Şərh: Saakaşvilinin Ukraynaya üçüncü gəlişi
Ukrayna prezidenti Vladimir Zelenski nəhayət ki, ötən həftə Ukraynaya qayıtmış keçmiş Gürcüstan prezidenti Mixail Saakaşvilini öz komandasına götürməyi planlaşdırmasına dair məsələyə aydınlıq gətirib.
Gürcüstan jurnalistləri Zelenskini özünün ilk xarici səfəri ilə gəldiyi Brüsseldə “yaxalayaraq” Saakaşvilinin mümkün təyinatı barədə ona sual verə biliblər.
«O Kiyevdədir. Mən ona pasportu qaytardım. Lakin indi biz bu (təyinat) barədə düşünmürük”, – Zelenski deyib.
Prezidentin mövqeyini onun mətbuat katibi Yuliya Mendel izah edib və təsdiqləyib ki, Gürcüstanın keçmiş prezidentinin hər hansı vəzifəyə təyinatı məsələsi müzakirə olunmur. O, Saakaşvilinin prezidentliyi dövründə Gürcüstanda uğurlu islahatlar təcrübəsini xatırladıb və bildirib ki, yeni prezident dəyişiklikləri həyata keçirməkdə ona kömək edə biləcək hamı ilə işləməyi planlaşdırır. Lakin, onun sözlərinə görə, “söhbət yalnız Saakaşvilidən deyil, (Gürcüstanın) rəsmi strukturları ilə də əməkdaşlıqdan gedir”.
•Gürcüstanı necə yenidən böyük etməli: Mixail Saakaşvili və Tomas de Vaal mübahisə edirlər
•Mixail Saakaşvili haqqında gürcüstanlılardan soruşmaq istədiyiniz altı nəsnə
•“Gürcüstanlı” Saakaşvilinin “ukraynalı” Saakaşvilidən dörd fərqi
Sürgündən qayıdış
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ötən gəftə bir ildən artıq girişinə qadağa qoyulduğu Ukraynaya qayıdıb. Demək olar ki, qələbə ilə qayıdıb – çoxsaylı tərəfdarları onu hava limanında çox emosional şəkildə qarşılamışdılar. Hadisə yerində nəinki Ukraynanın, o cümlədən bütün dünyanın aparıcı agentliklərinin reportyorları toplaşmışdılar.
O, şübhəsiz ki, günün qəhrəmanı idi və tam layiqincə qələbəsini bayram edirdi –onu əvvəlcə Ukrayna vətəndaşlığından məhrum etmiş, sonradan isə ölkədən qovmuş prezident Petro Poroşenko komediya aktyoru Vladimir Zelenskiyə seçkilərdə çox böyük fərqlə məğlub olmuşdu.
Saakaşvilinin müraciətindən sonra Zelenski ona vətəndaşlığı geri qaytardı. Saakaşvilinin Gürcüstandakı və Ukraynadakı bir çox tərəfdarları bu qərarı hərarətlə alqışladılar vəı hesab edirlər ki, bununla da əvvəllər Saakaşvili haqqında müsbət fikirlər bildirmiş yeni prezident az qala onu öz komandasına dəvət etdi.
Lakin əslində, Zelenskinin təsdiqlədiyi kimi, hələlik bu barədə söhbət getmir. Zelenski hələlik yalnız qanunu bərpa edib – Poroşenkonun keçmiş Gürcüstan prezidentinin vətəndaşlığının ləğvi haqqında şübhəli fərmanını ləğv edib. Bununla da, onun vətəndaş kimi Saakaşvili qarşısında öhdəlikləri bitmiş kimi görünür.
Posted by Mikheil Saakashvili on ოთხშაბათი, 29 მაისი, 2019
Saakaşvilinin qayıdışına kim şad deyil
Saakaşvili özü Zelenskinin qərarını cəsarətli adlandırıb, belə ki, onun sözlərinə görə, “Ukraynada bir çoxları məni burada görmək istəmirdilər”. Bununla o, həm də Zelenskiyə yaxın olan insanları nəzərdə tuturdu.
Bu həqiqətdir. Misal üçün, Zelenskinin özünün biznes tərəfdaşı, əleyhdarlarının isə az qala sahibi adlandırdıqları oliqarx İqor Kolomoyski doğrudan da çətin ki, Saakaşvili ilə dostluq münasibətlərindədir.
Bir vaxtlar Saakaşvili Odessa vilayətinin qubernatoru və Poroşenkonun komandasının üzvü olaraq, Kolomoyskinin komandası ilə çox kəskin qarşıdurmaya daxil olmuşdu.
Elə o zamankı baş nazir Arseni Yatsenyukun komandası ilə həmçinin. Hökumətin iclasının gedişində Saakaşvili (o vaxtkı qubernator) və daxili işlər naziri Arseni Avakov arasında hamının gözü qarşısında söz davasını çoxları xatırlayır. Avakov hələ də DİN başçısıdır, seçkilərdə neytral mövqedən çıxış edib və Zelenskinin komandası ilə kifayət qədər dost münasibətlərindədir.
Ümumiyyətlə, Saakaşvilinin əsas düşməninin – Poroşenkonun məğlubiyyətinə baxmayaraq, Ukraynada hələ də ciddi nüfuza malik insanlar var ki, buna çətin şad olsunlar.
Lakin bu insanlar gözəl anlayırlar ki, özünün əsas məqsədi kimi “tüfeylilər”lə və oliqarx sistemi ilə mübarizəni bəyan etmiş Saakaşvili təklikdə onlar üçün hələlik elə də ciddi təhlükə törətmir.
Oliqarxlardan heç birini müttəfiq kimi yanına almadan, maliyyə və media ehtiyatları olmayan, təkbaşına Saakaşvili hazırkı Ukraynada çox şeyə qadir deyil və bunu onun keçmişdə Poroşenko hakimiyyətinə qarşı müxalif hərəkat təşkil etmək cəhdləri də sübut edir.
Saakaşvili keçmişdən dərs çıxardımı?
Saakaşvilinin Ukraynaya qayıtması onun yeni, artıq həyatında neçənci dəfə siyaətçi kimi reinkarnasiyası deməkdir. Lakin özünün bəyanatlarında və gələcək planlarında Saakaşvili Ukrayna siyasətindəki rolunu necə təsəvvür etməsi barədə konkret heç nə deməyib. Yalnız ümumi xarakterli bəyanatlarla kifayətlənərək bildirib ki, yeni Ukrayna qurmağa qayıdıb və yeni prezidentə çox ümid edir.
Kiyevin meri Vitali Kliçko hələlik yeganə ukraynalı siyasətçidir ki, Gürcüstanın keçmiş prezidentinə açıq şəkildə əməkdaşlıq təklif edib və ona birbaşa özünün UDAR partiyasının rəhbəri vəzifəsini təklif edib.
“Mən partiyanın lideri olaraq qalacağam, Mixail Saakaşviliyə isə onun rəhbəri vəzifəsini təklif edirəm”, – Kliçko bildirib.
İlk baxışdan, Saakaşvilinin hər zaman özünün köhnə dostu adlandırdığı Kliçkodan təklifi cəlbedici adlandırmaq olar. Lakin bəla orasındadır ki, “Reytinq” qrupunun son sosioloji sorğusunun nəticələrinə görə, Kliçkonun partiyasını seçkilərdə seçicilərin yalnız 0,3%-i dəstəkləməyə hazırdır.
Baxmayaraq ki, Saakaşvilinin “Yeni qüvvələr ruxu” partiyasının liderləri iyulda keçiriləcək parlament seçkilərində müstəqil şəkildə iştiraka eyham vururdular, bazar ertəsi günü Saakaşvili nəhayət mövqeyini müəyyənləşdirdi və partiya üzvləri ilə görüşdə onları Zelenskinin partiyasını dəstəkləmyə çağırdı.
Sosioloqların proqnozlarına əsasən, Zelenskinin “Xalqın xidmətçisi” partiyası gələcək Ali Radada çoxluğu əldə edəcəyinə tam ümid edə bilər və deməli, hökuməti də o formalaşdıracaq.
Bu dəfə isə Saakaşvili bütün ümidlərini Zelenskiyə və onun komandasına bağlayıb.
Hərçənd, hətta seçicilərin hazırkı misli görünməmiş dəstəyini nəzərə alsaq belə, Zelenskinin uğurlu islahatçı olacağı fakt deyil.
Ukrayna hələ də oluqarxik üsul-idarəçiliyin hökm sürdüyü ölkə olaraq qalır və burada istənilən proseslər və qərarlar oliqarxların “razılaşmasının” nəticəsidir. Hətta 70 faizlik dəstəyi olan prezident nə qədər arzu etsə belə bu sistemi sındırmaq çox çətin olacaq.
Xalq dəstəyini çörəyin üstünə sürtmək və insanlara paylamaq mümkün deyil. Oliqarxların idarə etdikləri teleşirkətlər isə bir göz qırpımında xalq məhəbbətini nifrətə çevirə bilərlər – hər bir halda Saakaşvili bunları gözəl anlayır.
Saakaşvili proqnozlaşdırılması çətin olan siyasətçidir. Lakin təəssürat yaranır ki, bu dəfə o, keçmişdən dərs alıb – bilir ki, Ukraynada siyasi vəzifə tutmağa və yerli feodal müharibələrinə hər hansı bir tərəfdən müdaxilə etməyə dəyməz. Çünki bir var müşavir olasan, bir də var ki, öz üzərinə öhdəliklər götürəsən və kiminsə siyasi iradəsindən büsbütün asılı olasan.
Keçmiş prezidentin özü müsahibələrindən birində bildirmişdi ki, üç aydan sonra Gürcüstana qayıtmağa hazırlaşır. Çox güman ki, həmin üç ay ərzində Gürcüstanda heç nə dəyişməyəcək və onun qayıdışı da mümkün olmayacaq.
Lakin bu, çox güman ki, ona hesablanmış eyhamdır ki, Ukraynanın siyasi həyatında Saakaşvili ciddi şəkildə iştirak etməyə hazırlaşmır.