“Onlar Azərbaycanı günahlandırmağa gecikməyəcəklər”. İran prezidentinin vertolyotunun qəzaya uğraması ilə bağlı Bakıda nə danışırlar?
Rəisinin ölümü ilə bağlı azərbaycanlı ekspertlər
Mayın 19-da İranın şimalında dağlarda helikopter qəzası nəticəsində ölkə prezidenti İbrahim Rəisi, xarici işlər naziri Əmir Abdullahian və digər rəsmilər faciəvi şəkildə həlak olub. Hadisə Azərbaycan prezidenti İlham Əliyevlə sərhəddə görüşdən sonra təyyarə İran ərazisindən havaya qalxdığı zaman baş verib.
Vertolyotun bütün sərnişinləri və ekipajının həlak olduğu barədə yalnız ertəsi gün səhər saatlarında məlumat verilib, qəza ilə bağlı araşdırmalar yenicə başlayıb, bəzi bloqçular və analitiklər isə baş verənlərə görə Azərbaycanı günahlandırmağa tələsirlər.
- Qarabağa qayıdış: kim necə köçə bilər? 8 suala cavabda
- “Xarici agentlər” haqqında qanun qəbul edilib. Növbəti addımlar nə olacaq? Gürcüstan prezidentinin veto proseduru ilə bağlı təfərrüatlar
- Avropa Məhkəməsi Azərbaycanı üç iş üzrə 14 700 avro cərimələyib
Azərbaycanlı ekspertlər də baş verənləri şərh edir və diqqəti İran tərəfinin mümkün ittihamlarına yönəldirlər.
“Şərqə Baxış” qrupunun ekspertləri
“İran prezidenti İbrahim Rəisi və dövlət xadimlərinin helikopter (vertolyot – red.) qəzasında həlak olduğu təsdiqlənib. Hadisənin dəqiq detalları helikopterin qara qutusu oxunduqdan sonra məlum olacaq. Səbəbi nə olursa olsun, İran mediası qəza ilə bağlı Azərbaycanı ittiham etməkdə gecikməyəcək.
Düşünürəm ki, qəzanın əsl səbəbi texniki nasazlıq olsa belə, İran tərəfi səhvini qəbul etmək yerinə, xarici qüvvələrin müdaxiləsi ehtimalını ön plana çıxaracaq. İran tərəfinin bu tipli yanaşmalar üzrə ixtisaslaşdığı hamıya məlumdur.
İsrail mediası da hadisənin İsrail tərəfindən törədildiyinə eyham vurmağa başlayıb və yəqin ki, mütəmadi olaraq bu tipli xəbərlərə davam ediləcək.
Təəssüf ki, hadisənin real mənzərəsindən asılı olmayaraq, Azərbaycan həm böyük bir informasiya müharibəsinin mərkəzində qalacaq, həm də daimi olaraq adımız belə bir hadisə kontekstində hallanacaq”.
Hərbi ekspert Azad İsazadə
“Sözsüz ki, harada baş verdiyindən asılı olmayaraq böyük faciədir. Ancaq mənə elə gəlir ki, bu, adi qəzadır, burada hanısısa konspiroloji versiya axtarmağa dəyməz.
“Sözsüz ki, harada baş verdiyindən asılı olmayaraq böyük faciədir. Ancaq mənə elə gəlir ki, bu, adi qəzadır, burada hanısısa konspiroloji versiya axtarmağa dəyməz.
Real hava şəraiti çox çətin idi. Axtarış-xilasetmə qruplarının qəza yerini müəyyən etməsi və həmin əraziyə gəlməsi xeyli vaxt apardı. Səhv etmirəmsə, helikopterin yerini Türkiyədən göndərilən “AKINCI” PUA-sı aşkar etdi. Lakin yer təyin edilsə də, coğrafi məkan çətin idi və həmin əraziyə avtomobil yolu yox idi”.
Sadəcə başsağlığı verməliyik. Allah rəhmət eləsin! İran üçün böyük faciə olsa da, prinsipial siyasi dəyişikliklərin baş verəcəyini düşünmürəm. Biz bilirik ki, İranın siyasəti bir nəfərdən asılı deyil və prezidentin səlahiyyətləri məhdud səviyyədədir. İranda əsas məsələlər Ayətullah Əli Xamenei tərəfindən həll olunur”, – deyə o bildirib.
Siyasi şərhçi Aqşin Kərimov
Siyasi şərhçi Aqşin Kərimov
“İbrahim Rəisini aparan helikopterin qəzaya uğraması barədə:
– Həqiqətən də, yayılan fotolarda, qəza baş vermiş ərazidə qatı duman olduğu görünür,
– Bununla belə, hava şəraiti mümkün təxribatları qətiyyən istisna etmir,
– Rəisi İran siyasi istiblişmentində post-Xamenei dövrünün ali lideri vəzifəsinə namizədlərdən biri idi,
– Rəisinin məhz Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən qayıtdıqdan sonra qəzaya düşməsi regionda geosiyasi təsirlərdə yüksək pay almaq amalları fonunda diqqətdən kənarda qala bilməz,
– Elə isə sual olunur: Azərbaycanla İranın yaxınlaşması kimə sərf etmir?
Bu sualın cavabını iki versiyada axtarmaq lazımdır:
- Bakı-Tehran yaxınlığı İran daxilində radikal dairələrin maraqlarına tam şəkildə cavab vermir. Beləliklə, Rəisinin həm İran ali rəhbəri vəzifəsinə gedən yolunun bağlanması, həm də Bakı ilə əlaqələrdəki rolunu qapamaq üçün mümkün bir ssenari lazım idi.
- Azərbaycanla İran “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin tam işləməsi üçün səylərini birləşdirirdi. Bunda Rusiya da maraqlı idi, kənar qüvvələrdən isə kimin bu nöqtədə qısqanc davrandığını araşdırma mövzusu olmalıdır. Yəni, baş vermiş hadisə texniki qəza deyilsə və kənardan idarəolunan bir ssenari olubsa, deməli məsələ “dəhlizlər uğrunda mübarizə” ruhunun əksi kimi görünə bilər.
Mövzuları təhlil edərkən, məncə İsrailin üzərinə vurğular etmək yanlışdır. Ən azından buna görə ki, Azərbaycan-İran yaxınlaşmasında Bakı İsrailin maraqlarını kənara qoyan və Təl-Əvivə alternativ cəbhə kimi yanaşan formulları rədd edir”.