Rusiyanın təşviqatçı telekanalı Gürcüstanda yaşayan türklərlə münaqişənin “gözlənildiyini” xəbər verir
Rusiyanın Birinci kanalı Gürcüstana “Gürcüstanın Açarası türk regionuna çevrilir” başlıqlı cüjet həsr edib.
Süjetdə Rusiyanın uzun illər boyu apardığı və Gürcüstan mediasının bir hissəsini həvəslə qəbul etdiyi anti-türk stereotipləri yer alıb.
•Milli azlıqların yaşadığı Gürcüstan regionlarında Rusiya təbliğatı necə işləyir?
“Tolstoy. Bazar günü” həftəlik verilişinin aparıcısı RF Dövlət Dumasının vitse-spikeri və Kreml təbliğatçılarının rəhbəri Pyotr Tolstoy öz mətnində bildirir ki, amerikalı siyasətçilər Gürcüstanda rusiyalı turistlərə qarşı nifrət aşılayır və Gürcüstanda Rusiyanı işğalç adlandırırlar. Bu zaman isə – Tolstoy deyir – Türkiyə faktiki olaraq Açaranı Gürcüstanın əlindən alıb.
Onun sözlərinə görə, bu Gürcüstanda yeni münaqişənin yaranmasına səbəb ola bilər.
“Hələ də Gürcüstanın tərkibində qalan regionlar arasında gərginlik artır”, – aparıcının kadrarxası sözləri səslənir.
Süjet Tbilisinin Batumi üzərində nəzarəti necə itirməsindən bəhs edir. Çünki Ankara din və digər təsiredici vasitələrlə Açarada olan demək olar ki, hər şeyi ələ keçirib.
“Türkiyə desantı artıq Gürcüstan sərhədini keçib”, – süjetdə deyilir.
Çəkilişlər Açarada aparılıb və müəllif etnik gürcü Giorgi Olisaşvilidir. Süjet müəllifi gürcülərin Batumini məhz necə itirdiyini göstərməyə çalışır:
“Batuminin Kutaisi küçəsi – sürətlə böyüyən türk məhəlləsi. Sadə sxemli onlarla eyni tipli kafe: sahibi Türkiyədə yaşayır, idarə edən türkdür, elə müştərilər də oralıdır. Yalnız xidmət göstərən personal yerlilərdir”.
Açara regionunun strateji obyekti artıq əldən gedib:
“Batumi beynəlxalq aeroportu Türkiyə şirkəti tərəfindən inşa edilib, Türkiyə şirkəti tərəfindən Türkiyənin daxili aeroportu kimi istismar edilir. Bura gələn türklərə xarici pasport da lazım deyil”.
Batumi türklər üçün necə qumar poliqonuna çevrildi?
“Ankara qumar biznesinin qarşısını çoxdan alıb, buna görə də türklərin bir qismi burada kazino açır, digərləri iqtisadi çevrəni qapadaraq məqsədyönlü şəkildə oynamağa gəlirlər. Türkiyənin mühafizəkar əyalətləri üçün Batuni Qara dəniz Las Veqasıdır”.
“Göbələk kimi çoxalan məsçidlər” ayrıca qeyd olunmağa layiqdir:
“Acariya xəritəsində yeni otellərdən az qala daha çox türklərin pulu ilə inşa edilən məscidlərin sayı artır. Region sakinlərinin üçdə biri müsəlman gürcülərdir”.
Süjet müəllifi türklərin Gürcüstana yad olan xidməti yaydıqları ilə bağlı narahatlığını bildirir:
“Acariyanın əsas məscidinin minarələrinin düz yanında az əvvələ qədər Gürcüstanın heç cürə assosiasiya olunmadığı məkanlar zənciri yer alıb. Türklər Taylanddan …masajçı qadınlar gətizdiriblər”.
Süjetin müəllifi acarlara xatırladır ki, bu region 300 il Türkiyənin əsarəti altında olub və yalnız Rusiyanın köməyi ilə Gürcüstana qaytarılıb.
“Tbilisidə hakimiyyət Rusiyanı Gürcüstanın düşməni elan etsə də, sözügedəbn bu faktı xatırlatmamağa üstünlük verirlər”, – süjetdə deyilir.
Müəllif Türkiyə ərazisində yerləşən qədim gürcü kilsələrini də unutmayıb. Kadrlarda kilsənin dağıntıları görünür. Respondent kilsə ətrafında bostan olduğu, kilsə divarına isə üzərində böyük balqabaq olan kolun sarmaşdığı haqda danışır:
“Bu, XII əsr gürcü məbədinin dağıntılarıdır. Sənədlərlə təsdiqlənib ki, burada çariça Tamara ibadt edib. İndi bura Türkiyədir. Üstəlik türklər bu torpaqlarda öz mədəniyyətlərinin təsdiqlənməməsinə həddən artıq həssas yanaşırlar”.
Jurnalist Sarpi çimərliyində də olub:
“Sarpi Acariyanın ən yaxşı çimərliklərindən biridir. Burada su da daha təmizdir, meduzalar praktiki olaraq yoxdur. Türkiyə sərhədi lap yaxındadır, terminalın 100 metrliyində türklər məscid tikiblər, baxmayaraq ki, ən yaxın türk şəhəri buradan beş kilometrlik məsafədə yerləşir. Səsgücləndiricilər elə yerləşdirilib ki, pravoslav məbədinə gələnlər də müəzzinin avazından feyziyab ola bilir”.
Süjetin sonunda Açaranın “türkləşdirilməsi” tarixi verilib.
Hər şey Saakaşvili dövründən və Qızılgül inqilabından başlayıb, süjet müəllifi danışır:
“Saakaşviliyə qədər Gürcüstanda Türkiyə biznesi olmayıb”.
Onun sözlərinə görə, Türkiyənin Gürcüstandakı maraqlarını Saakaşvilinin anası – tükriyəli müxalifətçi Fətullah Gülənlə dost münasibətlərində olan türkoloq Qiuli Alasaniya irəli sürülüb.
“Qiuli Alasaniya sadəcə Fətullah Gülənlə dostluq etməyib, həm də onun sevdiyi qadın olub”, – süjet qəhrəmanlarından biri Arno Xidirbeqaşvili – süjetdə politoloq kimi təqdim olunan “Asaval-Dasavali” anti-Türkiyə və ksenofob qəzetinin redaktoru deyib.
“Biz Rusiya işğalından danışırıq, halbuki gürcü torpaqlarının əsl işğalçısı Türkiyədir”, – Xidirbeqaşvili deyib.
Süjetdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Osmanlı imperiyasının sərhədlərini bərpa etmək niyyətindən də söz açılır.
“Acariyaya qarşı maraq Ankaranın Gürcüstan iqtisadiyyatına yatırdığı 2,5 milyard dollar yatırması ilə də möhkəmlənir. Bir də Batumi əhalisinin 15 faizi iki vətəndaşlığı olan insanlardan ibarət diasporadır”, – jurnalist aydınlıq gətirir.
Respondentlərdən biri Batuminin keçmiş vitse-merlərindən biri Aslan Smiradır. O deyir:
“Onların hamısını [türkləri] buradan qovmaq lazımdır”.
Son bir neçə gün ərzində Rusiya və Türkiyə arasında münasibətlər kəskinləşib. Ayın sonunda Tbilisidə baş verən hadisələr buna gətirib çıxarıb:
Gürcüstandakı etirazlar rusiyalı deputat Sergey Qavrilovun buraya səfərinə səbəb olub. O, Tbilisiyə Pravoslavlıq Parlamentlərarası Assambleyada (PPA) iştirak etmək üçün gəlib. Assambleya prezidenti olan Qavrilov Gürcüstan parlamentinin sessiya zalında keçirilən iclası spiker kürsüsündə əyləşərək şəxsən rus dilində aparıb.
Bu fakt həm müxalifətin, həm də hakimiyyət nümayəndələrinin, o cümlədən də minlərlə sadə vətəndaşın narazılığına səbəb olub. Sonuncular artıq 12 gündür ki, parlament binası qarşısında etiraz aksiyası keçirir. Daxili məsələlərlə və hakimiyyətə qarşı iddialarla bağlı şüarlarla yanaşı əsas şüarlardan biri “Rusiya işğalçıdır” şüarı olub.
Bu cür “Rusiya əleyhinə çıxışlara” cavab olaraq RF prezidenti Vladimir Putin Gürcüstanla aviareyslərin ləğv edilməsi haqda sərəncam verib, rusiyalı turistlərə isə istirahət üçün başqa ölkələri seçmək tövsiyyə edilib.