Sənay Yağmurun zorlanmasında şübhəli bilinən şəxsin vəsatəti rədd edildi – VİDEO
Bir müddətdir Azərbaycanda gündəmdə olan hadisədə növbəti mərhələ başa çatıb. 16 yaşlı fəal Sənay Yağmurun zorlanmasında şübhəli bilinən Əsgər Ağazadənin ev məhbusluğuna buraxılması ilə bağlı vəsatəti Bakı Apelyasiya Məhkəməsində rədd olunub.
JAMnews-un əməkdaşı məhkəmə iclasından sonra prosesdə iştirak edən vəkillərdən və Sənay Yağmurun anası – yazıçı Zümrüd Yağmurdn müsahibə alıb.
Şübhəli şəxsin vəkili Vüqar Xasayev müvəkkilinin sağlamlıq vəziyyətinin həbsxanada qalmasına imkan vermədiyini bildirib və Əsgər Ağazadənin saxlanılmasını qeyri-qanuni adlandırıb.
Ə.Ağazadənin digər vəkili Mehman Cəbrayılov jurnalistlərin suallarına cavab vermək istəməyib.
Sənay Yağmurun vəkili Zibeydə Zəkəriyyəyeva deyib ki, məhkəmənin gedişi hələ ki, iddiaçı tərəfi qane edir.
Zümrüd Yağmur isə əllərində olan sübut-dəlillərin şübhəli şəxsin həbs edilməsi üçün kifayət etdiyini bir daha vurğulayıb.