Şərh: Azərbaycanın ilk horror oyunu necə alınıb?
Qarabağ müharibəsi haqda “İşğal altında” seriyası hal-hazırda Azərbaycanda yeganə şuterdir.
Oyunu hazırlayanlar belə vacib mövzuya həsr edilmiş oyunun müəllifi kimi məşhurlaşmaq istəmədilər və 2018-ci ildə “Sonuncu Dalan oyunu” yazıldı. Bu, horror elementləri olan bir əkşn oyunudur.
Əslində Azərbaycanda oyun hazırlayırlar, amma bunlar əsasən smartfonlar üçün nəzərdə tutulan əlavələrdir.
Hətta Operation Caucasus adlı bir şuter də [“atışma” oyunu – müəllif qeydi] vardı, amma LGBT qalmaqalının qurbanı oldu. Azərbaycanın Dream Games studiyası Facebook səhifəsində “göyqurşağılı” avatarı olan istifadəçiyə oyuna giriş icazəsi verməyib, üstəlik onu təhqir də edib. Oyun Steam-dan silinib [nəhəng oyun internet mağazası – müəllif qeydi], studiyanın özü isə bağlanıb.
Azdimension-un bu oyununu da Azərbaycanın Gənclər və İdman Nazirliyi maliyyələşdirib. Göründüyü kimi, “Azərbaycanın reklamı” üçün. Axı süjet Azərbaycan tarixi və mədəniyyəti ilə mümkün olduğu qədər bağlıdır – əsas qəhrəman Fərhad Azərbaycanın əfsanə qəhrəmanının adaşıdır, hadisələr real lokasiyada – Bakının tarixi hissəsi olan İçərişəhərdə baş verir. Mistika da millidir – azərbaycanlıların qədim əcdadlarının dini – zərdüştlük.
Fərid Haqverdiyev, studiyanın əsas proqramçısı və studiya rəhbəri:
“Mən çoxdan Bakının qədim hissəsi ilə bağlı oyun haqırlamaq istəyirdim, çünki oranın dar və qarmaqarışıq küçələri mistik hekayə üzərinə ideal “otururdu”. Qədim atəşpərəstlərin dinindən – zərdüştlükdən daha sirli nə ola bilər? Biz ssenari müəllifi ilə birlikdə ədəbiyyatda zərdüştlük haqda çoxlu maraqlı ideyalar tapdıq, hətta Ari müvestdən, Bibliyadan, zərdüştlükdən bəzi süjetləri də götürdük”.
Oyunu hazırlayanlar İçərişəhəri mümkün qədər dəqəq əks etdirməyə çalışıblar. “Hətta göydəki ulduzlar da ulduzlu səmanın real xəritəsidir”, – Fərid Haqverdiyev deyir.
Mənə elə gəlir ki, studiya janrı doğru seçib.
Adətən kiçik studiyalar məmnuniyyətlə qorxu oyunları hazırlamağı üzərlərinə götürürlər, bununla da oyun qeymerin hər hansı müqavimət imkanının əlindən alındığı yeriş stimulyatoruna çevrilir. “Son dalan” bu mənada rəqiblərindən üstündür: Fərhad bir neçə növ silahdan zombilərə məharətlə atəş açır, böyük balta ilə ilanları öldürür, bosları – böyük zərər vermək potensialı və yüksək sağlamlıq səviyyəsi olan xüsusi güclü rəqibləri məhv edir. Boslar da əla alınıb. Hazırlıqsız qeymer sadəcə gözləmir ki, müasir horrorda oyunda belə güclü rəqib meydana gələ bilər, bu oyunçunu oyunu tam qüvvə ilə keçməyə vadar edir.
Azdimension-un zəif qalan tərəfi isə qrafikadır. Tekstura, yumşaq desək, müasir səviyyədə deyil, animasiya qəribədir, İçərişəhər küçələri boşdur (bu daha çox məyus edir), azsaylı oyun personajlarını isə “klonlar” oynayır. Dərhal bəlli olur ki, büdcə çox kasad olub. Oyunu hazırlayanlar çalışıblar, bu görünür – qaranlıq qrafikanın qüsurlarını gizlədir, səthi də yaxşı əks etdirir, Fərhad az-çox məqbul görünür, İçərişəhərin qarlı səviyyəsi isə əladır və bir çox azərbaycanlı qeymerdə isti hisslər oyadacaq. Etiraf etmək lazımdır ki, oyun xarici rəqiblərinin səviyyəsində deyil.
Səsləndirmə keyfiyyəti də yüksək deyil. Azərbaycan oyununu yalnız ingilis dilində səsləndirmə ilə buraxmaq qəribə qərardır. Və hətta bu səsləndirmə də çox pis keyfiyyətdədir – heç bir emosiya yoxdur, aktyorlar həvəssiz şəkildə sadəcə mətnləri oxuyur. Fərhad qülyəbani, zombi və siklopla döyüşür, amma reaksiyasına baxanda, sanki bu onun üçün adi bekarçılıq formasıdır.
Yəni oyunda hər şey pisdir?
Mənə qalsa, yox. Birincisi, bu oyun özünəməxsusdur, milli koloritinə və yaxşı düşünülmüş ssenarisinə görə başqa oyunlara bənzəmir. Burada digər oyunlarda olmayan heç bir orijinal element yoxdur, amma olanlar da düzgün ahəng təşkil edir və oyunu bir tempdə keçməyə imkan verir.
İkincisi, qeymerlərin heç də hər gün İçərişəhərdə gəzmək imkanı olmur. Üçüncüsü, ən əsası bu oyunun sona qədər saxladığı cəlbedici atmosferi var. Heç də hər qərb oyununa bu xas deyil.
Yaradıcıların özlərinin nəyi bəyənib, nəyi bəyənmədiyinə gəlincə isə:
“Biz daha çox oyunun süjeti üzərində işləmişik, ssenarini onlarla dəfə dəyişmişik, o zamana kimi ki, daha ardıcıl, maraqlı və məntiqli olsun – Fərid Haqverdiyev deyir. – Buna görə də mənə və oyunçulara oyunun süjeti daha çox xoş gəlir, bununla bağlı demək olar ki, heç bir mənfi fikir səslənməyib! O cümlədən də oyunun atmosferi mənim xoşuma gəlir, bir neçə lokasiyada qrafika və qismən oyunun döyüş sistemi. Açığını deyim ki, bəzi lokasiyalarda qrafika və katsen zamanı animasiya mənim xoşuma gəlir”.
Çətin ki, “Son dalan” bu ilin hitinə çevrilsin, çünki vəsaitin iddialara uyğun olmadığı aydın görünür. Amma yenə də Azdimension-un bu cür iddialarının olması xoşdur.