Tbilisinin girişi heç vaxt belə olmayıb. Fotoreportaj
Aprelin 15-də 21:00-da pandemiyanın qarşısını almaq üçün Tbilisi, Rustavi, Kutaisi və Batumi 10 sutkalıq bağlanıb.
Paytaxta giriş bağlanana bir neçə saat qalmış yolda tıxaclar əmələ gəlib. Tbilisi istiqamətində bütün bu günlər ərzində avtomobil nəqliyyatının sıxlığı yaşanıb.
- Tbilisi və Gürcüstanın daha üç şəhəri karantinə bağlanır
- “Gürcüstanda 2-3 həftə sonra minlərlə insan xəstələnə bilər” – Xəstəliklərə Nəzarət Mərkəzi
- Qafqazda koronavirus. Yenilənir
Tbilisinin girişində çadırlar qurulub, burada tranzit maşınların sürücülərinin və sərnişinlərinin temperaturu ölçülür.
Polis və ordu hissələri qüvvələrini birləşdirərək vəziyyətə birgə nəzarət edirlər.
Yalnız tranzit maşınlar yoxlanılır və dezinfeksiya edilir.
Heç bir maşında üç nəfərdən çox adam yoxdur. Bu qayda fövqəladə vəziyyət reşiminin şərtlərindən biridir.
Tbilisi və daha üç şəhər aprelin 25-ə qədər bağlanıb. Bu müddət bitəndən sonra şəhərlərin açılması tarixinin ertələnəcəyi istisna deyil. Hər şey epidemioloji vəziyyətdən, o cümlədən də epidemiya pikinin necə aşılacağından asılıdır.
Epidemioloqlar aprelin 19-dan – yəni Pasxadan sonra yoluxma hallarının kəskin artacağını gözləyirlər. Hakimiyyətin və həkimlərin bütün arqumentlərinə baxmayaraq, Gürcüstanın Provoslav Kilsəsi çox sayda kilsə camaatının iştirakı ilə ənənəvi liturgiyanı keçirməkdən imtina etməyib.