisi sakinləri aşırı dərəcədə azot dioksidi və başqa zərərli maddələrlə nəfəs alırlar. Ekoloqlar hələ üç il həyəcan təbilini vurmağa başlayıblar, bu vaxt məlum oldu ki, havada toz, kükürd və azot dioksidi yol verilən normadan iki dəfə artıqdır. Təxmin etmək olar ki, 2014-cü ildən bəri vəziyyət bir az da ağırlaşıb. Bu da bir neçə göstərici.
• Şəhəri necə məhv etməli. İşə yeni başlayan developer üçün praktiki təlimat
• Gürcü partizanlarının lideri
• Tbilisidə havada qurğuşun var. Tədqiqat nəticələri
Son 7 il ərzində Tbilisi bələdiyyəsi sanitar və başqa səbəblərdən 98 mindən çox ağacın kəsilməsinə icazə verib, 2016-cı ildə isə Gürcüstan avtoparkı 8% artıb.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) normalarına görə, hər bir şəhər sakininə 50 kvadrat metr yaşıl örtük düşməlidir, Tbilisidə isə bu göstərici 25 dəfə azdır. 2016-cı ildə Gürcüstanda 2013-cü ilə nisbətən onkoloji xəstəliklərdən ölənlərin sayı 35% çoxdur. Bu göstəricilər bir şeyi deyir– Tbilisini xilas etmək lazımdır.
Gürcüstan paytaxtı bir neçə səbəbdən çətin vəziyyətdə qalıb. Biz bunun ancaq üçünü göstəririk.
Birinci səbəb: yaşıl örtüyün məhv edilməsi
Memar Şota Demetraşvili bizi Vere dərəsindəki piyada körpüsünə aparır. Bu dərə şəhərin hava dəhlizlərindən biridir, amma əksər başqa dəhlizlər kimi artıq öz funksiyalarının öhdəsindən gələ bilmir. Şota deyir ki, Tbilisinin yaşıl infrakstrukturu bir neçə komponentdən ibarətdir:
[yes_list]
- Birinci və əsas komponent şəhər ətrafındakı bilavasitə tənəffüs üçün hava yaradan meşələrdir.
- İkinci komponent çayların axdığı şəhər dərələridir. Bu dərələrdən şəhərə təmiz hava gəlir, buna görə də onlar “hava dəhlizləri” adlanır.
- Üçüncü komponent şəhərin özünün yaşıl örtüyüdür: havanı qoruyan parklar, skverlər, bağlar.
[/yes_list]
Bu üç komponent hava istehsal edən vahid sistem yaradır, hər üçü də şəhərin nəfəs alması üçün eyni dərəcədə vacibdir. Şota Demetraşvilinin sözlərinə görə, bu gün bu sistem o dərəcədə zədələnib ki, komponentlərdən heç biri öz funksiyalarını yerinə yetirmir.
“Vere dərəsi, və Vakeyə bitişik ərazisilər – bu hava dəhlizləri üzərindən çəkilən yollarla demək olar ki, “yeyilib”. Hava dəhlizlərini təkcə tikinti deyil, kənardan olunan istənilən müdaxilə, hətta yol çəkilişi belə məhv edir”, – Demetraşvili deyir. – “Əsas dəhliz Mtkvari çayıdır, bu da bir növ “mavi infrastruktur”dur. Bu gün onun üzərindən magistrallar keçir və təbii ki, təmiz hava ilə deyil, avtomobillərin çıxardığı qazla yüklənir. Tbilisidə tənəffüs sistemlərinə vahid yanaşma yoxdur. Paytaxtda seçkiqabağı kampaniyalar dövründə bir neçə park salır və ya bir neçə ağac əkirlər, amma bu heç nəyi dəyişmir”.
İkinci səbəb: avtomobillərin buraxdığı qazlar
Mütəxəssislərin sözlərinə görə, Tbilisidə havanın çirklənməsində tənəffüs zonalarının azalmasından daha çox nəqliyyat rol oynayır. Nəqliyyatın buraxdığı qazların havanın çirklənməsində payı 95%-dir. 2016-cı ildə Tbilisidə maşınların sayı milyonu keçib. 2015-ci ilin məlumatına görə, Gürcüstandakı maşınların 90%-i 10 il öncə istehsal olunub. Onlardan 36,7%-i – yəni başqa regionlardan daha çox məhz Tbilisidədir.
Coğrafiyaçı və nəqliyyat üzrə mütəxəssis Giorgi Kankiyanın fikrincə, əsas problem köhnə maşınlar və katalizatorların yoxluğudur:
“Gürcüstana əsasən işlənmiş, həm də lazımı baxışdan keçirilməyən avtomobillər gətirilir. Eyni zamanda sürücülər mühərriklərdən katalizatorları satmaq üçün çıxarır. Nəticədə filtrdən keçməyən avtomobil qazları birbaşa bizim hava ilə qarışır. İctimai nəqliyyatın böyük hissəsi isə daha çox avtomobil qazı yandıran dizel yanacağı ilə işləyir”.
Xarab, işlənmiş maşınlardan əlavə Gürcüstana əlavə problemlər yaradan aşağı keyfiyyətli yanacaq gətirilir.
Gürcüstan qanunvericiliyinə görə, benzol və karbohidrogenin yol verilən normaları Avropa standartlarından 1,5 dəfə, kükürd norması isə 15 dəfə çoxdur.
Üçüncü səbəb: tikinti tullantıları
Tbilisidə tikinti bumu baş verir. Tənəffüs zonaları öz statusunu itirərək, yaşayış zonalarına çevrilir. Tikinti xaotik aparılır. Tikinti gəzinti həvəskarlarının həyatını pozmaqdan əlavə, insanları səkilərdən məhrum edir və daha bir ciddi problem gətirir – sanitar normalar pozulur.
Tikilən obyektlərin yanında aylarla zəif bir küləklə müxtəlif yönlərə səpələnən qum təpələri olur. Elə oradaca inşaatçılar heç bir sanitar norma riayət etmədən tozu insanın tənəffüs orqanları üçün təhlükəli olan daş kəsir.