Erməni hərbçisi Azərbaycanla sərhəddə həlak olub
Azərbaycan SQ tərəfindən açılan atəş nəticəsində Ermənistanın müqaviləli hərbi qulluqçusu həlak olub. Bu haqda Ermənistan Müdafiə Nazirliyinin məlumatında bildirilir.
Müdafiə Nazirliyi başçısı David Tonoyan artıq bildirib ki, “Azərbaycan tərəfinin addımına adekvat cavab veriləcək”.
Azərbaycanla sərhəddə iyulda baş verən qarşıdurmanın izləri ilə: Ermənistanda siyasi nəticələr və iqtisadi hesablamalar
•Ermənistanda xalq könüllü dəstələri yaradılır – “potensial rəqibi dəf etmək üçün”
Nazirliyin bəyanatı
Müdafiə Nazirliyinin mətbuat xidməti bildirir ki, ölən kiçik çavuş Ovik Tamazyanın 29 yaşı varıydı. O, “Azərbaycan tərəfinin təxribatı nəticəsində ölümcül güllə və qəlpə yaraları alıb”.
Nazirliyin məlumatında həm də bildirilir ki, “son günlərdə Azərbaycan tərəfi Ermənistan-Azərbaycan dövlət sərhədinin şimal-şərq hissəsində aktivlik göstərib, texniki işlər görməyə cəhd edərək, ön cəbhədə gərginliyin artmasına xidmət edib”.
Ermənistan Müdafiə Nazirliyi sərhəddə gərginliyin artmasına görə bütün məsuliyyəti Azərbaycanın üzərinə atıb.
Vəziyyəti müdafiə naziri şərh edib. David Tonoyan ölkə parlamentində deyirdi ki, iyuldakı gərginlikdən sonra Ermənistan-Azərbaycan sərhədində gərginlik azalıb:
«Amma son zamanlar atəşkəsin pozulması halları yenidən artıb. Azərbaycan SQ erməni mövqelərinin üstünlüyünü neytrallaşdırmaq üçün texniki işlər aparır».
Bununla bağlı, Tonoyanın sözlərinə görə, müxtəlif çaplı silahdan istifadə olunur.
«Müvafiq tədbirlər görüləcək. Ümid edirik ki, atacağımız addımların nəticəsində danışıqlar prosesinə xidmət edəcək nisbi sakitlik olacaq».
Baş nazir XİN rəhbərlərinin danışıqları haqqında
Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünün təşkili ilə bağlı danışıqlar aparılır, amma hələlik konkret qərar yoxdur, baş nazir Nikol Paşinyan sentyabrın 16-da parlamentdə çıxışı zamanı bildirib.
Hökumət rəhbəri ATƏT-in Minsk qrupunun heç bir ön şərt olmadan danışıqların başlanğıcı ilə bağlı bəyanatını konstruktiv adlandırıb.
Baş nazirin sözlərinə görə, Ermənistan tərəfi heç bir şərt qoymur – bununla Azərbaycan məşğul olur. Və bu şərt ondan ibarətdir ki, Dağlıq Qarabağ ancaq Azərbaycanın tərkibində ola bilər.
«Biz deyirdik ki, danışıqlar prosesində bəzi prinsiplərimiz var. Amma bu, ön şərt deyil», – deyə Paşinyan bildirib.
Ermənistanın hökumət başçısı Ermənistan-Azərbaycan sərhədində iyulda baş verən hərbi qarşıdurmanı da şərh etdi. Onun firkincə, bu hadisələr “aydın olan şeyləri təsdiq etdi – Ermənistan və Qarabağla güc dilində danışmaq olmaz”:
“Azərbaycan deyirdi ki, Qarabağ problemini 24 saat ərzində həll edə bilər. Məlum oldu ki, Azərbaycan səhv edirdi, biz isə haqlı idik”.