Tbilisi, bizi ruhlandıran etiraz aksiyaları
“Ekoloji məsuliyyət, “ şəhər demokratiyası, “ sosial ədalət – əz müddət əvvəl kim inana bilərdi ki, nə vaxtsa Tbilisidə səsgücləndiricilərdən bu ifadələr eşidiləcək.
Bundan əvvəl etiraz aksiyalarının çoxu siyasi xarakterli idi. Mikrafonlardan hər kəs üçün adiləşən tələblər səslənirdi: “ azadlıq, “sərbəstlik, “ istefa “yeni seçim və s.
Son 5 ildə Gürcüstanda onlarla gənclər hərəkatı yaranıb ki, onların qoyduğu tələblər siyasətlə bağlılığı olmayan tamamiylə fərgli mövzulardır. Bu günlərdə etiraz aksiyalarının ən aktual tələbi ekologiya və sosial siyasətlə bağlıdır.
Olduqca maraqlıdır ki, bu gün artıq kassada oturan işçilərin iş vaxtı, tikinti zamanı qoruyucu kaskanın taxılması kimi məsələlər ilə maraqlanan gənclər var. Onlar kassirin isşlədiyi supermarketin menecerini çağırıb, müxtəlif arqumentlər ilə onların hüquqlarının qorunmasının vacibliyini zah edirlər.
Bu cür siyasətdən insan faktoruna keçid tədricən və hiss edilmədən oldu. Bu gün bir çoxumuz gürcülərin şuurunda və mentalitetində bu dəyişikliyin necə baş verdiyini hələ də anlaya bilməmişik.
Bir daha qeyd edək: Uzun illərdən sonra ilk dəfədir ki, bizim insanlar siyasi təyinatlar və istefalar üçün çağırış etmir. Onlar təmiz hava, maşınların düzgün pak edilməsi, düzgün şəhərsalma kimi tələblər irəli sürür. Və bunu olduqca yaradıcı və dinamik şəkildə edir. Konsertlər, tamaşalar, fleşmoblar- bunlar etirazın yeni növləridir.
Son dövrələrin ən yaddaqalan aksiyası Tbilisidə dağqının nəticələrinin aradan qaldırılmasını tələb edən könüllülərin aksiyası idi. Aksiya 13 iyunda baş tutmuşdu. Təbii fəlakətin səhəri günü minlərlə könüllü axşam saatlarına qədər düz bir həftə ərzində şəhəri təmizlədilər. Bəziləri isə bir həftədən də çox işlədilər.
Şəhər parklarında bir neçə günlük növbələr də yeni etiraz aksiyasının bir növüdü. Yeni – yəni heç bir aclıq aksiyası , pafoslu nitqlər olmadan keçirilən aksiyalar. Vake parkında otel tikintisinə və tarixi Qudaişvili meydanının yenidənqurması əleyhinə edilən etirazlar zamanı sərgilər, konsertlər və digər yeni etiraz üsullardan istifadə edirdilər.
Onlar hər yerdədirlər və daim yeniliklər gətirirlər. Onlar böyüyür, çoxalır və öz sıralarına yeni insanlar qazanırlar. Onların sosial şəbəkələrdə yaratdıqları tədbirlər çoxlu sayda insan toplayır. Çünki, onların haqlı tələbləriylə həmrəy olan həmişə tapılır. Tbilisidə ağacların kəsilməsinə, mərkəzdə tikintinin aparılmasına, küçəyə zibil atılmasına, və nəzərdə tutulmayan yerlərdə maşın park edilməsinın çoxları əleyhinədir.
Bütün bu problemlər həmişə mövcud idi, lakin bizim sanki bütün bunları səslədirməyə vaxtımız yox idi. Yeni nəsil gələnə qədər hamı susurdu.
Əgər bu yeni etiraz aksiyalarını dərindən təhlil etsək, görərik ki, bu keçmişdəki bütün qarınlı, keçəl, sağlıq səsləndirən və qəhrəmanlıqdan bəhs edən nəslə qarşı bir alternativdir.
Həqiqətən də indiki etirazların əsas hərəkətverici qüvvəsi 90-cı illərdə dünyaya gələn gənclərdir. O gənclər ki, 90-cı illərdə qəpik-quruşa işləyən, uzun –uzadı çörək növbələrində dayanan, və silahlı atışmalardan gizlənən valideyinlərin uşaqlarıdır.
Xoşbəxtlikdən o uşaqlar keçmişin o ağır günlərini xatırlamırlar, bəlkə də buna görə öz doğma valideyinlərindən daha azaddırlar. Əgər yaxın gələcəkdə onların tələbləri siyasi tələblərə dönməyəcəksə, deməli, onların xatırlamadığı o burjuaziya, çörək növbələri əbəs yerə olmayıb.
Dərc olunub 05.09.2016