Qarabağ və “ərazi qarşılığında sülh” – yeddi rayon haqqında Bakıdan mühakimə
1990-cı illərin əvvəlində baş vermiş müharibədən sonra ermənilərin nəzarəti altında olan yeddi Azərbaycan rayonu 2020-ci il sentyabrın 27-dən Azərbaycan və Ermənistan ordularının döyüş yerinə çevrilib. Onlar həmçinin siyasi müzakirələrin mərkəzindədir.
Söhbət nədən gedir və niyə onların Azərbaycana qaytarılmasını Ermənistan liderləri yolverilməz sayırlar? Azərbaycanlı politoloq Şahin Rzayevin şərhləri
•Qarabağda niyə müharibə gedir və ondan qaçmaq olardımı – Ermənistan baş nazirinin cavabları
•Dağlıq Qarabağda türk dronları
•Ermənistan və Azərbaycan liderləri Qarabağda aralıq yekunlar haqda
Qısaca Qarabağ münaqişəsinin tarixi haqda
Qarabağ münaqişəsi sabiq SSRİ ərazisində ən birinci etnik-ərazi münaqişəsidir. Bir çoxunun fikrincə, məhz bu münaqişə sovet imperiyasının dağılmasının detonatoru rolunda çıxış etdi.
Münaqişə 1988-ci ildə Dağlıq Qarabağ muxtar vilayətinin erməni çoxluğu Azərbaycanın tərkibindən çıxıb Ermənistana birləşmək istəyəndə alovlandı.
O, 1991-ci ilin payızında amansız müharibəyə çevrildi. Həmin müharibənin gedişatında erməni qoşunları həm Dağlıq Qarabağ, həm də Azərbaycanın ona birləşən yeddi inzibati rayonu üzərində nəzarəti ələ ala bildi.
Ümumilikdə Azərbaycanın beynəlxalq tanınmış ərazisinin 14 faizi Ermənistan ordusunun nəzarəti altına keçdi.
1994-cü ilin mayında Rusiyanın vasitəçiliyi ilə atəşkəs haqda razılıq əldə edildi. Bu atəşkəs təmiz “centlmen” xarakteri daşıyırdı, belə ki eləcə də mütləq hüquqi müqavilə bağlamaq mümkün olmadı.
O dövrdən başlayaraq, bu “centlmen” razılaşma hər iki tərəfdən dəfələrlə pozuldu. Ən ciddi pozuntu isə 2016-cı ilin aprel ayına təsadüf edir. Həmin il Azərbaycan erməni ordusunun müdafiə xəttini yarmağa və bir neçə strateji əhəmiyyətli mövqeyi azad etməyə, beləcə, müxtəlif məlumatlara görə, 8-20 kvadrat kilometr arası ərazinin nəzarətini özünə qaytarmağa müvəffəq oldu.
Azərbaycanın, demək olar ki, 30 ildir əli çatmadığı yeddi rayonu haqda
1992-ci ildən başlayaraq, ATƏT (o zaman hələ ATƏŞ) sülh danışıqlarında vasitəçi kimi çıxış edir. Bütün bu 28 il ərzində sülh danışıqlarının yekununu “0,1” kimi qiymətləndirmək olar. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul olunmuş dörd qətnaməsi həmçinin yerinə yetirilmədi.
Bu qətnamələrdə dərhal hərbi əməliyyatlara son qoyulması və erməni silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ ətrafında işğal olunmuş yeddi rayonundan çıxarılması tələb olunurdu.
Sonralar DQ ətrafındakı məhz bu yeddi rayon ATƏT-in ABŞ, Rusiya və Fransanın həmsədrlik etdiyi Minsk qrupunun himayədarlığı altında keçirilən sülh danışıqlarında əngəl oldu.
Nizamlamanın “Madrid prinsipləri” nə təklif edir
2020-ci il sentyabrın 27-i hərbi əməliyyatların bərpasına kimi danışıqlar, belə demək olarsa, “yenilənmiş Madrid prinsipləri” ətrafında aparılırdı. Qısa olsaq, orada şərtlər belədir:
•Erməni silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ ətrafında işğal olunmuş rayonlarını mərhələ-mərhələ azad edir;
•Bölgəyə beynəlxalq sülhməramlı qüvvələr yerləşdirlir;
•Dağlıq Qarabağla Ermənistan arasında yerüstü koridor təmin olunur;
• Qarabağa müvəqqəti status verilir;
• Köçkünlər bölgəyə qaytarılır;
• Dağlıq Qarabağın gələcək statusu büynəlxalq zəmanətlərlə plebisit yolu ilə müəyyənləşdirlir.
• Azərbaycanın Gəncə şəhərinə ikinci raket zərbəsi , onlarla ölü və yaralı. Video
• Bakı və Yerevanın mərkəzində Qarabağ müharibəsi bilbordlarda. Video
• Rəy: Gürcüstandan Rusiya “koridor”u – Qarabağda münaqişənin kəskinləşməsindən hansı təhlükə doğur
Ermənistanın əvvəlki rəhbərliyi əvvəl-axır beş rayonu azad etməyə hazır idi
“Madrid prinsipləri”nin birinci maddəsi – erməni ordusunun yeddi rayondan mərhələ-mərhələ çıxarılması Azərbaycanın nöqteyi-nəzərindən sülh danışıqlarının uğurlu davamı üçün əsas şərtdir.
Məhz bu halda tərəflər arasında müəyyən etibar yaranardı və ondan sonra kompromis əldə etmək, öz cəmiyyətlərini buna hazırlamaq daha asan olardı.
Azərbaycan bu cür planı “mərhələli həll” adlandırırdı. Ermənistan (daha doğrusu, onun əvvəlki rəhbərliyi) “paket” həllə israr edirdi – yəni bundan dərhal sonra Qarabağın gələcək statusu haqda referendumun keçirilmə müddəti razılaşdırılmalı idi.
Minsk qrupunun həmsədrləri erməni qoşunlarının işğal olunmuş rayonlardan bu cür çıxarılması planını təklif ediridlər: birinci mərhələdə Qarabağ ətrafındakı beş rayon – Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan azad edilirdi.
Bu rayonlar Qarabağdan cənubda və şərqdə yerləşir və orada heç vaxt xeyli sayda erməni əhalisi olmayıb.
Ermənistanın əvvəlki rəhbərliyi bu beş rayonu əvvəl-axır azad etməyə hazır olduqlarını heç vaxt gizlətməyib.
Məsələn, sabiq prezident Serj Sarsqyan hələ 2008-ci ildə deyirdi: “Ağdam bizim vətənimiz deyil”. O bununla həmin ərazilərin “təhlükəsizlik zolağı” və DQ-ın gələcək statusu ətrafında danışıqalda sövdələşmə predmeti kimi lazım olduğunu nəzərdə tuturdu.
Azərbaycanın Kəlbəcər və Laçın rayonları – digər yanaşma
Yerdə qalan iki rayona – Kəlbəcər və Laçına olan mövqe bu beş rayona olan mövqedən fərqlənirdi.
Bu rayonlar Qarabağla Ermənistan arasında yerləşir və Ermənistan onları öz üçün həyati vacib sayır. Odur ki, razılaşma əldə olunandan sonra ilk mərhələdə onları azad etməyə hazır deyildi.
Ermənistanla Qarabağı birləşdirən yerüstü yollar bu rayonlardan keçir.
Bundan başqa, Kəlbəcərdə Zod qızıl yatağı yerləşir. Azərbaycanın fikrincə, yaxın vaxtlaradək orada qızıl mədənlərinin istismarı gedib.
Azərbaycan bu iki rayonun dərhal azad olunmasını israr etməyib, lakin qoşunların bu ərazilərdən son çıxış müddətinin deyilməsini tələb edib.
Yəni danışıqlar həm də ATƏT-in Minsk qrupunun dəstəklədiyi “5+2” formulu üzrə keçib.
Paşinyan bu planı dəyişdi
2018-ci ilədək bu cür davam etdi, həmin il Ermənistanda hakimiyyətə gələn Nikol Paşinyan bəyan etdi ki, o hətta bir rayonun belə azad olunması məsuliyyətini öz üzərinə götürə bilməz.
O bəyan etdi ki, bu haqda qərarı təkcə tanınmamış “Arsax respublikası”nın (Qarabağın erməni adı) rəhbərliyi verə bilər və Bakı onunla danışıqlar aparmalıdır.
Azərbaycan bu sözləri əvvəllər əldə olunmuş razılaşmalardan imtina və danışıqların formatını dəyişmək cəhdi kimi qiymətləndirdi.
“İkinci Qarabağ müharibəsi” və Azərbaycanın yeni planı
2020-ci il sentyabrın 27-də hərbi əməliyyatlar başlayandan sonra vəziyyət kökündən dəyişdi.
Azərbaycan yetərincə qısa müddət ərzində Ermənistan ordusunun çoxillik müdafiə xəttini yara və DQ-dan cənuba beş rayondan ikisini (Cəbrayıl və Füzuli), demək olar ki, tamamilə azad edə bildi.
Bundan başqa, Azərbaycan qoşunları Qarabağdan şimalda – Kəlbəcər rayonunda strateji yüksəklikləri tutdular.
Nəticədə diplomatik cəbhədə Azərbaycanın mövqeyi əhəmiyyətli dərəcədə möhkəmləndi. Problemin “paket həlli” barədə artıq söhbət getmir.
Azərbaycan indi erməni qoşunlarının təkcə “5+2” rayonlarından deyil, həm də Qarabağın özündən çıxarılmasını tələb edir.
Bununla yanaşı, Bakı sülhməramlı qüvvələrin yerləşdirilməsi imkanını saxlayır, hərçənd onun tərkibini razılaşdırmaq lazımdır.
Azərbaycan və Ermənistan arasında “ikinci Qarabağ müharibəsi”, görünür, üzülmə ilə bitəcək sürəkli müharibə xarakteri alır.
Döyüşlərin üçüncü həftəsi başa çatdı, həlak olanların sayı artıq bir neçə yüzlə hesablanır.
Azərbaycanın həm insan, həm də iqtisadi resursu daha böyükdür.
Lakin Ermənistanın hərbi ittifaqda olduğu Rusiya amili də göz önündədir.
Yəqin ki yaxın gələcəkdə, hər şeyə rəğmən, növbəti “atəşin dayandırılması haqda humanitar razılaşma” əldə ediləcək.
Lakin sülh danışıqlarının bərpasına hələ çox var – ən azından, bu ölkələrə bu liderlər rəhbərlik edənədək.
Çox şey həm də Azərbaycanın müttəfiqi olan Türkiyədən asılı olacaq. Onun da Rusiya ilə öz problemləri var, amma bu artıq başqa mövzudur.