Dağlıq Qarabağda Azərbaycanın nəzarətinə keçən rayonların sakinləri getməzdən əvvəl əmlaklarını yandırırlar.
Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya hərbi əməliyyatların dayandırılması haqda bəyanat imzalayıblar. Rusiya regionun təhlükəsizliyinin qarantı kimi münaqişə zonasına sülhməramlı qoşun yerləşdirir.
Üçtərəfli sazişə əsasən, əvvəl Ermənistan tərəfinin nəzarəti altında olan bəzi rayonlar Azərbaycanın nəzarətinə keçir. Ağdam rayonu npyabrın 20-ə qədər Azərbaycana qaytarılır. Noyabrın 15-ə qədər Ermənistan Kəlbəcəri, dekabrın 1-ə qədər isə Laçın rayonlarını boşaltmalıdır.
Döyüşlər nəticəsində alınan Qarabağın cənubu, o cümlədən Şuşa şəhəri dəAzərbaycanda qalır.
İndi Qarabağın bu rayonlarından yerli sakinlərin evakuasiyası gedir. Qarabağdan kütləvi köç nəticəsində Ermənistanla Qarabağı birləşdirən yolda kilometrlərlə uzanan avtomobil tıxacları əmələ gəlib. İnsanlar mümkün olan hər şeyi aparır – mebel, heyvan, ev əşyaları.
Şəbəkədə bu yerlərin sakinlərinin evlərini tərk etdiyini əks etdirən foto və videolar da yayılıb.