Sehrli bulkalar nələrə qadirdi
Natella Osmanlı paytaxt həyatının müxtəlif sahələrindəki dəbli yeniliklərdən yazır, başdan çıxaran qadınlar haqqda nəsrlər də.
Vyaçeslav Sapunov səfərlər və yeməklər haqqda yazır, əhəmiyyətli blogerlər və yazıçılar kimi qonaqları qarşılayıb, yola salır.
Həmid Həmidov özü qəhrəmanı olduğu məqalələr yazır.
Bu insanlarla yanaşı təxmini bu qəbilədən olan daha bir neçə ulduz, rusdilli Bakı internet məkanının tanınmış simaları – paytaxt blogerləri.
Lakin son zamanlar onlar özünü qəzəbli həmvətənlilərindən müdafiə etməyə və ikiüzlülük və satqınlıq iddihamlarını dinləməyə məcbur qalıblar. “Bulkaya satıldılar! deyə disput.az forumunun daimi istifadəçiləri bir ağızdan bağırır.
Halbuki narazıçılıq dalğası əvvəl başqa yönə – AZAL hava yolları şirkətinə ünvanlanmışdı. Azərbaycan Hava Yolları Dövlət Konserninin bir hissəsi olan Milli hava yolları daşıyıcısı daxili hava yolları bazarında monopoliyaya sahibdir. AZAL həmin konsernin daha bir hissəsi olan Heydər Əliyev adına Aeroportla birgə aviabiletlərə qiymətləri elə bir səviyyədə qoruyub saxlayır ki, bir balaca saymağı bacaran hər bir Azərbaycan vətəndaşı qatarla Tiflisə keçdikdən sonra təyyarə bileti alıb, başqa ölkələrə ordan uçmağı tərcih edir.
Paytaxt blogerləri AZALı incə şəkildə məsxərəyə qoyurdular. Bəlkə də məhz buna görə (hakimiyyətin narazıçılığıyla təqib olunan) aviaşirkətin rəhbərliyi adını xilas etməyi qərar verdikdə blogerlər aeroporta ekskursiyaya dəvət edildi.
Orada AZALın vise-prezidenti Eldar Hacıyev onlara şirkətin biletlərə olan qiymətin kəllə-çarx səviyyədə olmasının heç də acgözlükdən deyil, yalnız sərnişinlərə olan qayğıdan irəli gəldiyini başa salıb.
Bundan əlavə, blogerlərə müasir təyyarələr, dispetçer qülləsi və, şübhəsiz əyləncəli, texniki baxımdan müasir avadanlıqlarla quraşdırılmış daha bir sıra obyektlər daxil olmaqla aeroportun “mətbəxi nümayiş etdirilib.
Bu maraqlı gəzinti haqqında söhbətlər xalqın başqa bir xəbərlə – 11 blogerin Nyu-Yorka birbaşa reysini sınaqdan keçirməyə dəvət olunmasıyla – bağlı qəzəbin kölgəsində qaldı. AZAL havayı biletlər təmin etdi və yaşayış xərclərini ödədi.
“Mən Nyu-Yorkda nəylə məşğul idim? Bu sualla ünvanlanmış mesajlar şəxsi mesajlar qutumun xitinə çevrilib son günlər. Cavablandırıram: “AZALa bir cüt kökə və yulaf sıyığına satıldım. Bu cavaba inandınızsa, gerisini oxumaq məsləhət deyil. İnanmadınızsa, ciddi cavaba keçim artıq. Məsələ burasındadır ki, 7 noyabrdan etibarən Bakı-Nyu-York-Bakı reysi “Boeing 787-8 Dreamliner təyyarələriylə həyata keçiriləcək. Təyyarə haqqda artıq yetərincə yazılıb. Bu Boeing ailəsindən olan ən yeni hava gəmisidir. Bakı-Nyu-York-Bakı reysinə o ilk dəfə idi buraxılırdı; və sıravi sərnişin qismində, belə desək, sınaqdan keçirməkçün AZAL məni də 11 nəfər jurnalistin içində dəvət etmişdi deyə Həmid Həmidov 11 noyabrda öz bloqunda yazıb.
Təbii ki, bu cür xəbər böyük narazıçılığa səbəb olmuşdu. Sıravi vətəndaşlar əminliklə bu cür hədiyyələrin elə-belə olunmadığın bildirirlər; bundan əlavə, “səmavi dəyərlərin müzakirəsi üçün qlamur kafedə yığışan ekstravaqant geyimli insanların fotosu bir çoxlarını onsuz da qıcıqlandırırdı. Bu dəfə müxtəlif səbəblərdən heç yerə dəvət almayan qələm yoldaşları da qəzəbləndi. Satqınlıqda, ikiüzlülükdə iddihamlar yağmağa başladı. Kimsə Amerika vizasının şəklini öz səhifəsində paylaşmağın aşağı mədəniyyət göstəricisi olduğunu dedi.
“Bu rəsmi şəxsin hesabı deyil – Nata Osmanlı yazır. “Mən tanınmış ulduz deyiləm, sakitləşin. Mən sadəcə bugün siyasətdən, sabah şprotdan yazan, birigün yeni donun şəklini və ya səyahət qeydləri yerləşdirən Natayam. Bu, hamı kimi, gerçək adamın gerçək səhifəsidir. Burada ulduz götür-qoyunu, mövcud olmayan status naminə filtrasiya və digər “mən demişdim axılar axtarırsınızsa, axtarmayın, bunu görməyəcəksiniz.
AZAL təşkilatının mətbuat katibi Paşa Kesamаnski bu məsələni belə cavablandırır: ‘«Azərbaycan Hava yolları» indiki zamanda cəmiyyət üçün açığdı. Bununla bağlı bir az bundan qabaq biz Açıq qapilar gününü keçirtdik, aviatəşkilata müxbirlər və blogerlər çağırılmışdır. Aviatəşkilatın rəhbərliyi ilə görüş təşkil olunub, sonra isə Azərbaycan vətəndaş aviasiyasının bəzi obyektləri üzrə bələdləşmə ekskursiyası keçirildi.
Bundan savayı Nyu-York şəhərinə mətbuat turu təşkil olundu, buna səbəb yeni müasir Boieng 787 Dreamliner təyyarələri ilə Baki – Nyu-York – Baki reyslərinə başlama oldu. Belə turların təşkilatı tək bizdə deyil, bütün dünyada normal təcrübədir.
Əslində səyahətdə çox adam iştrak edib. Seçmə prinsipi olduqca asan idi – sitat gətirmə əlaməti (Media) və sosial şəbəkələrdə məşhurluq reytinqi üzrə. Təəssüf ki, müəyyən qərəzsiz səbələrə görə həmin mətbuat turunda bəzi tanınmış blogerlər iştrak edə bilməyib’.