“Bakı və Yerevan nümayəndələri Dağlıq Qarabağ üzrə danışıqlar aparacaqlar” – Ermənistanın XİN rəhbəri
Rusiyada işgüzar səfərdə olan Ermənistanın XİN rəhbəri Ara Ayvazyan rusiyalı həmkarı Sergey Lavrovla görüşüb. Danışıqların əsas mövzusu Rusiya, Azərbaycam və Ermənistan liderlərinin Dağlıq Qarabağ üzrə 9 noyabr üçtərəfli razılaşmasının reallaşdırılması olub. əsirlərin və həlak olanların meyitlərinin dəyişdirilməsi, itkin düşənlərin axtarışı məsələləri də müzakirə olunub.
Bu, Lavrovun Ermənistanın yeni xarici işlər naziri Ara Ayvazyanla son bir ayda artıq ikinci görüşüdür. Ermənistan və Rusiya XİN rəhbərlərinin bundan əvvəlki görüşü noyyabrın 12-də Rusiyanın qurumlararası nümayəndə heyətinin Yerevana səfəri zamanı baş tutub.
- Ödənişsiz kommunal xidmətlər, Avropa İttifaqının yardımı və Ermənistan hökumətindən müavinət – qarabağlılara dəstək
- Ermənistanın baş naziri və eks-prezidenti bir-birini “diplomatik fiaskoda” günahlandırıblar
Ermənistan XİN rəhbəri nə deyib?
Nazirlərin görüşü zamanı əsas mövzulardan biri əsirlərin dəyişdirilməsi məsələsi olub. Ara Ayvazyanınn sözlərinə görə, o, tezliklə məsələnin həllini tələb edib:
“Hərbçilərlə və digərləri ilə sözün həqiqi mənasında barbar kimi davraanıldığı haqda məlumatlar gəldiyi halda bu, xüsusilə aktualdır”.
Lavrovla görüşün yekununa dair mətbuat konfransı zamanı ermənistanlı nazir bu mövzunu davam etdirib:
“Biz “hamının hamıya” prinsipi ilə mübadilə həyata keçirməyə hazır olduğumuzu bildirdik və Azərbaycan tərəfindən prosesi pozmaq cəhdinin olmayacağını gözləyirik.
Eyni zamanda Azərbaycan tərəfindən hərbi əsirlərlə qeyri-insani davranış və dinc sakinlərin girov kimi saxlanması halları davam edir”.
В то же время, с азербайджанской стороны не прекращаются случаи бесчеловечного обращения с военнопленными и удерживаемыми в качестве заложников мирными жителями».
Jurnalistlərin suallarına cavab verən Ara Ayvazyan bəyan edib ki, “Bakı və Yerevanın nümayəndələri münaqişə zonasında vəziyyət stabilləşəndən sonra” görüşəcəklər və Dağlıq Qarabağda vəziyyətin nizamlanması üzrə məsələləri müzakirə edəcəklər.
Ermənistanın XİN rəhbəri hesab edir ki, Qaranağ münaqişəsinin nizamlanmasının əsasında DQ xalqının öz müqəddaratını təyin etməsi məsələsi yatır:
“Ermənistan […] Artsax xalqının öz müqəddaratını təyin etməsi hüququnun tanınması və təhlükəsizliyi mövqeyindən çıxış edib və edir”.
Ara Ayvazyan həmçinin bu müharibənin qızışdırılmasında Ankaranın həlledici rolu və hərbi əməliyyatlar zamanı Azərbaycana yardımı, o cümlədən də münaqişə zonasına muzdluları cəlb etməsi haqda da danışıb:
“Türkiyə silahlı personalını və onlarla bağlı olan terrorçu qrupları Qarabağ münaqişəsi zonasından və ümumilikdə Cənubi Qafqazdan çıxarmalıdır. Hələlik xarici terrorçu döyüşçülərin çıxarılması haqda heç bir siqnal yoxdur”.
Ermənistanlı nazir virğulayıb ki, DQ-də vəziyyətin nizamlanması üzrə Rusiya tərəfi ilə müzakirələrin davamına ümid edir. Söhbər Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlı məsələlərdən, əhaliyə humanitar yardım göstərilməsindən, müharibə zamanı dağılmış mülki infrastrukturun bərpasından gedir.
Lavrov nə deyib?
Sergey Lavrov jurnalistlər qarşısında çıxışını Yerevana səfər edəcəyi haqda bəyanla başlayıb:
“Bizim Ermənistanın xarici işlər naziri ilə çox faydalı, hərtərəfli ilk təmasımız oldu. Ara Genriyeviç nəzakətli şəkildə məni növbəti dəfə Yerevanl ziyarətə dəvət etdi. Mən məmnuniyyətlə gələcəyəm, tarixlə bağlı əlavə danışarıq”.
Bununla yanaşı Lavrovun sözlərinə görə, Yerevanda bu yaxınlarda Rusiyanın qurumlararası komissiası da səfərdə olub, Ermənistanın baş naziri, XİN-dən, Müdafiə Nazirliyindən və istisadi qurumlardan olan həmkarları ilə Qarabağ üzrə üçtərəfli sənəd imzalanandan sonra yaranmış vəziyyəti müzakirə ediblər:
“Biz bəyanatın imzalanmasının Dağlıq Qarabağ münaqişəsinin Ermənistan və Azərbaycan xalqlarının maraqlarına uyğun ədalətli əsasda uzunmüddətli nizamlanması, Cənubi Qafqazdakı vəziyyətin stabilləşməsi üçün bütün lazımi şərtləri yaratdığında həmrəyik”.
Lavrovun fikrincə, birinci plana hazırda infrastrukturun və yaşayış fondunun bərpasına yardım, səhiyyə məsələləri və normal həyatın yoluna qoyulması, regiondakı nəqliyyat dəhlizlərinin açılması və iqtisadi əlaqələrin qurulması çıxır. Rusiyanın XİN rəhbəri hesab edir ki, bu, gündəlik normal həyatın yoluna qoyulmasında müsbət rol oynayacaq.
Bununla əlaqədar olaraq, iki ölkənin XİN rəhbərləri Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Humanitar Reaksiya Mərkəzinin yaradılması məsələsini müzakirə ediblər. Moskva bu mərkəzi beynəlxalq etməyi, Ermənistan və Azərbaycanı da ora daxil etməyi təklif edib.
“İndi belə təşəbbüsün praktiki məsələləri müzakirə olunur, onun reallaşdırılmasında bir çox Rusiya nazirlikləri və qurumları iştirak edəcək”, – Sergey Lavrov deyib.
O bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağda mədəni və dini obyektlərin qorunmasına və müdafiəsinə xüsusi diqqət yetirməlidir.