Qızıl medal azərbaycanlı məzunları qəbul imtahanlarından azad edəcək
Paylaşmaq
Paylaşmaq
Məktəbi qızıl medalla bitirən şagirdlər ali məktəblərə qəbul imtahanlarından azad olunacaq. Daha doğrusu, qəbul olunmaq üçün onlar ixtisas üzrə cəmi bir imtahan verməli olacaqlar. Bu haqda Milli Məclisin Elm və Təhsil Komitəsinin bu günkü plenar iclasında müzakirəyə çıxarılan “Ümumi təhsil haqqında” yeni qanun layihəsində deyilir.
Qızıl medal attestatında təkcə əla qiymətlər olan orta məktəb məzunlarına verilir.
Abituriyentlər qəbul olunmaq istədikləri fakültələrin siyahısını qeyd etdikləri formanı doldururlar. Sonra bir neçə fənn üzrə test imtahanı verirlər və topladıqları baldan asılı olaraq, qeyd olunan fakültələrdən birinə qəbul olunurlar. Çox az bal topladıqları halda isə heç yerə qəbul edilmirlər. Qızıl medalın olması bu prosesə heç bir təsir göstərmir.
Rüşvət üçün daha bir səbəb?
Sosial şəbəkələrdə bu xəbəri ehtiyatla qarşıladılar. Yeni qanundan çoxları ancaq qızıl medalın “qiymətinin” artırılmasını gözləyir:
“Bu, nə dərəbəylikdir… Bu ona gətirib çıxaracaq ki, məktəb direktorları qızıl medalları çox baha satacaqlar”
“Qardaşım qızından qızıl medal üçün təxminən 300 dollar istədilər. Gələn il isə yəqin ki, artıq 30 min istəyəcəklər”
“Lap SSRİ vaxtındakı kimi. O vaxtlar da eyni qayda olub”.
Yeniliklərdən başqa, qanun layihəsinə həm də artıq mövcud olan, amma riayət olunmayan qaydalar da daxil edilib. Belə ki, misal üçün, o, bütün məktəbliləri Təhsil Nazirliyi tərəfindən müəyyən olunmuş vahid formaya geyindirməyə çalışacaq. Azərbaycanda məktəb formasını geyinməklə bağlı qayda artıq çoxdan mövcudur, amma heç də bütün məktəblər buna riayət etmir.