Qarabağdakı mandatsız Rusiya sülhməramlıları. Azərbaycan narazılığını bildirir
Qarabağdakı Rusiya sülhməramlılarının mandatı ilə bağlı əlavə hüquqi mexanizmlər haqda müzakirələr davam edir. Bu haqda Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib. Ekspertin fikrincə, bununla Azərbaycan 2020-ci il 10 noyabrda imzalanan üçtərəfli bəyanata əsasən regionda yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin fəaliyyətilə bağlı narazılığını bildirir.
- Qarabağda yeni hərbi əməliyyatlar mümkündürmü? Bakıdan şərh
- Hərbi yardım və islahatlar. Ukrayna və ABŞ prezidentləri nə haqda razılaşıblar?
Rusiya, Azərbaycan və Ermənistan liderərinin imzaladığı və 2020-ci ilin payızında ikinci Qarabağ müharibəsinə son qoyan bəyanatdan düz 300 gün keçir. Bu sənəd imzalanandan dərhal sonra Qarabağın Ermənistan tərəfinin nəzarətində qalan hissəsinə Rusiya sülhməramlıları daxil olub.
Azərbaycan tərəfin politoloqlafrın və ekspertlərin timsalında ötən aylar ərzində dəfələrlə Rusiya hərbçilərinin ölkənin beynəlxalq səviyyədə tanınan ərazilərində yerləşməsinin hüquqi əsasının olmadığı haqda bildiriblər. qeyd olunur ki, məsələ Azərbaycan parlamenti tərəfindən ratifikasiya olunmayıb,Ə bu məsələ ümumiyyətlə Azərbaycanın qanunverici orqanı qarşısında qaldırılmayıb.
Hikmət Hacıyev nə deyib?
Ötən gün Azərbaycan hakimiyyəti bu haqda ilk dəfə söz açıb.
“BBC Azərbayca”ya müsahibəsində ölkə prezidentinin köməkçisi Hikmət Hacıyev qeyd edib ki, “Qarabağda Rusiya sülhməramlılarının mandatı ilə bağlı əlavə hüquqi mexanizmlər barədə müəyyən müzakirələr hələ davam edir”.
Hacıyevin sözlərinə görə, 10 noyabr üçtərəfli razılaşması Azərbaycan ərazisində RF sülhməramlı qüvvələr üçün “siyasi və müəyyən dərəcədə hüquqi çərçivəni” müəyyən edib.
“Bütün Qarabağ Azərbaycanın suveren ərazisidir, beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır və 10 noyabr bəyanatına uyğun olaraq sülhməramlı qüvvələr Azərbaycanın Qarabağ bölgəsinin müəyyən bir hissəsində müvəqqəti olaraq yerləşdiriliblər”, – Hacıyev vurğulayıb.
“Qarşımızda duran indi əsas məsələ həmin ərazilərdə quruculuq, rekonstruksiya işlərini həyata keçirməkdir. Son 30-40 ildə dünya miqyasında dövlətlərin bu qəbildən və bu miqyasda üzləşdikləri rekonstruksiya layihələri olmayıb”, – Azərbaycan pre3zidentinin köməkçisi əlavə edib.
Siyasi icmalçının şərhi
Azərbaycanlı siyasi icmalçı Aqşin Kərimovun sözlərinə görə, Hikmət Hacıyevin bəyanatı ilə Azərbaycan diplomatik formada Qarabağdakı Rusiya sülhməramlılarının fəaliyyətilə bağlı narazılığını bildirib.
“Sülhməramlılar zamanla həmin ərazilərdə 10 noyabr üçtərəfli bəyanatın təsbit etdiyi funksiya və mandatdan kənara çıxaraq özləri üçün əlavə “vəzifə öhdəlikləri” yaradıb onu həyata keçiriblər və ya buna cəhd ediblər.
Bakı isə bundan narahatdır və müxtəlif formalarda məsələyə etirazını dilə gətirib.
Hikmət Hacıyevin açıqlaması isə Azərbaycan Xarici İşlər Nazirliyinin sülhməramlıların təminatı ilə əlaqədar tender elanı ilə bağlı yerləşdirilmiş məlumatda qondarma “Dağlıq Qarabağ Respublikası” qeyd olunması məsələsinə etiraz bildirməsindən sonraya təsadüf edir.
Görünür, son məsələ Azərbaycan dövlətinin səbr kasasını daşdırıb, ona görə də Bakı sülhməramlılara öz yerini göstərmək üçün əlavə hüquqi mexanizmlərin ərsəyə gəlməsinə önəm verir”, – Kərimov qeyd edib.
İcmalçının fikrincə, Hacıyevin öz müsahibəsində Rusiya hərbçilərinin Qarabağda yerləşməsinin müvəqqəti xarakter daşıdığını qeyd etməsi təsadüfi deyil.
O qeyd edib ki, rəsmi Bakının dilə gətirdiyi sülhməramlılar üzərində əlavə hüquqi öhdəliklərə “onların fəaliyyətinə konkretlik gətirmək və erməni silahlı dəstələrinin Azərbaycan ərazilərində qol-qanad açmasına stimul verən addımların dayandırılması” daxildir.
“Bu, Rusiya sülhməramlılarının vəzifələrindən irəli gələn öhdəliklərinin icrasını beynəlxalq hüquq çərçivəsinə salmaqdır. Bu isə açıq qalan məsələlərin həllini sürətləndirər”, – ekspert fikrini yekunlaşdırıb.