Qarabağ münaqişəsinə kənar nəzər. Geri çəkilmədən güzəştə getmək: Ermənistan güzəşt şansını ötürdü
Dağlıq Qarabağda döyüşlərin bir ayı ərzində 1000 nəfərdən çox hərbçi həlak olub – tanınmamış respublikanın Müdafiə Nazirliyindən bildirilib. Münaqişə zonasında olan Kiril Krivoşeyev qarşıdurma tarixini xatırladır və belə nəticəyə gəlir ki, Ermənistan rəhbərliyinin hətta strateji önəm daşımayan, azərbaycanlıların uzun illər əvvəl tərk etdiyi, hazırda həyat olmayan kəndlərdən belə ordunu geri çəkməyə hazır olmaması Bakıya başqa çıxış yolu qoymayıb və hazırda çox sayda insan həyatı bahasına başa gəlir.
The Insider nəşrinin materialı
Qarabağda hazırkı müharibəni rəqibə qeyri-ciddi yanaşan və emosional arqumentləri rasional arqumentlərin fövqünə qoyanlar üçün böyük dərs adlandırmaq olar. “Onlar döyüşə bilmirlər, buna görə də mövqelərə Yaxın Şərqdən hansısa döyüşçüləri qoyurlar”. “Biz dəqiq bilirik ki, öz torpağımızda döyüşürük, onlar isə sadəcə bu torpağı qarət etməyə gəlmiş barbarlardır. Əlbəttə, bizim döyüş ruhumuz daha yüksəkdir!”
Qarabağda müharibə, döyüşən tərəflərin güc nisbəti və qələbənin hər bir tərəf üçün anlamı haqda. Qafqaz İnstitutunun direktoru Aleksandr İskandaryanın şərhi
Bütün bunlar, əlbəttə ki, Ermənistan-Azərbaycan münaqişəsində hər iki tərəfdən səslənirdi. Amma hətta 2016-cı ildə də, elə 2020-ci ildə də maddi-texniki üstünlük Azərbaycanın əlində idi. O zaman digər arqument irəli sürüldü, artıq sırf erməni tərəfindən: “Onlar cəsarət etməyəcəklər, heç kim onlara güc tətbiq etməyə imkan verməz, Rusiya, Avropa, ABŞ müdaxilə edəcək!”.
Amma bu arqument də reallıqla toqquşub çilik-çilik oldu. Niyə məhz belə olduğunu anlamaq üçün 26 il əvvələ qayıtmaq lazım olacaq.
Hazırda tanınmamış Dağlıq Qarabağ Respublikası adlanan ərazi haqda deməli olduğumuz ilk məsələ — bura birmillətli ərazi deyil və ərali heç vaxt yalnız ermənilərdən ibarət olmayıb.
Münaqişə zonasının xəritəsini təsvir etmək çətindir, orada sovet dövründə mövcud olmuş Dağlıq Qarabağ Muxtar Vilayətini (DQMV) təsvir etmək lazım gəlir, 1989-cu ulə aid məlumata əsasən, orada əhalinin 77 faizi erməni, 21 faizi isə azərbaycanlılar idi.
Bu region Azərbaycan SSR-in qərbində yerləşir, Ermənistan SSR-ə isə təəccüblü olsa da, birləşmir. Ermənistanla Azərbaycandakı etnik erməni anklavı arasında azərbaycanlıların məskunlaşdığı iki rayon – Laçın və Kəlbəcər yerləşir. DQMV-dən cənuba və şərqə isə azərbaycanlıların yaşadığı daha beş rayon yerləşir.
Bu yeddi rayonunun ümumi əhalisi 700 min nəfərə qədərdi və onların hamısı 1991-1994-cü illər münahibəsi nəticəsində qaçmaq məcburiyyətində qalıblar. Məntiq sadədir: ermənilərə Qarabağın təchizatı və cəbhə xəttini paytaxtdan 30-40 kilometr uzaqlaşdırmaq lazım idi. O vaxt tətbiq olunan silahlardan – D-30 sovet qautitsaları və “Qrad” raket sistemlərindən qorunmaq üçün bu məsafə yetərli idi.
1994-cü ildə ermənilər necə qələbə qazandığına dair mübahisələr geridə qalan 26 il ərzində davam edib. Rusiyanın yardımı haqda da (hərçənd general Vladimir Şerbak məhz Azərbaycan tərəfində döyüşürdü), Bakıda siyasi qeyri-stabillik haqda da danışılır – vahid ordu əvəzinə döyüşü parçalanmış dəstələrlə aparmaq lazım gəlirdi, 1993-cü ildə isə vəziyyət ümumiyyətlə az qala vətəndaş müharibəsinə qədər gedib çatdı.
O zaman əmələ gələn və cari ilin sentyabrın 27-ə qədər davam edən vəziyyət qəribə görünürdü.
100 min nəfərə yaxın insan Stepanakertdə və Şuşada rahat yaşayırdı, onlardan şərqə doğru isə tamamın boş ərazilər uzanırdı. Martuni, Mardakert və Hadrut şəhər hesab edilir, amma hər birinin əhalisi 5 min nəfəri aşmır.
Bu ərazilərin saxlanmasının hərbi anlamı da artıq yox olmuşdu – Azərbaycan artıq sovet dövrünün haubitsalarının əvəzinə Rusoya raketləri, o cümlədən də Türkiyə və İsrail dronları ilə silahlanmışdı və bu silahlar üçün 30 kilometr məsafə deyil.
Nəhayət, BŞT-nin Təhlükəsizlik Şurasının Azərbaycan rayonlarının azad edilməsi ilə bağlı dörd qətnaməsi ermənilərin başının üzərini aldı. Amma Yerevanda və Stepanakertdə bu sənədlərə əhəmiyyət vermir, Qarabağ əhalisinin “ekzistensial risk” altında olduğunu bildirirdilər. Azərbaycana ərazilərin bir metrini belə vermək bu riskin böyüməsi deməkdi.
Bakıdan bildirirdilər: rayonların azad edilməsindən sonra sizi iqtisadi blokadanın götürülməsi gözləyir, qeyri-stabil atəşkəs isə möhkəm sülhlə əvəzlənəcək. Amma bu, kömək etmədi, axı növbəti mərhələ DQMV-in statusu haqda danışıqlar olmalı idi, ermənilər üçün isə yeganə məqbul variant – müstəqillik – Azərbaycan üçün istisnadır.
Hətta “geniş muxtariyyat” variantını nəzərdən keçirməyi rədd etməsini Yerevan hərbdən sonrakı reallıqlara aid nümunələrlə arqumentləşdirirdi. Əgər Rusiya pasportlu, amma erməni soyadlı insanları (hətta uşaqları da) “təhlükəsizliklərini təmin edə bilmədiklərini” deyərək Azərbaycana sadəcə buraxmırlarsa, qonşu kəndlərdə sakit həyat haqda necə danışmaq olar?
Amma daha çox bu kontekstdə 2004-cü ildə Budapeştdə təlimlər zamanı erməni həmkarını balta ilə öldürən azərbaycanlı zabit Ramil Səfərovla bağlı hadisə xatırlanır. Macarıstan məhkəməsi Səfərovu ömürlük həbsə məhkum etmişdi, amma diplomatik sövdələşmələrdən sonra o, 2012-ci ildə Bakıya qayıtdı və burada əfv edildi, rütbəsi də yüksəldildi. Azərbaycanlı diplomatlardan biri mənimlə söhbətində etiraf etmişdi: bu hadisə diplomatik cəbhədə bir çox səylərin üzərindən xətt çəkdi və ermənilərə əla kozır verdi. Amma əks arqument də ədalətlidir – öz yolagəlməzlikləri ilə ermənilər hazırkı vəziyyəti mümkün etdilər və indi onlara hətta Rusiya və bütünlükdə Qərb də kömək edə bilmir.
Ermənistanın baş naziri Nikol Paşinyan bi yaxınlarda bildirib ki, münaqişəni diplomatik yolla həll etmək şansı 2011-ci ildə Kazanda itirilib. Bunun nə dərəcədə doğru olduğu haqda fikir yürütmək çətindir – həmin danışıqların məzmunu haqda yalnız maraqlı tərəfin, eks-prezident Serj Sarqsyanın danışdıqlarından məlumdur.
Amma hətta əgər bu məqamı dəyərləndirməsək də, qaçılmaz sual yaranır – o zaman Ermənistan son doqquz ildə danışıqlarda nə ilə məşğul idi? Cavab sadədir – danışıqları uzadırdı və ümid edirdi ki, rayonların qaytarılması ilə bağlı məsələni ümumiyyətlə həll etmək lazım gəlməyəcək. Lazım gəlsə də, bu nəslin boynuna düşməyəcək, 50 il sonra 80-ci 90-cı illərin qorxulu hadisələri artıq unudulduğu zamana qalacaq.
Bu illər ərzində gərginliklər az yaşanmayıb, amma onların hamısı iki qaydaya tabe idi: tərəflər həmişə bir-birini atəşkəsi pozmaqda günahlandırırdı, hər iki paytaxtda isə həmişə rəqibin bunu nə üçün etdiyinə dair ilk baxışdan məntiqli səbəb uydurulurdu. Çox vaxt iqtisadi və ya seçkiqabağı səbəb düşünülürdü – “elektoratın diqqətini real problemlərdən yayındırmaq lazımdır”.
Amma “danışıqlar öncəsi” gərginliklər də olurdu, nazirlərin və ya prezidentlərin mühüm görüşləri ərəfəsində tərəflər diplomatik mövqelərini döyüş meydanında möhkəmlətməyə çalışdıqları zaman.
Dörd gündən çox çəkməyən və heç nə ilə bitən “qeyri-ciddi” gərginliklər zənciri həqiqi müharibənin mümkünlüyünə artıq heç kim inanmırdı. Bu arada isə Bakıda buna hazırlaşırdılar və ən azı son bir ildə çox ciddi hazırlıq gedirdi.
Hələ 2019-cu ilin mayında mən Yerevana, sonra isə Bakıya səfər etmişdim ki, “Xalqların sülhə hazırlığı” üzrə proqram haqda yazım. Bu proqram jurnalistlərin qarşılıqlı səfərlərini, sonra daha vacim məsələlərə keçə bilmək üçün etibarın bərpa olunmasını nəzərdə tuturdu. Amma Azərbaycan qırğıları artıq o zaman təşəbbüsü məsələnin “qarışdırılması” adlandırırdılar. Azərbaycan diplomatlarının sözlərinə görə 2018-ci ildə Paşinyan hakimiyyətini möhkəmləndirən kimi kostruktiv danışıqlara başlayacağını vəd edərək Bakını “bugün-sabaha” salmışdı, sonra isə onları aldatdı, düz bir il əvvəl bəyan etdi: “Qarabağ Ermənistandır və nöqtə”. Azərbaycan üçün bu, tətikləyici həmlə oldu.
Bakının rəsmi versiyasına görə, iyulda da, sentyabrda da atışmanı ermənilər başladıb. Sözün açığı, mən buna inanmıram – ermənilərə bu, qətiyyən sərf etmir.
Amma balans üçün ehtimal edə bilərəm: adi vaxtda sadəcə iqnor edilən əhəmiyyətsiz bir hadisəyə cavab olaraq Azərbaycan ordusu genişmiqyaslı əks-hücuma keçib.
Və cəmi bir ay içində ermənilərin nəzarətində olan yeddi rayon mərkəzindən dördünü: Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlını ələ keçirib. Düzdür, tənqidçilər burada da irad bildirməyə yer tapıblar – bir ay müddətində tərifli Azərbaycan ordusu daha çox şeyə nail ola və yalnız Araz çayı boyu düzəngahda yox, dağlarda da irəliləyə bilərdi.
Tənqidçilərə cavab vermək olar: bəli, azərbaycanlılar əvvəlcə alınması asan olan mövqeləri alıblar, amma bunda məntiq var. Birincisi, bütün azad edilmiş şəhərlər İranla sərhəddə yerləşir, dövlət sərhədini nəzarət altına götürmək isə istənilən ölkə üçün ilk məsələdir.
Bunu indi etməsələr, sonra bu ərazilərin təsadüfi mərmilərin İran kəndlərinə düşməsi hallarının qaçılmaz olduğu uzun müddətli döyüşlər zonasına çevrilmək riski olacaqdı – buna görə kim cavabdeh olmaq istərdi?
İkincisi, cənubda əməliyyat meydanı yaratmaqla Azərbaycan qoşunları əminliklə şimala – Laçın dəhlizinə, Yerevanla Stepanakerti birləşdirən əsas iki yoldan birinə doğru irəliləyir.
Əgər ermənilər bu yolu itirsələr, paytaxtın ələ keçirilməsi zaman məsələsi olacaq. Amma erməni vətənpərvərlər burada da mübahisəyə başlayırlar: “1992-ci ildə Azərbaycan hərbçiləri Laçını və Şuşanı saxladıqları, oradan Stepanakert birbaşa atəşə tutulduğu zaman biz müdafiə oluna bildik”. Bildilər – amma rəqiblə tamam fərqli güc nisbətində.
Mənim zənnimcə, geriyə baxıb, bütün bunlardan necə qaçmaq olardı, bu haqda düşünmək daha vacibdir. Niyə əvvəlki gərginlikləri Moskvanın bir-iki zəngi ilə dayandırmaq olurdu, bu dəfə isə hətta vasitəçilərin iştirakı ilə imzalanan üç atəşkəs də kömək eləmir? Azərbaycanda bu qədər cəsarət haradan yaranıb: Ermənistan qoşunlarının çıxarılması qrafikini təqdim etməyincə dayanmayacağını bəyan edəcək qədər?
Cavab sadədir: çünki 26 il başqa şəraitdə Ermənistan qoşunlarının çıxarılmasına nail olmaq alınmırdı. Sülh əvəzinə qalan əraziləri döyüşsüz tərk etmək niyyəti indi də yoxdur.
“Biz güzəştə getməyə hazırıq, hətta bizim üçün ağrılı olan güzəştlərə də, amma erməni xalqı heç vaxt kapitulyasiyaya hazır olmayacaq”, – Nikol Paşinyan deyib və hansı “ağrılı güzəştlərdən” söhbət getdiyini açıqlamayıb.
Bu arada Cəbrayıl və Füzuli rayonlarının ölü dağıntılarının (bu kəndləri insanlar 1994-cü ilə qədər tərk ediblər və hətta Google Maps-də də orada damsız evlərin dağıntılarının olduğu görünür) müdafiəsində nə qədər insanın həlak olduğu haqda düşünmək və Ermənistan üçün xoş olmayan fikri səsləndirmək yaxşı olar – danışıqlar zamanı bu ərazilər təhvil verilsəydi, silahlı revanş olmaya da bilərdi. Bu cür geri çəkilmə hərbi təhlükə də yaratmayacaqdı – sadəcə siyasi ziyan, amma bu, ayrıca söhbət mövzusudur.
“Cəbrayıl və Ağdamı dinc yolla qaytarmaq mümkün oldu, deməli, Zəngilanı, sonra Kəlbəcəri də mümkün olacaq, sadəcə çalışmaq lazımdır”, – Moskva və Vaşinqtonda Azərbaycan hakimiyyətinə bildirəcəkdilər və onların məsələni hərbi yolla həll etmək cəhdi əsassız görünəcəkdi.
İndi isə Minsk Qrupu həmsədrlərinin (Rusiya, ABŞ və Fransa) Bakının bu cür davranmamalı olduğunu əsaslandıracaq arqumenti yoxdur. Hamı anlayır ki, müharibəsiz onlar hətta dağılmış bir-iki kəndi də qaytara bilməyəcəkdilər.
Ola bilər ki, Laçın dəhlizini aldıqdan sonra Stepanakertdə humanitar fəlakət yaşansın, danışıqlar başqa cür qurulacaq, amma hələlik bu yoxdur, reaksiya etinasız olacaq. Üstəlik, əgər bu ilin sentyabrına qədər danışıqları yalnız ermənilərin heç vaxt yaşamadıqları rayonlar haqda aparmaq mümkün idisə, indi vəziyyət müharibə məntiqinə görə inkişaf edir, müharibədə isə inzibati sərhədlərə çox da baxmırlar.
Maxsimalizm Dağlıq Qarabağ münaqişəsinin hər iki tərəfinə xasdır. Amma əgər Azərbaycam bu maksimalizmdə öz gücünə arxalanırsa, Ermənistan digərlərinin onları müdafiə edəcəyinə inama əsaslanır.
Təcrübə göstərdi ki, kritik məqamda onlara sadəcə məyusluq ifadə etdilər. Hərçənd Gəncəyə qarşı üç raket zərbəsindən sonra bu məyusluq da birmənalı olmaya bilər, bu zərbələr Stepanakertin atəşə tutulmasına cavab olsa belə. Biri var müharibəyə alışmış şəhəri atəşə tutasan. Biri də var cəhbə xəttindən 50 kilometr aralıda yerləşən, müharibəni ancaq televizorda görmüş yaşayış məntəqələrinə zərbə endirəsən.
Nikol Paşinyanın sözlərinə görə, indi “hər bir (erməni) kişi ayağa qalxıb hərbi komissarlığa getməlidir”. Amma bu çağırış çarəsizcə bütün Qarabağı itirmiş Ermənistanın rəhbəri olmamaq cəhdi kimi görünür.
Görünən odur ki, 1994-cü ildən ərazilərin ən böyük hissəsinin itkisi ilə barışmalı olacaq. Onun xarakterini bilərək, ehtimal etmək olar ki, hazırda o, baş verənlərin öz siyasi karyerası üçün fəsadları haqda düşünür. Amma başqa məsələ haqda düşünsə daha yaxşı olardı – daha güclü olduğu əvvəlcədən bilinən rəqibin hücumu şəraitində insan həyatlarını necə qorumalı.