Rusiya Türkiyəyə çarter aviareyslərini ləğv edə bilər
Rusiya aviaşirkətləri Türkiyəyə çarter reyslərini müvəqqəti dayandırmaqla bağlı xəbərdarlıq alıblar. “İnterfaks” agentliyinin məlumatına görə, xəbərdarlıq tənzimləyici dövlət komissiyası olan “Rosaviasiya”nın məktubunda yer alıb.
Məktubda bu mümkün qərarın səbəbi göstərilmir. Rusiyanın “Dojd” teleşirkətinin istinad etdiyi mənbə bildirir ki, xəbərdarlıq “siyasi vəziyyətin gərginləşməsi” ilə bağlıdır.
RF nəqliyyat nazirliyinin məmuru təsdiq edib ki, “söhbət mümkün qadağadan gedir ki, həmin qadağa tətbiq olunduğu vaxt aviaşirkətlər artıq hazır vəziyyətdə olsunlar”.
Müxtəlif media orqanlarının məlumatına görə, bu qərarın verilməsi Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun 8 aprel tarixində Rusiyanı Suriyanın prezidenti Bəşər Əsədi dəstəkləməkdən imtina etməyə çağırması və Rusiyanın Suriya hakimiyyəti ilə ordu arasında sülhün qorunması üçün yetərincə iş görmədiyini deməsi ilə birbaşa əlaqəli ola bilər.
2015-ci ilin sonunda Rusiya və Türkiyə arasında hava əlaqəsi aviaəlaqə artıq dayandırılmışdı. Bu hadisə Türkiyə qırıcısının Rusiya bombardımançısı Su-24-ü Suriya ilə sərhəddə vurmasından sonra baş verdi. Daha sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putindən üzr istədi. Hava əlaqəsi bərpa olundu.