“Rusiya Cənubi Qafqazdan gedir” – Tofiq Zülfüqarov
Azərbaycanın keçmiş XİN rəhbəri Tofiq Zülfüqarovun fikrincə Rusiya Cənubi Qafqazdan gedir və bu nəticə qaçılmazdır. “Çünki bura ona lazım deyil”, – azərbaycanlı diplomat bildirir.
- “Azərbaycan “Laçın dəhlizini” bağladığını bəyan etməlidir” – Tofiq Zülfüqarov
- Rusiya Azərbaycanla Ermənistanın qarşıdurmasında necə oynayır: Bakıdan şərh
- Yeddi ölkə Rusiyanı Abxaziya və Cənubi Osetiyanı tanımasını geri çəkməyə çağırıb
Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarodun sözlərinə görə, Azərbaycanın Rusiya qoşunlarının ölkə ərazisini tərk etməsilə bağlı təcrübəsi var. “Bu yaxınlarda olmuşdu, Qəbələ RLS-dən makiyyətcə minə qədər hərbçi getdi. Bizə sırınan hürkütmələrdən qorxmamalıyıq”, – o xatırladıb.
“Rusiyanın Qafqazdan gedişi təbii prosesdir”
“Rusiyanın [regiondan] getməsinə gəlincə, bu, de-fakto baş verir. Məsələn, elə Azərbaycan ərazisində F-16 qırıcılarının olması faktını götürək. Onlar ölkə sərhədini pozan hər kəslə döyüşə hazırdır. Postsovet məkanında belə şey heç vaxt və heç yanda olmayıb.
Bəli, Qırğızıstan nümunəsi var, orada Amerikanın hərbi bazası yerləşirdi, amma eyni zamanda Rusiya bazası da vardı və onların arasında qarşıdurma yox idi”, – Azərbaycaın keçmiş XİN rəhbəri deyib.
“Bundan çıxış edərək”, – Zülfüqarov fikirlərini davam etdirir. – “Rusiyanın Qafqazdan gedişi təbii, deyərdim ki, tarixi prosesdir”.
“Rusiya dövlətinin imkanı və istəyi yoxdur”
Azərbaycanlı diplomat qeyd edib ki, Rusiya dövlətinin “sadəcə XIX əsrin bu imperiya layihələrini dəstəkləməyə imkanı yoxdur. Nə iqtisadi, nə fiziki imkanı yoxdur. Bu gün belə bir istək də yoxdur”.
“Bu gün Rusiyanın qarşısında duran hədəflər Ukrayna kontekstində daha aktualdır. Başqa bir hədəf Sibirdəki depopulyasiyadır”, – o əlavə edib.
RF-nin Ermənistandakı hərbi bazası haqda
Zülfüqarov həmçinin Rusiyanın Ermənistanda hərbi iştirakı, RF-nin bu regiondakı yeganə hərbi bazasının orada yerləşdiyi haqda məsələyə də toxunub:
“Ermənistandakı hərbi bazanın mahiyyəti nədir? Heç nə. Bir növ adadır, Qafqaz Nepalı, orada 4 min nəfərlik heyət flanq məhdudiyyətləri üzrə həyata keçirilən ixtisarlardan sonra qalan texnikanı mühafizə edir. Bu qədər.
Şübhəsizdir ki, bu cür lazımsız bazalar bağlanacaq. Bundan əvvəlki mərhələdə Vyetnamda, Kubada və sairə hərbi bazaların bağlanması kimi”.
“Biz Qafqazda özümüz haqda yüksək fikirdəyik”
“Biz Qafqazda özümüz haqda yüksək fikirdəyik. Düşünürük ki, hamı bizdə maraqlıdır. Bu qətiyyən belə deyil. Düşünürəm ki, Kremldə nəyin nə, kimin kim olduğunu görməyi öyrəniblər.
Gəlin açıq danışaq, Ermənistanda Rusiyanın sadəcə bir işi yoxdur. Düşünürəm ki, xırda iş qalıb – bunu ictimaiyyətə başa salmaq və Rusiya sakitcə oradan gedəcək”, – Tofiq Zülfüqarov Gürcüstanın Strateji Analiz Mərkəzinə müsahibəsində deyib.