Rusiyada müxalifət lideri Aleksey Navalnıya dəstək aksiyaları keçirilib. Foto. video
Aprelin 21-də bütün Rusiyada müxalifət lideri Aleksey Navalnıya dəstək aksiyaları keçirilib.
Navalnı saxlandığı həbsxanada ona tibbi yardım göstərilməsi tələbilə aclıq elan edib. Siyasətçinin səhhəti haqda məlumatlı olan müstəqil həkimlər onun vəziyyətinin kritik olduğunu deyirlər.

Bundan başqa, Navalnının tərəfdarları onun yaratdığı, Rusiya hakimiyyətində korrupsiya halları haqda araşdırmalar dərc edən Korrupsiya ilə Mübarizə Fondunun hakimiyyət tərəfindən ekstremist təşkilat elan olunmasına etiraz edirlər. Rusiya prokurorluğu artıq bu tələblə məhkəməyə müraciət edib. Əgər məhkəmə bu qərarı qəbul etsə, bu o deməkdir ki, təşkilat qanundankənar olacaq.

В Москве на Рождественской площади люди скандируют: «О таком нельзя молчать»
— Новая Газета (@novaya_gazeta) April 21, 2021
Видео: Иван Жилин / «Новая газета» pic.twitter.com/WlA5A5PqNK
Navalnının tərəfdarları Rusiyanın bir çox şəhərlərində aksiyalar təşkil ediblər. İlk olaraq ölkənin şərqində – Vladivostok, Krasnoyarsk və Yekaterinburqda müxalifətçilər toplaşmağa başlayıblar.

Bəzi şəhərlərdə aksiyalar dinc şəraitdə keçib, digərlərində iştirakçılar saxlanılıb.

“OVD-info”nun (Daxili İşlər Şöbəsi) saat 22:18-ə olan məlumata əsasən, bütün Rusiya üzrə ümumilikdə 1000 nəfərdən çox insan saxlanılıb.
Полиция в Питере применяет шокеры, сообщает «Фонтанка»
— Новая Газета (@novaya_gazeta) April 21, 2021
Видео: «Фонтанка» pic.twitter.com/Vh7FaaXrIb
Moskva və Sankt-Peterburqda izdihamlı yürüşlər keçirilib.

Rusiya DİN-in dəyərləndirməsinə görə, Moskvada etiraz aksiyasında altı minə yaxın, Peterburqda isə 4,5 minə yaxın insan iştirak edib. Şahidlərin sözlərinə görə isə Moskvada aksiyada 30 minə qədər iştirakçı olub.