Qohumlarının zorla Azərbaycanda saxladığı qız Rusiyaya qayıda bilib
Qohumları tərəfindən zorla Azərbaycanda saxlanılan 18 yaşlı Rusiya vətəndaşı Sevgiyə İsmayılova geri dönə bilib.
• “Ev əsirliyi”, döyülmə və təhdid – Sevgiyə İsmayılovanın başına gələnlər
Qız Moskvaya uçub və orada yerli LGBT fəalları tərəfindən himayə altına alınıb. Moskvadan Sevgiyə tezliklə yaşadığı və oxuduğu Krasnoyarsk şəhərinə gedəcək.
Sevgiyə İsmayılovanın sözlərinə görə, uşaqlıqdan ailədə fiziki zorakılığa məruz qalıb. Qız deyir ki, yaxın gələcəkdə qohumları ilə əlaqə qurmaq istəmir.