Suriyada bombardiman nəticəsində 200 nəfərdən çox adam həlak olub. Belnəlxalq təşkilatların "deməyə sözü qalmayıb"
Bu həftə Suriyanın Dəməşq yaxınlığında yerləşən Şərqi Huta şəhəri bir neçə gün ərzində bombardiman edilib. Bu, üsyançıların nəzarət altında saxladığı son iri rayondur, BBC xəbər verir.
Hüquq müdafiəçilərinin məlumatına görə, Şərqi Hutanın atəşə tutulması nəticəsində 250 adam həlak olub. Onların arasında 58 uşaq da var.
Suriyanın İnsan Haqlarının Qorunması üzrə Monitorinq Mərkəzinim məlumatına əsasən, Şərqi Hutanın bombardiman edilməsində Bəşər Əsədin qoşunlarına Rusiya aviasiyası dəstək olub. Hüquq müdafiəçiləri bildirirlər ki, fevralın 5-dən 9-a qədər hökumət qoşunları artıq Şərqi Hutaya hücum etmişdi, bunun da nəticəsində təqribən eyni qədər qurban verilmişdi.
“Hər dəqiqə bizə havadan 10-20 arası zərbə endirirlər”, – bu regionda çalışan həkim BBC-ə bildirib. “Onlar hər yeri vururlar: mağazaları, bazarları, xəstəxanaları, məktəbləri, məsçidlər”, – doktor Bassam deyir. – “Mən kimə isə yardım edirəm, bir-iki gündən sonra həmin adam yenidən yaralanıb, gəlir”.
BMT nümayəndəsi Panos Munsis bəyan edib ki, son bir neçə gün ərzində Şərqi Hutada altı xəstəxana atəşə tutulub. Onun sözlərinə görə, bu cür əməllər hərbi cinayət kimi dəyərləndirilə bilər.
UNICEF Uşaq Hüquqlarını Müdafiə Təşkilatının nümayəndələri Suriyadakı hadisələrlə bağlı boş müraciətlə çıxış edərək, “artıq sözlərinin qalmadığımı” bəyan ediblər.
Rusiya aviasiyasının son günlərdə həyata keçirilən bombardimanda iştirakı ilə bağlı birbaşa sübutun olmadığına baxmayaraq, Amerika tərəfi artıq Moskvanı Əsəd rejimini dəstəkləməkdən əl çəkməyə çağırıb və bildirib ki, Rusiya hökuməti Şərqi Hutada baş verənlərə görə məsuliyyət daşıyır.
Çərşənbə axşamı, fevralın 20-də Şərqi Hutadan cavab zərbəsi gəlib: Dəməşq atəşə tutulub. Nəticədə düşmən tərəflərin barışdırılması Mərkəzi ziyan çəkib. Bir neçə nəfər həlak olub, ona yaxın adam yaralanıb.