Qarabağda döyüşlər və Rusiya - nə əlaqəsi var? Bakıdan şərh
2020-ci il sentyabrın 27-də səhər Qarabağda başlayan genişmiqyaslı hərbi əməliyyatların səbəblərini və perspektivlərini JAMnews üçün siyasi şərhçi Şahin Rzayev şərh edib.
Sentyabrın 27-də səhər Qarabağ ətrafında və Azərbaycan-Ermənistan sərhədində başlayan hərbi əməliyyatlar haqda xəbərlər və reportaj
— Niyə hərbi əməliyyatlar məhz indi başladı?
— 2016-cı ilin aprelindən fərqli olaraq bu, gözlənilməz olmadı. Cəbhənin hər iki tərəfində hamı hazır idi ki, hər an hərbi əməliyyatlar başlaya bilər. 2020-ci il 12-16 iyulda sərhəddə baş verən toqquşma hadisələrin bir növ uvertürası oldu.
Qarşıdurmanın eskalasiyasına gətirib çıxaran bir neçə səbəbi sadalaya bilərəm.
•Ermənistanda və Azərbaycanda hərbi vəziyyət elan olunub. Bu nə deməkdir?
•Azərbaycandan şərh: “Hər iki tərəfdə müharibə haqda düşünürlər”
•Ermənistandan şərh: Azərbaycan mediası niyə Qarabağla bağlı “sensasiyalar” dərc edir?
•Qarabağda “aprel müharibəsinin” üç ili. Müharibə nəyi dəyişdi? Bakı və Yerevandan ekspertlər
Beləliklə, Ermənistanın yeni rəhbərliyi iki il əvvəl danışıqların formatını birtərəfli şəkildə dəyişməyə çalışdı – bəyan etdi ki, danışıqlarda üçüncü tərəf Qarabağ erməniləri olmalıdır.
Bunun ardınca “Artsax Ermənistandır və nöqtə” bəyanı səsləndi.
Bir-birinə zidd olan bu iki teziz arasında əlaqəni Yerevan izah edə bilmədi.
Eyni zamanda Ermənistanın yeni rəhbərliyi Rusiyadan uzaqlaşmaq kursunu tutdu. Rusiyanın təyin etdiyi və müttəfiqi olan şəxslərə (Koçaryan, general Xaçatryan və digərləri) təzyuq başladı.
Şəxsən Putin başda olmaqla RF rəhbərliyi bu kursu dəstəkləmədikləri ilə bağlı siqnallar göndərirdi. Kreml təbliğatının ruporu – “Russia Today” kanalı açıq şəkildə Ermənistan rəhbərliyini qərb fondları, Soros və digərləri ilə əməkdaşlıqda ittiham etdi.
•Ermənistanda Rusiya casusları axtarılır – “Dosye” mərkəzinin dərc etdiyi faktlar araşdırılır
Moskva dəfələrlə Paşinyanın hədsiz müstəqil kursu ilə bağlı narazılıq ifadə edib. İstisna deyil ki, Qarabağ münaqişəsi bu məqamda növbəti təzyiq rıçaqı ola bilər.
İyul uvertürası isə bir çox səbəblərdən, o cümlədən də pandemiyaya görə arzuolunan nəticələri vermədi. ATƏT-in Minsk Qrupu o zaman da həvəssiz reaksiya vermişdi və emissarlarını göndərməmişdi.
Ola bilər ki, Rusiya buna görə də daha güclü arqumentlər tətbiq etməli olub.
— Bundan sonra nə olacaq, 2016-cı ilin aprelində yaşanan kəskin gərginlik zamanı olduğu kimi hərbi əməliyyatları dayandırmaq mümkündürmü?
— Böyük ehtimalla tərəflər iki-üç gün sonra atəşin dayandırılması ilə bağlı razılığa gələcəklər. 2021-ci ilin əvvəlində isə danışıqlar masasına qayıdacaqlar.
Orada da əsas mövzu “Lavrov planının” – yəni Dağlıq Qarabağın keçid statusunun əvəzinə işğal olunmuş yeddi Azərbaycan rayonundan beşinin azad edilməsi və Rusiya qoşunlarının “sülhməramlı qüvvələr” kimi bütün cəbhə xətti boyu yerləşdirilməsinin qəbulu olacaq.
Bu plan yeni deyil, 1994-cü ildən danışıqlar masasında olub. O zaman bu planı rusiyalı həmsədr Vladimir Kazimirov təklif etmişdi.
Mənim nəzərimcə, Azərbaycan üçün bu plan qətiyyən qəbuledilməzdir. Daxili köçkün düşən insanlar geri qaytarılmadan status haqda danışmaq hüquqa zddir, Rusiya qoşunlarının yerləşdirilməsi isə ciddi tərəddüdlər doğurur.
RF qoşunlarının gürcü-abxaz və Cənubi Osetiya münaqişə zonasına yeridilməsi ilə bağlı kədərli təcrübəni xatırlamaq kifayət edir. Nəticədə Gürcüstan ərazisinin təxminən beşdə birini praktiki olaraq itirib.
Sülhməramlı qüvvələr yalnız Rusiya əsgərlərindən ibarət olmamalıdır. Digər ölkələrin, məsələn, Türkiyə, Avropa İttifaqı və ya Ukrayna qüvvələri də onlara əlavə olunmalıdır. Hesab edirəm ki, bu, danışıqlar predmetidir.