Qarabağda döyüş meydanında nə baş verib? Hərbi ekspertlərin dəyərləndirməsi
Dağlıq Qarabağda müharibənin nəticəsini nə müəyyən etdi – Türkiyə ordusunun effektiv üslubu? Yoxsa Ermənistan hərbçilərinin heyrətamiz laqeydliyi? Hərbi ekspertlə bu sual ətrafında fikirlərini BBC-nin rusdilli xidmətilə bölüşüb.
Dönüş nöqtəsi harada oldu?
Hadrut Azərbaycanın hərbi hissələrinin yolunda Dağlıq Qarabağın daxilindəki ilk rayon mərkəzi və dinc sakinlərin hələ də qaldığı ilk şəhər idi.
Məhz Hadrut məğlum olandan sonra vəziyyət dəyişdi – Azərbaycan qoşunları daha intensiv irəliləməyə, Ermənistan isə geri çəkilməyə başladı.
“İlk fəlakət onda idi ki, Hadrut nəyə görə isə ciddi müqavimət olmadan tərk edildi və bu, qalan hər şeyin həlli oldu”, – adının açıqlanmasını istəməyən erməni hərbi mütəxəssis bildirib.
Jurnalist və Ermənistanın İctimai Radiosunun keçmiş rəhbəri Mark Qriqoryan hesab edir ki, müharibənin taleyini Şuşa şəhərinin itirilməsi həll edib.
“Şuşa bütün Qarabağın açarıdır. Bu, Stepanakertin [Dağlıq Qarabağın paytaxtı] nəzarət altında saxlanıldığı mərkəzdir. Birinci müharibə zamanı da belə idi, amma o zaman silahlanma səviyyəsi tam başqa idi, indi də belə oldu”, – Qriqoryan deyib.
Müharibəyə kim və necə hazırlaşıb?
“Azərbaycanın silahlanma xərcləri daha düşünülmüş olması ilə seçilir, planlama daha mükəmməl olub. Onlar pul səpələməyiblər, onlar hərbi işdə bütün yeni tendensiyaları diqqətlə nəzərdən keçiriblər, lazım olanı alıblar, Yaxın Şərqdə müharibə təcrübəsini öyrəniblər. Hazırkı münaqi.əyə onlar nümunəvi şəkildə hazırlaşıblar və münaqişənin sırf hərbi yox, həm də siyasi, iqtisadi, təbliğat aspektlərinə də aiddir”, – rusiyalı ekspert Vasili Kaşin hesab edir.
2010-cu illərin ortalarından başlayaraq, Ermənistan da silahlanmaya daha çox pul xəcləməyə başlayıb.
Düzdür, bəzi satınalmalar təəccüb doğururdu və hətta Ermənistanda tənqidə səbəb olurdu. Məsələn, çoxları 2019-cu ildə Rusiyadan dörd Su-39CM qırıcı təyyarəsinin alınmasını çoxları mənasız hesab edir. Azərbaycanın MİQ-19 qırıcılarından daha sürətli və güclü olan bu təyyarələr çox baha, döyüş qabiliyyəti isə Qarabağdakı hərbi əməliyyatlar teatrı üçün hədsiz olub.
Ermənistanda qalmaqala səbəb olan başqa bir satınalma isə İordaniyadan “Osa AK” zenit-raket komplekslərinin gətirilməsidir. Ekspertlər analoji müasir silahların birbaşa Rusiyadan alınmasının mümkün olduğu halda üçüncü ölkələrdən xeyli köhnə komplekslərin satınalma motivini şübhə altına qoyublar.
Ermənistanda poliqonda ehtiyatdakı hərbçilərin hazırlanması, 25 oktyabr 2020. Hayk Baghdasaryan/Photolure via REUTERS
Dronların həlledici rolu?
Hava hücumundan müdafiə sahəsində mütəxəssis olan Mixail Xodarenkonun sözlərinə görə, Qarabağ və arxasında dayanan Ermənistanın misalında çətin ki, inkişaf etmiş hava hücumundan müdafiə sistemi qurmaq mümkün olardı.
Ekspertin sözərinə görə, Dağlıq Qarabağda mövcud olan HHM hücum və zərbə vertolyotları istiqamətlənib, səmada onlara qarşı isə kiçik dronlardan istifadəə olunub.
Türkiyə ordusunun effektiv üslubu
Rusiyanın “Arsenal Oteçestva” jurnalının baş redaktoru Viktor Muraxovskibib fikrincə, Azərbaycan ordusu ciddi kəşfiyyata, uzaq atəşlərə və dronların hücumuna əsaslanaraq ehtiyyatla davranıb: “Biz burada artilleriya, tanklar və sairə ilə hücumdan ibarət atəş çəmbəri görmədik”.
Muraxovski qeyd edib ki, Azərbaycan SQ-nin əməlləri Türkiyə ordusunun üslubudur. Türkiyə 2018-ci ildə Suriyanın Afrin şəhərində və İdlib vilayətində uğurlu “Zeytun budağı” əməliyyatını keçirəndə də eyni taktikadan yararlanıb.
Ermənistanın müdafiəsindəki çatışmazlıqlar çoxdan bəlli idi
“Ermənistan tərəfdən müdafiəyə hazırlıq, uzunmüddətli istehkamların qurulması, maskalama işləri, kəşfiyyat üçün ciddi səy göstərilmədiyi aşkardır. Üstəlik Ermənistanın planlamasındakı bütün bu çatışmazlıqlar hələ 2016-cı ildən başlayaraq Azərbaycanla əvvəlki toqquşmaların nəticələrindən də bəlli idi, amma heç bir nəticə çıxarmadılar”, – Vasili Kaşin deyib.
“Bir tərəf çox yaxşı hazırlaşıb, onilliklərlə buna doğru gedib, digər tərəf daha zəif idi və elə-belə hazırlaşırdı”, – ekspert yekunda deyib.