Qarabağ münaqişəsinin xəritəsi: indi nə baş verir və indiyə qədər nələr olub?
Azərbaycanın və Ermənistanın müdafiə nazirlikləri eyni zamanda Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların xəritəsini dərc edib. Bunun məqsədi konkret rayonların və yaşayış məntəqələrinin kimin nəzarətində olduğunu və əsas döyüşlərin harada getdiyini göstərməkdir.
Xəritələr əsasən bir-birinə uyğun deyil.
Reuters agentliyi də 1988-ci ildən 2019-cu ilə qədər Qarabağ münaqişəsinin xəritəsini təqdim edib, orada 1990-cı illərin əvvəllərində müharibə nəticəsində etnik azərbaycanlıların tərk etdiyi rayonlar əks olunub.
Reuters-in informasiyasına görə, 1988-ci ildən 2019-cu ilə qədər Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatlar zamanı hər iki tərəfdən əksəriyyəti hərbçilər olan 30 min nəfərə yaxın insan həlak olub. sentyabrın 27-də başlayan və bugünə qədər davam edən hərbi əməliyyatların qurbanları bu rəqəmə daxil deyil. Ekspertlərin məlumatına əsasən, bu eskalasiya nəticəsində artıq minlərlə insan həlak olub.
• Qarabağ, döyüşlər və danışıqlar. Xəbərlər, reportajlar, vodeo/foto. Yenilənir
• Qarabağ və “ərazi əvəzinə sülh” – Bakıdan yeddi rayonla bağlı şərh
• “Azərbaycan üçün müharibə güzəşti aradan qaldırmaq vasitəsidir” – erməni politoloq
• Qarabağ münaqişəsinin həllinə kim kömək edəcək – Vaşinqton, yoxsa Moskva
2020-ci il oktyabrın 24-də dərc olunan xəritələr
2020-ci il oktyabrın 24-ə olan hərbi əməliyyatların interaktiv xəritəsi, Azərbaycan Müdafiə Nazirliyinin versiyası
2020-ci oktyabrın 24-ə olan hərbi əməliyyatların beş xəritəsi, Ermənistan Müdafiə Nazirliyinin xəritəsi
• Göy işarələr – hərbi əməliyyatların getdiyi ərazilər;
• Qırmışı işarələr – Azərbaycan silahlı qüvvələrinin geri çəkildiyi istiqamətlər;
• Azərbaycan silahlı qüvvələrinin nəzarəti altında olan ərazilər narıncı rənglə göstərilib.
Ermənistanın Müdafiə Nazirliyi xəbərdarlıq edib ki, hərbi əməliyyatlar davam edir, lokal döyüşlər gedir, müvafiq olaraq xəritə də mütəmadi dəyişir.
Reuters: 2019-cu ilə qədər Qarabağ münaqişəsi zonasının xəritəsi. Etnik azərbaycanlılardan ibarət məcburi köçkünlər haqda məlumatlar
Azərbaycanən BMT-də daimi nümayəndəliyinin, 2019-cu ilin sonuna olan məlumatına əsasən, Azərbaycanda 651 458 nəfər məcburi köçkün var. Xəritədə 1988-1994-cü illər Qarabağ münaqişəsindən sonra etnik azərbaycanlıların tərk etdiyi rayonlar sarı rənglə göstərilib.