“Sülh manifesti” – Tbilisidə Qarabağ münaqişəsinə aksiya ilə reaksiya veriblər
Oktyabrın 1-də 18:00-da Gürcüstan hökumətinin Dəftərxana binası qarşısında Qarabağ hadisələrinə həsr olunmuş “Sülh manifesti” keçirilib.
Aksiyanın təşkilatçısı “Emc – İnsan Haqlarının Öyrənilməsi və Monitorinqi Mərkəzi” qeyri-hökumət təşkilatıdır.
Aksiya təşkilatçılarının yaydıqları bəyanatda regionda sülhün vacibliyi haqda deyilir. Onlar Gürcüstanın rolunu sülhün dəstəklənməsində görürlər:
“Bu gün bizim cəmiyyətimizin sülh naminə birləməsi və müharibənin dayandırılmasını tələb etməsi regionun stabilliyi və inkişafı üçün həyati vacib məsələdir. Biz hesab edirik ki, Gürcüstan və bizim cəmiyyətimiz bu prosesdə ən yaxşı rolu oynaya bilər və bu istiqamətdə daha çox səy göstərmək lazımdır”.
Həmçinin qeyd etmək lazımdır ki, bugün regionda ümumi problemlər var və onların öhdəsindən gəlmək lazımdır. Bu, etno-millətçilik, şovinizm və militarizmdir:
“Bugün sülhün tanınması müstəqillik əldə ediləndən sonra bizim ölkələrimizin idarə olunmuğu, kök salmış etno-millətçilik, ideyasından, şovinizmdən və militarizmdən imtina etmək anlamına gəlir. Bugün sülhün tanınması həm də bizim ölkədə münaqişə regionlarına münasibətdə ilk növbədə insana və onun ləyaqətinə əsaslanan yeni siyasi ideallarla bağlı razılaşma deməkdir”, – bəyanatda deyilir.