Qarabağ azərbaycanlıların gündəlik həyatında
Artıq 30 ilə yaxındır ki, Azərbaycan Ermənistanla silahlı münaqişə nəticəsində Dağlıq Qarabağ üzərində nəzarəti itirib. Bu, nəinki yüz minlərlə qaçqın və məcburi köçkünün, həm də bütöv təşkilatlar və sənətlərin də Bakı və Azərbaycanın digər şəhərlərinə köçməsinə səbəb olub. Beləcə Qarabağdan məktəblər, teatrlar, at zavodu və hətta xalçaçılıq da köç düşüb. Bütün bunlar azərbaycanlıların gündəlik həyatının alışılmış bir hissəsinə çevrilsə də, eyni zamanda xatırlatma funksiyası daşıyır: münaqişə çözülməyib, müharibə hələ də davam edir.
Üstəlik bəzi belə “xatırlatmaları” dövlət yaradıb – “informasiya müharibəsi” çərçivəsində. Bəzilərini isə insanlar özləri.
İsa bulağı haqda əfsanə
“Şuşada Mürsəl adında bir qoca yaşayırmış. O, məşhur İsa bulağına gələn qonaqları əyləndirməyi sevirmiş. O oxuyurdu, dostu Şirin isə kamança çalırdı. Hər ikisinin yaşı yüzü ötmüşdü, onlardan biri erməni idi, amma bilmirəm ki, hansı”.
20 il əvvəl şuşalı Qafar Bakıda “İsa bulağı” adında kafe açıb. Burada tez-tez şuşalılar toplaşır. Kafedə hər gün çalıb, oxumurlar, amma çoxları bura məxsusi olaraq Şuşanın ənənəvi qırxbuğumlu [dərman bitkisi – red.] plovunu dadmaq üçün gəlir.
“Bütün yollar Qarabağa gedir!”
Bakı avtobuslarında məhz bu şüarı görmək mümkündür. Bu yazılar 2016-cı ilin aprelində qoşunların təmas xəttində vəziyyət gərginləşəndən sonra yaranıb, o vaxtdan da beləcə qalıb.
”Defend Karabakh”
“Qarabağı müdafiə et” – üzərində bu yazı olan futbolkalar çox sürətlə olmasa da, satılır. Ermənistanda da “Defend Artsakh” [Qarabağ ermniləri Qarabağı belə adlandırırlar – red.] yazılı analoji futbolkalar olur.
“Xocalı” təyyarəsi
Azərbaycanın milli aviaşirkəti öz təyyarələrini Qarabağ şəhərlərinin şərəfinə Xocalı, Fizuli, Xocavənd və sairə adlandırıb.
“Qarabağ çörəyi” və “Yerevan dovğası”
“Qarabağ çörəyi” ənənəvi brend olsa da, “İrəvan dovğası” təzəlikcə, İlham Əliyevin İrəvanın qədim Azərbaycan torpağı olduğu haqda bəyanatından sonra yaranıb. Dovğa qatıq, göyərti və düyüdən hazırlanan şorbasayağı ənənəvi Azərbaycan yeməyidir.
Küçələr
Xocalı prospektində iri biznes mərkəzi, bir neçə restoran və metro stansiyası yerləşir. Qarabağ küçəsi yalnız Bakıda deyil, Masallı şəhərində də var.