Yerevandan şərh: Qarabağdakı hərbi qarşıdurmadan nə gözləmək olar, çıxış yolu varmı və nədir?
“Hər şey bizim əsgərimizdən asılıdır” – Qafqaz İnstitutunun direktoru, ermənistanlı politoloq Aleksandr İskəndəryan JAMnews-a müsahibəsində Dağlıq Qarabağda döyüşlərin mümkün nəticələri və Rusiyanın mövqeyi haqda.
Dağlıq Qarabağ ətrafında və Azərbaycan-Ermənistan sərhədində hərbi əməliyyatlara dair xəbərlər və reportajlar. Doqquzuncu gün
“Müharibə gedir. Dünya çox səssiz reaksiya verir.
Amerikada ölkə üçün çox ciddi seçkiqabağı kampaniya gedir və Tramp kovidə yoluxub.
Avropada postbreksit vəziyyətidir, Avropa İttifaqı üzrə böhran idarəetməsinin ümumi itkisi və bununla əlaqədar problemlər.
Rusiyada Belarus böhranı, sanksiyalar, Ukrayna probleminin davam etməsi, Şimal axını ilə bağlı məsələlər.
NATO-da Türkiyənin bizim regiondakı münaqişədə faktiki iştirakı ilə bağlı böhran.
Bütün bunlardan başqa hamıda kovidlə bağlı siyasi komponent.
Müvafiq olaraq geosiyasi mənada təcavüz üçün məqam praktiki olaraq ideal seçilib. Qarabağ heç kimin yadına düşmür.
•Şərh: Gürcüstandan Rusiya “dəhlizi” – Qarabağ münaqişəsinin kəskinləşməsi nə ilə nəticələnə bilər?
•Ermənistanın baş nazirinin müraciəti. O nə deyib və ondan nə gözlənilirdi?
Buna görə də siyasi bəyanatlar, çağırışlar və ya telefon zəngləri problemin həllinə başlamaq üçün qətiyyə yetərli deyil.
Azərbaycan əvvəlcədən bilirdi ki, Fransa prezidenti, Minsk Qrupunun həmsədrləri və sairə zəng edəcəklər. Amma bu qətiyyən işləmir, onların vəziyyətə təsir edəcək alətləri yoxdur.
Müxtəlif təsir vasitələri var – açıq, qapalı. Başqa dövrdə elə eləməyə çalışmaq olardı ki, ümumiyyətlə müharibə olmasın. Amma indi bu belə deyil.
Bu vəziyyətin nəticəsi müxtəlif ola bilər:
• Müharibə uzana və hər iki tərəfin əldən düşməsi ola bilər ki, bu da hərbi əməliyyatların davamını mümkünsüz edə bilər.
• Hərbi fəallığın azalması mümkün ola bilər və bundan sonra fəallıq aşağı səviyyədə qalacaq.
• Tərəflərdən birinin qələbəsi və digərinin məğlubiyyəti baş verə bilər.
Müxtəlif variantlar mümkündür və onların hamısı cəbhədə qüvvə nisbətindən və hərbi uğurlardan asılıdır. Qalan hər şey – digər qüvvələrin, həmsədrlərin və ya başqa kiminsə cəlb olunması çox da işləmir.
Rusiya siyasəti Ermənistan və Azərbaycan arasında seçim etməməkdən ibarətdir.
Bu həmişə belə olub. Həm Ermənistan, həm də Azərbaycan ona fərqli səbəblərlə və tamam fərqli müstəvilərdə lazımdır. Hər iki ölkə onun üçün dəyər kəsb edir.
Bu və ya digər tərəfin xeyrinə birmənalı seçim etmək Rusiya üçün hər iki tərəfi itirməklə nəticələnə bilər.
Buna görə də Rusiya gözləyir.
Yalnız vəziyyət faciəvi olarsa, üstəlik də nə biz ermənilər üçün, nə də azərbaycanlılar üçün, Rusiya maraqları üçün – o zaman Rusiya müdaxilə edəcək.
Əgər ciddi müharibə Ermənistan ərazisinə keçsə, Rusiya müdaxilə etməyə məcbur olacaq, sadəcə ona görə ki, Ermənistanla birlikdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının – KTMT-nın üzvləridirlər. Bax o zaman Rusiya seçim etməli olacaq və artıq reaksiyasız qala bilməyəcək.
Amma Rusiya bunu çox da istəmir və hələlik gözləyir və vəziyyətə nəzarət edir.
Elə buna görə də Azərbaycan indiyə qədər bunu etməyib [Ermənistan ərazilərinə toxunmayıb]. Amma bu da hərbi əməliyyatların necə gedəcəyundən asılıdır və bu, va-bank oyunudur.
Bütün sadalananları yekunlaşdıraraq demək olar ki, hər şey bizim əsgərimizdən asılıdır”.