Rusiyanın Tbilisidəki səfirliyinin yaxınlığında üç bilbord. Etiraz aksiyasından fotoreportaj
“Müharibəni Rusiya başlayıb”, “Rusiya aqressiyasına və işğalına yox!” – bu cür şüarlarla RF-in Tbilisidəki keçmiş səfirliyinin binasının yaxınlığında avqust müharibəsinin 10 illiyi qeyd edilib və Kremlin siyasətinə qarşı aksiya keçirilib.
İnsanlar “Rusiya işğalçıdır!”, “Stop Russia!” şüarlarını səsləndirirlər.
Aksiya iştirakçıları çıxışlarında qeyd ediblər ki, Rusiya əsrlər boyu müstəqil Gürcüstanla mübarizə aparır, 2008-ci ilin avqustundakı müharibə isə bu mübarizənin yalnız bir hissəsi oldu.
Aksiya iştirakçıları ətraf ərazini simvolik tikanlı məftillə əhatələyiblər – münaqişə zonasında borderizasiya zamanı məhz bu cür məftildən istifadə olunur.
İnsanlar səfirliyin yaxınlığında üç bilbord açıblar:
Russia Kills. And Still No Action? How Come? («Rusiya öldürür», «Yenə heç bir reaksiya yoxdur?», «Bu necə olur axı?»). Bu etiraz forması “Ebbinq, Missuri sərhədində üç bilbord” filmi prokata çıxdıqdan sonra məşhurlaşıb.
Etiraz aksiyasında tələbələr, siyasətçilər, qeyri-hökumət sektorunun nümayəndələri və sıravi vətəndaşlar iştirak ediblər.
Bəziləri gürcü və ingilis dillərində Rusiyanı işğalçılıqda ittiham edən bukletlər və stikerlər paylayıblar.
Onların əksəriyyəti RF prezidenti Vladimir Putinin şarjvari portretlərini əllərində tutaraq, etirazlarını bu cür ifadə ediblər.