Rusiya Azərbaycanın cənubundakı milli azlığın hüquqları uğrunda mübarizi Bakıya təhvil verdi
Paylaşmaq
Paylaşmaq
Talış fəal Fəxrəddin Abbasov fevralın 28-də Rusiyadan deportasiya edildikdən sonra Bakı hava limanında həbs olunub. “Kavkazski uzel” xəbər verir ki, Azərbaycan Abbasovu ərazi bütövlüyünə qarşı və ədavəti qızışdıran çağırışlar etməkdə ittiham edir.
Talışlar – Azərbaycanın cənubunda, İranla sərhədin yaxınlığında yaşayan, İran mənşəli milli azlıqdır. Qeyri-rəsmi məlumatlara görə, onların sayı yarım milyon nəfərdir. 1993-cü ildə podpolkovnik Əlikram Hümbətov bu ərazidə “Talış Muğan Respublikası”nı elan edib. Fəxrəddin Abbasov, yaxud özünün dediyi kimi, Aboszoda, milli hərəkatın və bu respublikanın liderlərindən biri olub. Separatçı hərəkat darmadağın edildikdən sonra Abaszoda ölkədən xaricə gedib.
2018-ci ilin yayında Azərbaycan məhkəməsi Abbasovun həbsi barədə qərar verib. İstintaqın versiyasına əsasən, Abbasov Ermənistana gedib, erməni xüsusi xidmət orqanları ilə görüşüb və bundan sonra Azərbaycan və onun ərazi bütövlüyünün əleyhinə onlayn-bəyanatlar verib.
Azərbaycan Abbasovun bu vaxta qədər yaşadığı Rusiyaya onun ekstradisiyası barədə sorğu yollayıb. 2018-ci ilin payızında onu Lübertsı şəhərində həbs ediblər. Beş ay ərzində istintaq təcridxanasında ekstradisiya olunmasını gözləyib. Nəhayət, Lübertsı məhkəməsi Rusiyada yaşama hüququ müddəti bitdiyi üçün Abbasovun deportasiya edilməsi barədə qərar verib.
“Amnesty International” hüquq müdafiə təşkilatının Rusiya nümayəndəliyi bəyan edib ki, Abbasovun Azərbaycana təhvil verilməsi Rusiya tərəfindən beynəlxalq hüquq normalarının pozulmasıdır:
«Bu, 2012-ci ildə Rusiya Ali Məhkəməsinin beynəlxalq hüquq çərçivəsində Rusiyanın öhdəliklərinə hörmətlə yanaşılması və təhvil verilənin işgəncələrə və digər sərt davranış növlərinə məruz qalması təhlükəsi olduğu təqdirdə ekstradisiya haqqında sorğuların təmin olunmaması barədə aşağı instansiya məhkəmələrinə verdiyi tövsiyələrlə bağlı rəsmi mövqeyinə ziddir».