Rusiyada “zibil” etirazı barədə
Rusiyanın şimalında Arxanqelsk vilayətində fəallar zibil poliqonunun tikintisini dayandırmağı tələb edirlər. Plana əsasən, bu poliqona Moskvadan zibil daşıyacaqlar. Etirazçılar bildirir ki, yeni zibilxana ekoloji cəhətdən təhlükəli olmaqla yanaşı, iqtisadi nöqteyi-nəzərdən də tamamilə əlverişsizdir.
İnsanların müxtəlif regionlara qoşulmaq üçün Arxanqelsk vilayətinə gəldiyi etiraz çıxışları artıq yarım ildir ki, davam edir və fəallar dayanmağa hazırlaşmırlar.
Rusiyanın “Novaya qazeta” saytının materialı əsasında
Onlarla fəal hər gün Rusiyanın müxtəlif şəhərlərindən Arxanqelsk vilayətindəki dəmir yolu stansiyasındakı çadır düşərgəsinə gəlirlər və artıq növbəsi bitənləri əvəzləyirlər. Etiraz aksiyası iştirakçılarına gecə və gündüz milis keşik çəkir.
Şies qəsəbəsində (vurgu birinci hecaya düşür) heç kim yaşamır: bura ucqar yerdir, ətrafda ancaq meşə, çaylar və bataqlıqlar var. İnsanların poliqona qarşı çıxış etməsinə əsas səbəb də məhz bataqlıqlar olub
•Rusiya: hakimiyyət gənclərə hücum çəkir
•Rusiyada pensiya yaşı artırılıb və vergilər artıb. Populyar olmayan qərarlar niyə qəbul olunub?
“Qanuna görə, bataqlıq ərazisində poliqonların qurulması qadağandır”, – Arxanqelskdən çadır düşərgəsinin “daimi sakini” Dmitri Sekuşin izah edir.
“Moskvalılar üçün bataqlıqlar sadəcə bataqlıqdır. Şimallılar üçün isə bataqlıq qida: giləmeyvə, göbələk yeridir. Əsası da su mənbəyidir”.
Şiesdə Moskva zibili üçün zibilxananın tikiləcəyini Rusiya şimalının sakinləri ötən ilin avqustunda biliblər.
Noyabrda məlum olub ki, vilayət qubernatoru İqor Orlov başqa yerdən zibili yerli büdcənin 1/30 qədərindən az olmamaq şərtilə qəbul etməyə razı olub — üç il ərzində Moskva Arxanqelskə altı milyard rubl [təxminən $92 mln.] ödəmək öhdəliyini götürüb.
Moskvanın poliqonu tikən “Texnopark” şirkətinin bukletində şirkətin ətraf mühiti necə böyük qayğı ilə qorumaq vədləri, bunun üçün hansı qabaqcıl texnologiyalardan istifadə edəcəyi, necə diqqətlə monitorinq keçirəcəyi barədə çoxlu məlumat var.
“Əgər hər şey bu qədər təhlükəsizdirsə, onda niyə Moskvada bunu basırmasınlar?”, – Şiesə Moskvadan gələn etirazçılardan biri, Dobrınya adlı tələbə təəccüblə deyir.
Arxanqelsk vilayəti Rusiyanın ən zəngin regionlarından biri ola bilərdi.
“Bizdə meşə, qaz, neft, Mendeleyevin bütün cədvəli var. Qəsəbələrdə isə hələ də qaz yoxdur”, – düşərgəyə Sıktıvkar şəhərindən gələn səkkiz yaşlı əlil qız anası Polina deyir.
Kotlas qəsəbəsindən gələn Tanya danışır ki, zibillik onun evindən 60 kilometr aralıda olacaq. Onun demək olar ki, mənzil alan bütün tanışları ipotekaya götürüb. Yanlarında zibillik olsa, mənzillərin ipotekasını ödəmək üçün onu satıb, gedə də bilməyəcəklər: evlərin qiymətləri kəskin şəkildə düşəcək.
Sahibkar Oleq Mandrıkin Şies üzrə sənədlərlə tanış olandan sonra əlinə kalkulyator alıb. O, zibilliyin tikintisinə xərcləri hesablayıb, onları zibilin çeşidlənməsinə olan xərclərlə müqayisə etdi.
“Belə alınır, yəqin ki, hər moksvalıya zibili çeşidləmələri üçün beş qızıl vedrə bağışlamaq olar. Niyə onların fəhlələrə maaş vermək üçün pulları var, emal zavodlarına isə pulları yoxdur?” – Oleqin yodaşı İrina deyir.
İrina yoldaşı ilə Şiesə hakimiyyətə – doğrudanmı Moskva sivil Avropa şəhəri olmaq istəmir və ancaq Rusiyanın ucqar yerlərini əzmək və təzyiq etmək istəyir – sualını vermək üçün gəlib.
Fəallar deyirlər ki, etirazı dayandırmaq fikirləri yoxdur.