Qarabağ: ermənilər məscidi niyə bərpa edir?
Albert Voskanyan, Stepanakert
1992-1994-cü illərdə Qarabağ müharibəsi zamanı Qarabağın Şuşa şəhərində çox ziyan çəkmiş Gövhər Ağa məscidinin bərpası yerli camaatı sanki həyəcanlandırmalı idi. Yerli sakinlərdən çoxunun hər gün ora gəlib, işlərin gedişatını izləyəcəyini, Qarabağ üçün kifayət qədər qeyri-adi olan bu hadisəni müzakirə edəcəyini gözləmək olardı.
Amma JAMnews-un reportyoru ora gələndə hadisə yeri qətiyyən belə görünmürdü. İnşaat meydanında bir neçə inşaatçı, məscidin qarşısında iki velosipedli oğlan və yaxınlıqdakı beşmərtəbənin son mərtəbəsində iki nənənin açıq pəncərədən bir-biri ilə danışığı eşidilirdi.
• Qarabağın Şuşa/Şuşi şəhəri – Ermənistan-Azərbaycan döyüşlərinin 27-ci ili
• Qarabağda “aprel müharibəsinin” üçüncü ili. Bu nəyi dəyişdi? Bakı və Yerevandan olan ekspertlər
• Qarabağ münaqişəsi haqda – üç qadının hekayəsi
Vəssalam. Elə təəssürat var ki, sanki yaşayış binası inşa edilir. Amma inşaat çəpəri arxasından minarələr ucalır və bu mənzərə tamamilə yenidir, müharibədən sonrakı Qarabağ üçün demək olar ki, unikaldır.
Gövhər Ağa məscidinin artıq uzun illərdir ki, camaatı yoxdur və məsələ onun 25 ildən çoxdur dağılmış vəziyyətdə qalmasında deyil. Bərpa işləri başa çatandan sonra orda ibadət edəcək kimsə qalmayıb.
Qarabağ münaqişəsinin hərbi fazasına qədər 1990-cı illərdə Şuşi şəhərində əhalinin əksər hissəsi azərbaycanlılar idi. Amma müharibə zamanı onların hamısı öz evlərini tərk edib və artıq 30 ilə yaxındır ki, burada yalnız xristian ermənilər yaşayır.
O zaman niyə burada məscidin bərpasına pul xərcləyirlər? Əlavə yaşayış binalarına, ticarət mərkəzinə və ya kinoteatra yox?
Knar Babayan və Albert Voskanyan Şuşidə Gövhər Ağa məscidinin necə bərpa olunduğu haqda qısa film çəkiblər.
İran, Qazaxıstan və Gövhər Ağa məscidi
“Bizim üçün bu, dinindən və ya mədəni mənsubiyyətindən asılı olmayaraq tarixi-mədəni irsin qorunması məsələsidir”, – JAMnews-a Dağlıq Qarabağ Mədəniyyət və İdman Nazirliyinin Mədəniyyət Abidələri Şöbəsinin rəhbəri Arman Qriqoryan deyib.
Bərpa işlərinə görə Ermənistanın “Şərq Tarixi İrsinin Bərpası” fondu məsuliyyət daşıyır, amma işlər “İKOMOS-Ermənistan” və “İKOMOS-İran” təşkilatlarının dəstəyi ilə İran mütəxəssislərinin sıx əməkdaşlığı çərçivəsində həyata keçirilir.
Yerli sakinlər məscidi İrana məxsus hesab edirlər, İranın bərpa işlərinin maliyyələşdirilməsində fəal iştirakını da elə bununla izah edirlər. Amma layihənin maliyyəsi son nəticədə tamamilə fərqli mənbədən gəlib.
Əvvəlcə Ermənistanın İnkişaf Təşəbbüsləri Fondu (IDeA Foundation), Dağlıq Qarabağ hökuməti və Ermənistanın Şərq Tarixi İrsinin Bərpası Fondu məscidin bərpası üzrə müştərək proqram başladıblar. Məscid təmizlənib və çəpərə alınıb.
2017-ci ildə İran mütəxəssisləri bərpa layihəsini sona çatdırıblar. 2018-ci ilin yanvarında isə əsas donorun qazaxıstanlı iş adamı Kayrat Boranbayev olduğu elan edilib.
Boranbayev Forbes-un 2019-cu ilin mayına olan məlumatına görə, Qazaxıstanın 50 ən varlı insanı arasında 13-cü yeri tutur, bütün başqa şeylərlə yanaşı Qazaxıstanda, Belarusda və Rusiyada McDonald’s şəbəkələrinə sahibdir. O, Qasaxıstanın keçmiş prezidenti, amma hələ də ölkənin mütləq hakimiyyətə sahib lideri olan Nursultan Nazarbayevin yaxın qohumudur: Boranbayevin qızı Alina keçmiş prezidentin nəvəsi Aysultan Nazarbayevin həyat yoldaşıdır.
Bərpa işlərinin maliyyələşdirilməsi birbaşa yox, Ermənistanın İnkişaf Təşəbbüsləri Fondu (IdeA) vasitəsilə həyata keçirilir.
Bakıdan hekayələr
Şahin Rzayev, Bakı
Azərbaycanlılar – Şuşa [şəhərin Azərbaycan və beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilən adı — JAMnews] şəhərindən olan məcburi köçkünlər JAMnews-la söhbətlərində öz keçmişlərini və Gövhər Ağa məscidini xatırlayırlar.
Gövhər Ağa məscidinin tarixi
Gövhər Ağa məscidinin Şuşada populyar olan ikinci adı da var – Yuxarı məscid. Şəhərin yuxarı hissəsində yerləşdiyi üçün belə adlanır.
Aşot Harutunyan köklü Şuşa sakinidir, hazırda yerli tarix muzeyinə rəhbərlik edir. O danışır ki, Şuşidə 12 mədrəsə olub. İndi onların hamısı yarıdağılmış vəziyyətdədir.
Şuşidəki Yuxarı məscid 1883-cü ildə Şuşanın banisi Pənahəli xanın nəvəsi Gəvhər bəyim Ağa tərəfindən yenidən tikilib.
Məscidi memar Kərbəlayi Səfixan Qarabaği bərpa edib. Gövhər Ağa məscidi Qarabağ məscidlərinin ənnənəsinə uyğun olaraq planlaşdırılıb – daş sütunlar üzəri yarımdairəvi günbəzlərlə örtülü ikimərtəbəli eyvan əmələ gətirir.
Əsas fasadda ərəb dilində yazılmış Quran ayələri qalıb və indi bərpa edilir.
Sovet illərində məscid Tarix Muzeyi kimi fəaliyyət göstərib, iki dəfə bərpa edilib və yaxşı vəziyyətdə qorunub saxlanıb.
Şuşa/Şuşi şəhərininn münaqişənin hərbi fazasına qədərki tarixi (JAMnews)
Şəhər Qarabağ silsiləsinin ətəklərində yerləşir, Qarabağ Xanlığının paytaxtı olub, Rusiya imperiyası və İran arasındakı ticarət yolunun üzərində yerləşib və 19-cu əsrdə Cənubi Qafqazın ən inkişaf etmiş şəhərlərindən biri olub.
Şəhər əhalisi qarışıq olub, burada həm ermənilər, həm də azərbaycanlılar yaşayıb. 20-ci əsrin əvvəllərində onlar arasında münasibətlər kəskin pisləşib. 1920-ci ildə erməni talanları baş verib, çoxları həlak olub və erməni əhalinin böyük hissəsi şəhəri tərk edib. Əhalinin əksəriyyəti azərbaycanlılar olub.
Daha sonra azərbaycanlı əhalinin sovetləşdirməyə qarşı üsyanları başlayıb. Amma qiyam yatırılıb. Bu dəfə qisasdan çəkinən azərbaycanlı əhali İrana və Aşağı Qarabağ rayonlarına qaçıb. Erməni əhali isə əksinə, geri qayıtmağa başlayıb.
Yalnız 1923-cü ildə Azərbaycan tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılandan sonra azərbaycanlılar şəhərə qayıtmağa başlayıb. Və yenidən şəhər əhalisinin əksəriyyətini təşkil ediblər.
1960-70-ci illərdə Şuşada 1920-ci illərdən sonra xarabalıq kimi qalan erməni məhəllələrini sökməyə başlayıblar. Onların yerində mikrorayonlar əmələ gəlib. Orada əsasən Qarabağın başqa yerlərindən olan azərbaycanlılara mənzil verilib.
2002-ci ildə “Exo” qəzetinə müsahibəsidə o zamankı Azərbaycan prezidenti Heydər Əliyev danışmışdı ki, “Stepanakertin özündə [1960-80-ci illərdə] işçi qüvvəsi yox idi. Ora vilayəti əhatə edən yerlərdən azərbaycanlıları göndərirdik. Bu və digər tədbirlərlə mən çalışırdım ki, Dağlıq Qarabağda azərbaycanlıların sayı çox olsun, ermənilərin sayı isə azalsın”.
Tezliklə Şuşa şəhərində azərbaycanlıların sayı ümumi əhalinin 85 faizinə çatıb (SSRİ əhalisinin 1979-ci il siyahıya alınması).
Bütün sovet dövründə şəhər faktiki olaraq erməni və azərbaycanlı hissələrinə bölünnmüşdü. Burada üç dildə məktəblər vardı: Azərbaycan, erməni və rus.
İdarəetmə bölgüsü də müvafiq idi. Bir qayda olaraq, Kommunist Partiyasının Rayon Komitəsinin (əsas yerli hakimiyyət orqanı) birinci katibi azərbaycanlı, onun müavini isə erməni olurdu.
Məsələn, milisdə də eyni qayda tətbiq olunurdu – rəis azərbaycanlı, müavini isə erməni.
Qarabağ münaqişəsi (JAMnews)
1991-1994-cü illərdə Ermənistanla Azərbaycan arasında silahlı qarşıdurma başlayıb və Şuşa/Şuşi şəhəri xüsusi əhəmiyyət kəsb edib. Şəhər yüksəklikdə yerləşir və oradan paytaxt Stepanakerti və yaxınlıqda yerləşən erməni kəndlərini atəşə tutmaq mümkündü. Azərbaycan Ordusu bu üstünlükdən fəal şəkildə istifadə edirdi. Buna görə də şəhər üzərində nəzarət hər iki tərəf üçün böyük əhəmiyyət daşıyırdı.
1992-ci il mayın 8-də şəhər uğrunda ağır döyüşlər gedirdi. Qarabağ özünümüdafiə qüvvələri qələbə qazandı. Azərbaycanlı əhali şəhəri tərk etdi.
Britaniyalı jurnalist və yazıçı Tomas de Vaal Qarabağ münaqişəsi haqda yazdığı “Qara bağ” kitabında Şuşa faciəsinə bütöv bir fəsil həsr edib. Gövhər Ağa məscidi bu döyüşlər zamanı ciddi zədələnib. İndiyə qədər məscidin divarlarında artilleriya mərmilərinin izləri qalmaqdadır.
Albert Voskanyan Şuşi sakinləri arasında məscidin bərpa olunması qərarı ilə bağlı sorğu keçirib
Bərpanın əleyhinə olanlar, xarakterik şərhlər:
“Deməli, bir ildən sonra orda molla da ibadət edəcək və müsəlmanları namaza səsləyəcək, sonra da 1988-1990-cı illərdə olduğu kimi erməni əhalisini məhv etməyə çağıracaq”.
“Bu, hakimiyyətlərin bir-biri ilə adi oyunudur, başqa bir şey deyil – burada siyasətdən başqa heç nə yoxdur. Qalan hər şey isə sadəcə sözdür. Onu bu ölkəni ələ keçirənlər tikib, onların qoyduğu izlərin qeydinə qalmaq nəyə lazımdır? Bizim öz məbədlərimiz yarıdağılmış vəziyyətdədir”.
“Minlərlə ailənin yaşamağa yeri yoxdur, burada isə məscid bərpasına pul xərcləmək qərarına gəliblər. Utanmaq lazımdır”.
Bərpa tərəfdarları, xarakterik şərhlər:
“Mədəniyyət insan münaqişələrindən və nifrətdən ziyan çəkməməlidir, hətta səbəblər böyük olasa belə. İndi bu məscid Artsaxın varidatıdır və onun bərpa olunmasının gərəksizliyi haqda deyilənlər öz ölkəsinin mədəni irsinə qarşı laqeydlikdir”.
“Bərpa olunması çox doğrudur! Əsl xristianlıq ifadəsidir! Hörmət etmək və dağıtmamaq! Bu, atılması mümkün olmayan tarixdir, onlar burada yaşayıblar və məscid əslində bu şəhərin tarixi bəzəyidir”.
“Azərbaycanlılar məscidi özününkü hesab edib, ora gedirdilər. İndi onlar Şuşidə yaşamır, amma bu, məbədi tövləyə çevirmək, ondan da betər, dağıtmaq üçün səbəb deyil”.
“Harada olmasından asılı olmayaraq, mən abidələrin dağıdılmasının əleyhinəyəm. İranda bizim məbədlərimizi bərpa edib, qoruyurlar və yad dinə çox ehtiramla yanaşırlar, biz niyə eyni cür davranmamalıyıq? Sonrası da problem nədir axı? Daha bir diqqətəlayiq məkanımız yaranacaq”.
“Mediaşəbəkənin” dəstəyilə