Rəy: Rusiyadakı dövlət korporasiyaları nəyə görə inanılmaz nəhəng məbləğlərə yeni ofislər tikirlər?
1 milyard dollar – “Rusiya dəmir yolları” dövlət şirkəti özünün yeni ofisinə bu məbləği xərcləyəcək. Rusiyanın “Vedomosti” qəzeti yazır ki, bu, hələ ilkin qiymətdir. Adətən. bu cür ofis büdcələri ilə dünyanın ən varlı şirkətləri sayılan Apple və Google şirkətləri əməliyyat aparır.
Rusiyanın daha dörd nəhəng dövlət strukturu – “Roskosmos”, “Rostex”, “Qazprom” və “Rosneft” yeni mənzil-qərargahlarını tikmək planlarının olduğunu bildiriblər.
«Rusiyanın dövlət kapitalizmini köç yanğısı bürüyüb”, – bununla əlaqədar Rusiyanın “Republic” onlayn-nəşri yazır.
Rusiya iqtisadiyyatındakı böyük çətinliklər dövründə bu cür nəhəng xərclər nəyə görədir?
• Stalin, Putin, Puşkin – rusiyalıların qəhrəmanları
• Ukrayna və Rusiya: müharibədə rəqiblər, yoxsa ticarət tərəfdaşları?
• Rəy: Vladimir Putinin bəxti daha niyə gətirmir?
Miqyaslar
“Rusiya dəmir yolları”nın yeni mənzil-qərargahının sahəsi 450 min kvadrat metrdir.
Moskvanın ən nüfuzlu rayonunda vertolyot meydançaları da daxil olmaqla “Rosneft”in yeni mənzil-qərargahının sahəsi 200 min kvadrat metrdir.
[pullquote align=”right”]Qərb sanksiyaları əsasən dövlət şirkətlərinə qarşı tətbiq olunur və onların fərdi əllərə verilməsi bu sanksiyalardan qurtulmağa imkan verəcək[/pullquote]
“Rostex” üçün yeni ofisin sahəsi 260 min kvadrat metrdən çox olacaq. Daha 60 min kvadrat metr sahəni isə dövlət şirkətinin əməkdaşlarının yaşadığı mənzillər, qonaqların qalacağı mehmanxanalar tutacaq.
Rusiyanın əsas bankı olan “Sberbank” özü üçün 300 min kvadrat metrlik bina ucaltmaq istəyir.
400 min kvadrat metr, 87 mərtəbə və 118 metrlik şpil – “Qazprom”un 2,5 milyard dollar qiyməti olan yeni mənzil-qərargahı belə görünüşə malik olacaq.
Yerdə qalan şirkətlər özlərinin yeni ofislərinə hər biri azı 1 milyard dollar xərcləyəcək.
İqtisadi uğurlar fonunda?
Ən iri Rusiya şirkətlərinin planlaşdırdıqları bu cür ofis büdcələri dünyadakı azsaylı analoqlardandır.
Lakin Qazpromun, Rosneftin, Roskosmosun və digərlərinin iqtisadi göstəriciləri son illər acınacaqlı təsir bağışlayır:
• Gəlirlər azalır
• Kreditor borclar yüksəlir
• Kapitallaşma aşağı düşür
• Korrupsiya qalmaqallarının sayı artır
• Getdikcə daha çox Rusiya dövlət şirkətləri ABŞ-da seçkilərə müdaxilə və Krımın ilhaqına görə Qərbin sanksiyaları altına düşürlər.
Bəs bu cür büdcəsinə və iddialarına görə inanılmaz layihələrə niyə başlanıb?
Strateji plan
Bu suala cavabı son Davos iqtisadi forumunda Rusiya nümayəndələrinin çıxışlarında tapmaq mümkündür. Onlar bildiriblər ki, hökumət dövlət şirkətlərinin özəlləşdirilməsinə hazırlaşır və bu proses qapalı rejimdə, əcnəbilərin iştirakı olmadan keçiriləcək.
Bir çox Rusiya və xarici mənbələr yazırlar ki, bu planın məqsədi aşkardır. Qərbin sanksiyaları əsas etibarilə dövlət şirkətlərinə qarşı yönəlib – müvafiq olaraq, onların özəlləşdirilməsi bu sanksiyalardan azad olmağa kömək edəcək.
Bu şəraitdə ağlasığmaz dərəcədə bahalı mənzil-qərargahların tikintisi məntiqi addım kimi qiymətləndirilir.
Birincisi, mümkün qədər çox büdcə vəsaitini özəlləşdiriləcək şirkətlərə köçürmək tələb olunur.
İkincisi, az şübhə var ki, həmin tikintilərin podratları “Putinin dairəsi”ndən olan sahibkarlara qismət olacaq – başqa sözlə, o adamlara ki, onlar Rusiya prezidentinə yaxınlıqları səbəbindən dollar milyarderlərinə çevriliblər.
Arayış üçün – yalnız son iki il ərzində kəskin iqtisadi böhran şəraitində Rusiyada dollar milyarderlərinin sayı 77 nəfərdən 106 nəfərə yüksəlib.