“Biz qələbə qazanacağıq”: Ermənistanın eks-prezidenti seçkilərdə iştirak etmək niyyətindədir
Ermənistanın eks-prezidenti Robert Koçaryan təşkil ediləcəyi təqdirdə növbədənkənar seçkilərdə iştirak etmək niyyətində olduğunu elan edib.
“Öz komandamla iştirak edəcəm və biz qələbə qazanacağıq”, – Ermənistan mediasına müsahibəsində o bildirib.
Bununla yanaşı Koçaryan hesab edir ki, hazırkı məqamda, müharibədən sonra ölkədə yaranmış şərtlər altında növbədənkənar seçkilərin keçirilməsi təhlükəlidir. Keçmiş prezidentin fikrincə, baş nazir Nikol Paşinyan özü könüllü şəkildə istefaya getsə, onun komandasını isə maksimum bir iillik keçid hökuməti əvəz etsə, daha yaxşı olar.
Eks-prezidentiregionda nəqliyyat kommunikasiyaların açılması və ikinci Qarabağ müharibəsindən sonra hələ də Azərbaycanda qalan erməni hərbi əsirlərin qaytarılması məsələlərinə də toxunub.
- Ermənistanın eks-prezidenti həbsxanadan çıxandan sonra ilk müsahibəsini verib
- Fevralın 1-dən Ermənistan vətəndaşları mənfi nəticəli koronavirus testilə Rusiyaya gedə biləcəklər
Niyə Koçaryan və müxalifət növbədənkənar seçkilərə qarşıdır?
2020-ci ilin noyabrında Ermənistan, Azərbaycan və Rusiya liderləri Qarabağda atəşkəs haqda üçtərəfli bəyanat imzalayandan sonra Yerevanda baş nazir Nikol Paşinyanın istefası tələbilə etiraz aksiyaları başlayıb. Müxalifət hesab edir ki, o, xəyanətkar razılaşmaya gedib və Qarabağda əraziləri təhvil verib.
Dekabrın sonunda Paşinyan ölkənin siyasi qüvvələrinə 2021-ci ildə növbədənkənar parlament seçkiləri keçirilməsi ilə bağlı məsləhətləşmələrə başlamağı təklif edib. Amma Ermənistan müxalifəti bu təklifi rədd edib və baş nazirin seçkilərdən əvvəl vəzifəsini tərk etməsini tələb edir.
Eks-prezident Robert Koçaryan da bu yanaşma ilə razıdır. O, əmindir ki, indi, “ziddiyyətlər, qeyri-müəyyənlik, həssas suallara cavabların olmadığı bir atmosferdə” növbədənkənar parlament seçkiləri təşkil etmək təhlükəlidir:
“Siyasi mübarizə üçün bizim bütün lazım olan alətlərimiz var, həmçinin komandamız da var. Əgər hakimiyyət seçkiləri daha əvvəl sırıya bilsə, onların isə yəqin ki, parlamentdə bunun üçün yetəri qədər səsləri var, o zaman bu halda da, düşünürəm ki, ən doğrusu iştirak etməkdir. Əks təqdirdə biz bu insanlara öz hakimiyyətlərini möhkəmləndirmək imkanı verəcəyik”.
Eks-prezident hesab edir ki, Ermənistan cəmiyyətində 200-300 min nəfərə yaxın insan radikal əhvaldadır, amma 2018-ci il hadisələrindən cəmi iki il sonra daha bir inqilabölkə üçün problem ola bilər. Amma yenə də əgər hakimiyyətin siyasi yolla dəyişməsi ümidi “ölsə”, o zaman Koçaryanın fikrincə, artıq yazda insanlar yenidən küçələrə çıxacaq və etirazların bu dəfəki dalğası ötən dəfəkindən daha böyük olacaq.
Erməni əsirlərin Azərbaycandan qaytarılması haqda
Robert Koçaryan Azərbaycanın erməni əsirlərin dəqiq sayını bilmədiyinə inanmır. Eks-prezident əmindir ki, Azərbaycan hakimiyyəti “Qarabağ ordusunun komplektləşməsinə imkan verməmək məqsədi güdür”:
“Əsirləri saxlamaq çox ciddi baş ağrısıdır. Əliyev hazırda əsirlərə görə mütəmadi təzyiq altındadır, amma onun konkret məqsədləri var – Qarabağın təhlükəsizlik sistemini sarsıtmaq. Hətta əgər o, onları qaytarsa da, Azərbaycan SQ yeni əsirlər ələ keçirəcək. Bu təcrübə ancaq [Ermənistan] hakimiyyəti Qarabağa əsgər göndərməyəcyinə söz verdiyi zaman dayandırılacaq”.
Ermənistanın nəqliyyat kommunikasiyaları haqda
Nəqliyyat kommunikasiyalarının açılması, eks-prezidentin fikrincə, özlüyündə pozitiv addımdır, amma Ermənistan üçün ancaq probblemlər yaradacaq. Məsələ burasındadır ki, yolun Ermənistan ərazisində, Meğri yaxınlığındakı hissəsi Rusiya sərhədçiləri tərəfindən nəzarətdə saxlanılacaq, Rusiyaya qədər uzanan təxminən 850 kilometrlik qalan hissəsində Ermənistan tərəfinin heç bir təsiri olmayacaq:
“Bu məsələ ilə bağlı tərəflərdən biri can atdığı hər şeyi əldə edib, ikinci tərəf isə sadəcə ümid qazanıb, amma prosesə təsir imkanları yox”.
Robert Koçaryan bildirir ki, kommunikasiyaların açılması məsələsi daha əvvəl də – Qarabağ münaqişəsinin bütün həll variantlarında müzakirə olunub, amma “son akkord qismində”:
“İndi Azərbaycan güc yolu ilə ərazi məsələsini həll etdi. Mahiyyətcə bizim əlimizdə əvəzində Qarabağın statusunu müzakirə edə biləcəyimiz heç nə qalmadı. Bakı məsələni həll edilmiş sayır və biz son mərhələyə girmişik. İndi Azərbaycan elə vəziyyətlər yaratmağa çalışacaq ki, Qarabağda ermənilər qalmasın, ya da həmin ərazidə kiçik hissələrlə Azərbaycanın hakimiyyəti qəbul edilsin”.