2020-ci il oktyabrın 2-də Qarabağda baş verən hərbi əməliyyatlarla bağlı xəbərlər, foto/video
-
Azərbaycan XİN: “Yaranmış vəziyyətə görə bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür”
Xarici İşlər Nazirliyi ATƏT-in Mİnsk Qrupu həmsədrlərinin Dağlıq Qarabağdakı vəziyyətlə bağlı bəyanatını şərh edib.
“Prezident İlham Əliyev BMT-nin Baş Assambleyasının 75-ci sessiyasının ümumi müzakirələrdə çıxışı zamanı Ermənistanın Azərbaycana qarşı yeni hərbi təxribata hazırlaşdığı ilə bağlı xəbərdarlıq edib.
Ermənistan rəhbərliyi tərəfindən həm sözdə, həm də əməldə törədilmiş təxribatlar, o cümlədən Azərbaycanın işğal olunmuş ərazilərindəki qondarma rejimin “inaqurasiyasında” iştirak üçün Şuşa şəhərinə getməsi, işğal olunmuş Xankəndi şəhərində təhrikçi xarakterli “Qarabağ Ermənistandır” bəyanatını səsləndirməsi, işğalçı ölkənin “yeni ərazilər üçün yeni müharibə” konsepsiyasının irəli sürməsi, münaqişənin həlli danışıqlarda 7 qeyd şərt irəli sürməsi, eləcə də danışıqların formatını dəyişdirmək cəhdləri ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılan münaqişənin həlli prosesinə zərbə vurub.
Azərbaycana qarşı növbəti hərbi təcavüzü çərçivəsində Ermənistan Silahlı Qüvvələri ənənəvi şəkildə beynəlxalq hüququn norma və prinsiplərini, xüsusilə də beynəlxalq humanitar hüquq və 1949-cu il Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını kobud şəkildə pozaraq, Azərbaycanın mülki əhalisini və infrastrukturunu məqsədyönlü şəkildə atəşə tutur, bununla da mülki əhaliyə qarşı müxtəlif cinayətlər törədir.
1 oktyabr 2020-ci il tarixinə olan məlumata əsasən, Azərbaycanın 19 mülki şəxsi qətlə yetirilib, 55 nəfər yaralanıb və 200-dən çox ev və mülki obyektlər dağıdılıb.
Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarının işğalı zamanı hərbi əməliyyatlarda terror qruplaşmalarından və muzdlu döyüşçülərdən istifadə edildiyinə dair çoxsaylı faktlar mövcuddur. Hazırda da Ermənistan rəhbərliyi bu siyasəti davam etdirərək, həyata keçirdiyi yeni təcavüz aktı çərçivəsində Azərbaycana qarşı ekstremist ünsürlərdən geniş istifadə edir.
ATƏT-in Minsk Qrupu bu günədək verdiyi çoxsaylı bəyanatlarda status quo vəziyyətinin qəbuledilməz olduğunu vurğulayıb. Ermənistan isə buna rəğmən işğala əsaslanan status quo rejiminin möhkəmləndirilməsi məqsədini güdür. Görünən odur ki, Ermənistan münaqişəni danışıqlar yolu ilə həllində maraqlı deyil və işğal etdiyi ərazilərin ilhaqına çalışır.
BMT Təhlükəsizlik Şurasının 1993-cü il 822, 853, 874 və 884 saylı qətnamələri başda olmaqla beynəlxalq təşkilatların qəbul etdiyi çoxsaylı qərarların Ermənistanın işğalçı qüvvələrinin Azərbaycanın işğal edilmiş bütün ərazilərində çıxarılması ilə əlaqədar tələbləri bu günədək Ermənistan tərəfindən yerinə yetirilmir. Əksinə cəzasızlıq mühitində Ermənistan Azərbaycana qarşı yeni təcavüz aktlarına əl atır.
Bölgədə yaranmış vəziyyətin tam məsuliyyəti Ermənistanın siyasi və hərbi rəhbərliyin üzərinə düşür”, – bəyanatda deyilir.
-
Dağlıq Qarabağın paytaxtına üç raket zərbəsi endirilib
Bu informasiyanı Dağlıq Qarabağın ombudsmeni Artak Beqlaryan təsdiqlənib: “Deyəsən, yaşayış evlərində dağıntılar var. Çox sayda ziyan çəkənlər var”.
Daha əvvəl Ermənistan mediasında Stepanakertdə bir neçə ardıcıl partlayış səsi eşidildiyi haqda informasiya yayılıb – şəhər atəş altındadır.
Ermənistanın ombudsmeni Arman Tatoyan bildirib ki, Azərbaycan Stepanakerti kaset başlıqlı “Smerç” yaylım atəşli raket sistemi ilə atəşə tutub.
-
Ermənistanın baş naziri və Rusiya prezidenti arasında telefon danışığı baş tutub
Ermənistanın baş nazirinin aparatından bildirilib ki, Paşinyan və Putin Dağlıq Qarabağda davam edən hərbi əməliyyatlarla bağlı vəziyyəti müzakirə ediblər. Məlumatda deyilir ki, onlar “münaqişədə Yaxın Şərqdən və qanunsuz silahlı dəstələrdən əcnəbi döyüşçülərin iştirakı ilə bağlı narahatlıq ifadə ediblər”.
Ermənistanın baş naziri yenə də Rusiya örezidentinin diqqətini Türkiyənin stabilliyi pozmağa yönəlmiş mövqeyinə və bu ölkənin hərbi əməliyyatlara cəlb olunmasına çəkib.
Rusiya prezidenti hərbi əməliyyatların dərhal dayandırılmasının və ATƏT-in Minsk Qrupu həmsədrlərinin oktyabrın 1-də yaydığı bəyanatda deyildiyi kimi sülh prosesinin bərpa olunmasının vacibliyini vurğulayıb. Rəsmi məlumat məsləhətləşmələrin davam etdirilməsi ilə bağlı razılaşma əldə edildiyi ifadəsi ilə yekunlaşdırılıb.
Telefon danışığının başqa təfərrüatları haqda hələlik məlumat verilmir.
-
Stepanakertin raket atəşinə tutulması nəticəsində 10 dinc sakin yaralanıb
Onların həyatı təhlükədə deyil – hazırda Qarabağda fəaliyyət göstərən Vahid Ermənistan İnformasiya Mərkəzindən bildirilib.
“Stepanakertdə xilasedici xidmətin binası dağılıb, pəncərələr qırılıb, divarlar uçub, dayanacaqdakı maşınlar zədələnib”.
-
“Stepanakerti vururlar” – hərbi ekspert
Ermənistanın Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Hovannisyan bildirib ki, Azərbaycan SQ Dağlıq Qarabağın paytaxtını atəşə tutub:
“Stepanakertdə çox sayda mülki infrastruktur dağıdılıb, yaralananalar var. Xilasedici Xidmət ziyan çəkib”.
-
Azərbaycanlı və əcnəbi jurnalistlər Ermənistan qoşunlarının atəşi altında qalıb
“Azərbaycanlı və əcnəbi jurnalistlər Azərbaycanın Tərtər rayonunun Qapanlı kəndində Ermənistan qoşunlarının atəşi altında qalıblar”, – Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Twitter–də yazıb.
-
“Biz Artsaxa qarşı təcavüzə qətiyyətlə müqavimət göstərəcəyik” – Ermənistan XİN
Ermənistanın Xarici İşlər Nazirliyi ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin çağırışına cavab bəyanatı yayıb. Bəyanatda deyilir ki, “Artsaxa qarşı təcavüz dırhal dayandırılmalıdır”:
“Ermənistan Azərbaycan tərəfindən güc tətbiqini və ya güc tətbiqi ilə təhdidi, o cünlədən də Türkiyənin Ermənistana və Artsaxa qarşı hərbi əməliyyatlarda birbaşa iştirakını ardıcıl olaraq rədd edib və pisləyib. Azərbaycan və Artsaxın birgə təcavüzkar əməlləri, həmçinin xarici terrorçu döyüşçülərin cəlb olunması regional təhlükəsizliyi və sülhü pozur və genişmiqyaslı müharibə riskini əhəmiyyətli dərəcədə artırır.
Ermənistan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına sadiq qalır. Biz Artsaxa qarşı bu təcavüzə qətiyyətlə müqavimət göstərməyə davam edəcəyik, eyni zamanda 1994-1995-ci illərə aid razılaşma əsasında atəşkəs rejiminin bərpa olunması üçün ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri ilə işləməyə hazırıq”.
-
“Türkiyə Qarabağda yüz il əvvəl nə istəyirdisə, indi də onu istəyir – erməniləri qrmaq” – Ermənistan baş naziri
Bu haqda Nikol Paşinyan Fransanın Le Figaro qəzetinə müsahibəsində bildirib. Baş nazirin sözlərinə görə, bu eskalasiya 2016-cı ilin aprelində həyata keçirilən hərbi əməliyyatlardan miqyasca daha böyükdür.
Müsahibənin əsas tezisləri:
• Rusiya, Fransa və İran artıq qəbul ediblər ki, sentyabrın 27-də Türkiyə Dağlıq Qarabağda tammiqyaslı hücuma cəlb olunub
• Azərbaycan tərəfi Türkiyənin pilotsuz uçuş aparatlarını və F-16 qırıcılarını Dağlıq Qarabağın mülki hədəflərini vurmaq üçün istifadə edir.
• Suriyanın şimalında işğal olunmuş ərazilərdə Türkiyə minlərlə muzdlunu hazırlayıb və Azərbaycana göndərib
• Hərbi əməliyyatları kim başlayıbsa, o da bitirməlidir – Türkiyə və Azərbaycan
• Bakı gətirilmiş muzdlulara nəzarət etmək durumunda deyil, komandanlığı Ankara öz üzərinə götürüb
• Azərbaycan tərəfinin verdiyi itkilərin 30%-i əcnəbi muzdlulardır
• Türkiyə qərəzli və militarist davranışına görə ATƏT-in Minsk Qrupundan çıxarılmalıdır.
-
Azərbaycan parlamentində Fransanın ATIT-in Mİnsk Qrupundan çıxarılması tələb olunub
Azərbaycan parlamentinin iclasında deputat Azay Quliyev bu tələblə çıxış edib.
“Bir tərəfdən atəşkəsə çağırış edib, digər tərəfdən Azərbaycanı öz ərazisinə hücum etməkdə ittiham edəsən?! Fransa bu gün ATƏT-in Minsk qrupunun həmsədri kimi öz etimadını itirib. Azərbaycan diplomatiyası qətiyyətli addım atmalıdır. Fransa səfiri Xarici İşlər Nazirliyinə çağırılmalıdır”, – o deyib.
-
Qarabağda Hadrut şəhəri “Smerç”lə vurulur, dinc sakinlər yaralanıb – hərbi ekspert
Hərbi ekspert Artsrun Hovannisyan bildirib ki, Azərbaycan SQ elə indicə Hadrut şəhərini “Smerç” yaylım atəşli reaktiv sistemlə vuruldu.
“Mülki əhali arasında yaralılar var”.
Hovannisyan fotolar dərc edib və qeyd edib ki, “kasset mərmilər istifadə olunub”.
-
Ermənistan tərəfdə 54 nəfər həlak olub – yeni məlumatlar
Həlak olan ermənistanlı hərbçilərin ümumi sayı 107 nəfərə çatıb – Dağlıq Qarabağ “Müdafiə Ordusu” komandanının müavini Artur Sarqsyan oktyabrın 2-də səhər bildirib.
Yaralıların sayı dəqiqləşdirilir.
-
Gərgin gecə: Ermənistan HHM Azərbaycanın pilotsuz kəşfiyyat təyyarələrini məhv edib
Ermənistan Müdafiə Nazirliyinin verdiyi məlumata əsasən, oktyabrın 1-də gecəyarısına yaxın Azərbaycanın dörd dronu məhv edilib. Onlardan biri Yerevandan iyirmi kilometr məsafədə yerləşən Kotay regionunda, digər üçü isə Qeqarkunik ərazisində vurulub.
“Məhv edilən bütün pilotsuz uçan aparatlar kəşfiyyat tiplidir”, – Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan deyib. Onun sözlərinə görə, Ermənistan səmasında oktyabrın 1-də ümumilikdə 7 pilotsuz uçuş aparatı vurulub.
-
Qarabağda Madagiz kəndi Azərbaycan ordusunun nəzarəti altına keçib – Azərbaycan Müdafiə Nazirliyi
Azərbaycan Müdafiə Nazirliyinin yeni məlumatı:
“Oktyabrın 2-də gecə ərzində və səhər saatlarında cəbhənin müxtəlif istiqamətlərində döyüş əməliyyatları davam edib. …Aрdərə istiqamətində qoюunlarэmэz Madagiz ətrafэndakэ hakim yьksəklikləri azad edib və bu məntəqəni nəzarətdə saxlayэr.
Cəbrayıl-Füzuli istiqamətində qoşunlarımız düşmənin müqavimətini qıraraq onu geri çəkilməyə məcbur edib və irəliləməyə nail olub”.
-
2020-ci il oktyabrın 1-də Qarabağda baş verən hərbi əməliyyatlarla bağlı xəbərlər, reportajlar, foto/video
Sentyabrın 27-də səhər Dağlıq Qarabağ ətrafında və Azərbaycan-Ermənistan sərhədində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Hər iki tərəfdən həm hərbçilər, həm də dinc əhali arasında qurbanların olduğu haqda məlumat verilir. Təfərrüatlar gün ərzində bu bloqdakı məlumatlarda toplanıb.